PDF Oxu

Müsahibə

  • 5

QHT-lərə Dövlət Dəstəyi Şurasına 561 layihə təqdim olunub

QHT-lərə Dövlət Dəstəyi Şurasına 561 layihə təqdim olunub

- Artıq fevralın 15-də QHT-lər tərəfindən şuraya layihələrin təqdim olunması prosesi başa çatırılıb. Bilmək olarmı, şuraya təqdim olunan layihələrin sayı nə qədərdir?

-Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 15 yanvar 2009-ci ildə QHT lahiyələrinin maliyyələşdirilməsi üçün növbəti maliyə yardımı müsabiqəsi elan etmişdi. Bu müsabiqənin elan edildiyi müddət ərzində yəni yanvarın 15-dən fevralın 15-dək şura katibliyinin əməkdaşları müəyyən edilmiş iş praktikası çərçivəsində lahiyələrin qəbulunu həyata keçirmişlər və layihə təkliflərinin hazırlanması və təqdim edilmə mərhələsində şura katibliyi tərəfindən QHT-lərə digər təşkilati- texniki yardımlar da göstərilmişdir. Nəticədə maliyə yardım müsaqibəsi çərçivəsində şura katibliyi QHT-lərdən 561 layihə qəbul etmişdir və bu layihələrdən 4-ü 16 fevral 2009-ci ildə katibliyə poçt vasitəsi ilə daxil olmuşdur və həmin layihələrin müsaqibəyə 15 fevral 2009-ci ildən əvvəl göndərilməsi haqqında verti üstündə müvafiq poçt qeydi edilmişdir. Xatırladaq ki, 2008-ci ildə şuranın elan etdiyi maliyyə yardımı müsaqibəsinə 361 QHT layihəsi təqdim olunmuşdur. Bu il layihələrin çoxluğu qiymətləndirmə mərhələsində şuranın daha çevik və obyektiv işləməsi zərurətdən irəli gəlir. Şura QHT rəhbərliyinin nəzərinə çatdırır ki, maliyə yardımı almaq üçün yalnız layihələrin peşəkarlıqla yazılışına, seçilmiş mövzunun ictimai aktuallığına və onu təqdim etmiş təşkilatın müvafiq sahədə iş təcrübəsinə güvənmək lazımdır. Hazırda QHT-lər iri layihələr istiqamətləri üzrə qruplaşdırılaraq, növbəti qiymətləndirmə mərhələsinə hazırlaşır və sonrakı mərhələlərdə layihələrin qiymətləndirilməsi prosesi barədə QHT nümayəndələrinin çoxsaylı müraciətlərini və suallarını nəzərə alaraq, şura layihələrin qiymətləndirilməsi qaydaları və mərhələləri haqqında məlumatı bir daha təqdim edir.

- Şuranın əvvəl ayırdığı maliyə vəsaitindən yararlanan QHT-lərdən bu dəfə də Prezdent yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələr təqdim edən QHT-lər varmı?

-Ötən il şuraya maliyyə yardımı almaq üçün 361 layihə təklifi ilə müraciət edilmişdir. Bu layihələrdən 191-i şura tərəfindən maliyyələşdirilmişdi. Maliyyələşdirilmiş layihələrin artıq 90% başa çatmışdır. Yəni yeni 2009-cu il üçün maliyyə müsabiqəsi elan edilən günədək həmin layihələrin 90% başa çatmışdır və bu 90% daxil edilən və keçən il şuradan maliyə yardımı almış təşkilatlar, təbii ki, bu maliyyə yardımı müsabiqəsində iştirak edə bilər. Müvafiq qaydada onlar da bu maliyyə yardımı müsabiqəsində iştirak edirlər və ola bilər ki, onlardan yaxşı layihə yazmışlar və şuranın bütün tələblərini yerinə yetirmişlər ki, bu il də maliyyə yardımı ala bilsinlər.

- Şuranın elan etdiyi məlumatda QHT-lərin il ərzində sərbəst mövzularla layihələr təqdim etmələrinin mümkünlüyü qeyd olunub. Bu prosesin həyata keçirilməsi şura üçün texniki və maddi problemlərin yaranmasına gətirib çıxarmayacaq ki.

-Bu məsələ heç bir problemin yaranmasına gətirib çıxara bilməz, yəni şuranın katibliyi belə düşünür və hesab edilir ki, normal layihə təklifləri ilə yəni bu maliyyə müsabiqəsində maliyyə yardımı almayan təşkilatlar eləcə də digərləri il ərzində şuraya öz layihə təkliflərini təqdim edib öz güclərini sınaya bilərlər. Amma indiki halda layihəsi keçmiş QHT-lər həmin il ərzində davam edərək, müsabiqədə iştirak edə bilməzlər.

Digər xəbərlər