PDF Oxu

Müsahibə

  • 8

Mətbuatın inkişafına xüsusi diqqət yetirilir

Mətbuatın inkişafına xüsusi diqqət yetirilir

- Əgər siz araşdırma aparsanız, görərsiz ki, QHT Şurası birinci dəfə qrant ayıranda mətbuat da bundan bəhrələnmişdi. Çox yaxın zamanlarda Kütləvi İnformasiya Vasitələrinə (KİV) Dəstək Fondu yaradılacaq. Jurnalist təşkilatları, KİV-lər həmin fonda müraciət edəcəklər. Yəni, bu fond yaranandan sonra, müəyyən ixtisaslaşma getməlidir ki, KİV-lər yeni yaradılacaq həmin fonda müraciət etsin. Ancaq mən elə görürəm ki, hələ ixtisaslaşma getməyib. KİV-lər müəyyən layihələr verə bilər ki, QHT-lərə Dəstək Şurası da həmin layihələri maliyyələşdirsin. Söhbət burada layihələrin necə yazılmasından gedir. Qəzetlər də QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə vəsaitindən yararlana bilər.

- Adlarını müstəqil qəzetlər qoyan bəzi mətbu orqanlar xarici donorlardan vəsait alırlar. Buna münasibətiniz necədir?

- Bu, həmişə bu, belə olub. Yəni xarici donorlardan maliyyələşən KİV-lər xarici ölkələrdə də mövcudur. Söhbət ondan gedir ki, layihələr necə həyata keçirilir. Həmin layihələr həyata keçirilərkən ölkənin mənafeyinə xələl gəlirmi? Layihələri təqdim edən xarici təşkilatlar Azərbaycanın daxili işinə qarışırmı? Bütün bunları müəyyənləşdirmək lazımdır. Deməzdim ki, hər hansı KİV xaricdən maliyyələşirsə, onların maraqlarına xidmət edir. Bu, həmin təşkilatın qarşıya qoyduğu məqsəddən asılıdır. Həm də bu, ümumiyyətlə, QHT-dən asılı olan bir məsələdir. Əgər o qeyri-hökumət təşkilatının özündə cəmiyyətdə gedən proseslərə obyektiv qiymət yoxdursa, həmin təşkilat xarici qrant aldı-almadı, öz maraqlarını yerinə yetirəcək. Çalışmaq lazımdır ki, digər layihələr xaricdən alınırsa, onlar daha çox Azərbaycanın inkişafına yönəlsin. O ki qaldı KİV-lərin inkişafına dövlət dəstəyi ilə bağlı yardım fonduna, artıq sənədlər hazırdır və təqdim olunub. Prezidentin İcra Aparatında bu məsələyə böyük həssaslıqla yanaşılır və artıq dövlət büdcəsindən 1,3 milyon manat vəsait ayrılıb.

- Əflatun müəllim, reket qəzetlərin adları açıqlandıqdan sonra Mətbuat Şurasına qarşı geniş kampaniya aparılır. Sizin fikrinizcə, bu, nədən irəli gəlir və bir qədər təəccüblü görünmürmü?

- "Səs" qəzetində işləyən hər kəsə minnətdarlığımı bildirirəm. "Səs" qəzeti Mətbuat Şurasının fəaliyyətinin  Azərbaycan ictimaiyyətinə çatdırılmasında çox yaxından iştirak edir. Bu, doğrudan da, danılmaz faktdır ki, Azərbaycan jurnalistikasında reketçilik var. Bu Mətbuat Şurasına daxil olan şikayətlərdə özünü göstərir. Mətbuat Şurasına demək olar ki, il ərzində mindən çox şikayət daxil olur, bunların əksəriyyəti jurnalist reketçiliyi ilə bağlıdır. Biz reket jurnalistikası ilə məşğul olan qəzetlərin adlarını açıqlamışıq və yenə də bu iş ilə məşğul olan qəzetlərinin adlarının açıqlanması istiqamətində işlər görürük. Azərbaycan Mətbuatı Şurası yalnız faktlara əsasən qərarlar çıxarır və heç nədən çəkinmir.

Digər xəbərlər