PDF Oxu

Müsahibə

  • 9

XX əsrin ən böyük soyqırımı Mart Soyqırımı hesab olunmalıdır

XX əsrin ən böyük soyqırımı Mart Soyqırımı hesab olunmalıdır

1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırımı aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə Azərbaycan türkü və digər xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirilib. Həmin dövrün hadisələrinə tarixi faktların gözü ilə nəzər salmaq üçün suallarımızı BDU-nun professoru, tarix elmləri doktoru Musa Qasımlıya ünvanladıq.

- Musa müəllim, 1918-ci il martın sonları-dekabrın başlanğıcında Azərbaycanda ermənilər tərəfindən xalqımıza qarşı soyqırım aktı həyata keçirilib. İstərdik ki, öncə bu soyqırıma gətirib çıxaran proseslər və yaranmış tarixi situasiya haqda oxucularımıza məlumat verəsiniz...

- 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan türklərinə və burada yaşayan digər xalqlara qarşı törədilən kütləvi qətllər ona qədərki dövrdə yeridilən siyasətin nəticəsi idi və bu nəticə sonralar çoxlu faciəvi hadisələrə səbəb oldu. Azərbaycanlılara qarşı törədilən soyqırımın köklərini çarizmin isti dənizlərə çıxmaq, münbit torpaqlar ələ keçirmək siyasətində axtarmaq lazımdır. Azərbaycan 1828-ci ildə bölüşdürüldükdən və ölkənin şimalı Rusiya tərəfindən işğal edildikdən sonra hakimiyyət oqranları sistemli şəkildə Azərbaycan torpaqlarına digər xalqları yerləşdirməyə başladılar, demoqrafik durumu dəyişdirməyə cəhd edirdilər. Bu işdə üstünlüyü xarici ölkələrdən, xüsusən, İrandan və Osmanlıdan ermənilərin köçürülməsinə verildi. Bu da səbəbsiz deyildi, çünki ermənilər Şərq xalqları içərisində yaşamışdılar, o xalqların psixologiyasını, adət-ənənələrini, dilini bilirdilər və şəraitə tez uyğunlaşmaq qabiliyyətinə malik idilər.
1828-ci ildən sonra çarizmin köçürmə siyasəti nəticəsində Cənubi Qafqaza təxminən 1 mln-a yaxın erməni köçürülmüşdü. Beləliklə, Cənubi Qafqazda ermənilərin sayı 1 mln 300 min nəfərə çatdırıldı. İlk öncə, ermənilər Azərbaycan torpaqlarına yerləşdirildilər və azərbaycanlıların hesabına varlandılar. Rusiya çarizmi tərəfindən aparılan bu siyasət hiddətə səbəb olurdu və milli ziddiyyətləri kəskinləşdirirdi. Məhz çarizmin himayəsi altında erməni siyasi təşkilatları yaradıldı və ermənilər üçün bir ideologiya işlənib hazırlandı. Ən böhranlı anlarda- 1905-1907-ci illərdə erməni silahlı dəstələri işə düşdü. Həmin illərdə ermənilər dinc insanları - türkləri kütləvi şəkildə qətlə yetirdilər.

- Bu qədər böyük miqyaslı soyqırımı aktını həyata keçirmək üçün ermənilər lazım olan gücü hardan almışdılar, silah təchizatı və təşkilatlanma hansı mərkəzlərdən həyata keçirilmişdi?

- 1917-ci ildə Qafqaz cəbhəsi dağılandan və rus ordusu geri çəkiləndən sonra hərbi hissələr öz silahlarını erməni dəstələrinə verdilər. Həmin dövrdə Bakıda Şaumyan başda olmaqla Baki Soveti daşnak qüvvələri ilə birgə hərəkətə başladı. Daşnaklarla bolşeviklərin ittifaqına erməni kilsəsi yardım göstərir, erməni ziyalıları da yaxından iştirak edirdilər.
Azərbaycanlılara qarşı ölkənin müxtəlif ərazilərində - Lənkəranda, Kürdəmirdə, Qubada, Şamaxıda və digər yerlərdə qırğınlar törədildi. Bunun zirvə nöqtəsi isə, 1918-ci ilin martında Bakıda oldu. Müxtəlif rəqəmlər söylənilir, 10 min, 15 min, amma ingilis mənbələrində göstərilir ki, ermənilər tərəfindən həmin ilin martında 25 min nəfər qətlə yetirilib.

- Bəzi yerlədə ermənilərin yaşamadığı və ya az yaşadığı bölgələrdə də ermənilər kütləvi qətllər törədiblər. Maraqlıdır, həmin yerlərdə bunu həyata keçirməyə ermənilərin kiyafət qədər gücü və imkanı var idimi, yoxsa həmin yerlərdə onlara başqa qüvvələrdəmi yardım etmişdi?

- Söhbət ondan gedir ki, Şuamyan başqa olmaqla Bakıda sovet hakimiyyəti 1917-ci ilin noyabrında elan edilsə də, 1918-ci ilin mart soyqırımına qədər real gücə malik deyildi. Onlar daha çox daşnak silahlı dəstələrinə arxalanırdılar. Mahiyyət baxımından məsələ, əslində, yalnız neft uğrunda mübarizədən gedirdi. Hətta Nərimanov özü də etiraf edirdi ki, söhbət hakimiyyətin kimdə olmasından yox, neftin kimin əlindən olmasından gedirdi.
Müharibənin son dövründə əsas mübarizə Bakı və Mosul nefti uğrunda gedirdi. Hesab olunurdu ki, Bakı nefti kimin əlində olsa, qələbə də onunla olacaq. Bolşeviklər bu siyasəti həyata keçirməkdə daşnak silahlı qüvvələrinə arxalanırdılar. Amma şübhəsiz ki, bolşevik hakimiyyəti, ilk növbədə, sovet Rusiyasının maraqlarını güdürdü.
Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra erməni daşnakları və bolşeviklər öz məqsədlərinə nail olmadı və sonrakı planlarını həyata keçirə bilmədilər. Azərbaycan ərazilərinin əsas hissəsi milli hakimiyyətin nəzarətində idi. Sonradan İrəvan quberniyası ermənilərə güzəştə gedildi, daha sonralar isə, Göyçə və Zəngəzur da ermənilərə verildi.

- Dövləti olmayan və Azərbaycan ərazilərində pərakəndə yaşayan ermənilərin Azərbaycan dövlətinə qarşı bunu həyata keçirmək imkanları yox idi. O zaman bu prosesin baş verməsində hansı amillər rol oynadı?

- 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman Ermənistan adlı siyasi, inzibatı bir ərazi vahidi omayıb. 1918-ci ildə Ararat Respublikası yaradılıb və onun da yaradılmasında Osmanlı İmperiyası xüsusi rol oynayıb. Bu dövlət elan olunan zaman Azərbaycan torpaqları üzərində yaradıldı. Ərazisi təxminən 10 min kv km idi, paytaxtı da yox idi. Azərbaycanlılar İrəvanı paytaxt olaraq Ermənistana güzəştə getdi və burada bir çox daxili və xarici amllər rol oynadı.
Təbii ki, erməni silahlı dəstələrinin Azərbaycana qarşı döyüşmək gücləri yox idi, baxmayaraq ki, hərb sahəsində ermənilərin müəyyən təcrübəsi var idi. Çarizm həmin silahlı dəstələri hazırlamışdı, onlardan hərbi xidmətə qəbul edirdi, amma çarizm heç vaxt Azərbaycan türklərini hərbi xidmətə çağırmırdı. Yalnız tək-tük adamlar müraciət edib könüllü hərbi xidmətə gedirdilər. Erməni silahlı dəstələrindən bəzi dövlətlər müharibə dövründə öz məqsədləri üçün istifadə etdilər. Nəticədə türksüz bir Ermənistanın yaradılmasına nail oldular.
1918-1920 illərdə Azərbaycanın ərazisi 114 min kv km idi və milli hakimiyyət bu əraziləri nəzarəti altına almışdı. Sonradan Azərbaycan hökumətinə qarşı baş verən qiyamlarda da xarici dövlətlərin əli var idi. Osmanlı dövləti müharibədə məğlub olandan sonra, həmin qiyamların baş verməsi üçün ermənilər bir imkan qazandılar və Azərbaycan hakimiyyətinə qarşı çıxdılar.

Digər xəbərlər