PDF Oxu

Müsahibə

  • 12

Kazan görüşü Ermənistan üçün sonuncu şansdır...

Kazan görüşü Ermənistan üçün sonuncu şansdır...

- Aydın müəllim, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazanda keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün gözləntilər nədən ibarət ola bilər?

- Bu görüşdən müəyyən gözləntilər var. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki həftə əvvəlki görüşündə müəyyən məsələlərdə ümumi razılığa gəlindiyi bildirilir. Eyni zamanda, həmsədr dövlətlərdə bu məsələyə ciddi yanaşmağa başlayıblar. Bununla belə nəzərə almaq lazımdır ki, hər görüş, istər-istəməz irəliyə doğru bir addımdır. Bu da bir həqiqətdir ki, keçirilən görüşün nəticəsinin olmaması dövlətlərin mənafeyinə zərbədir. Bu zərbəni Ermənistan əldə etməklə yanaşı, həm də iqtisadiyyatda itirir, regional layihələrdən kənarda qalır, əhalisi bu gərgin vəziyyətə dözməyərək, kütləvi sürətdə ölkədən köçüb gedir. Ona görə də, artıq situasiya Ermənistanı azacıq da olsa obyektivlik göstərməyə məcbur edir. Məhz bu səbəbdən də, Kazan görüşündən müəyyən gözləntilər var. Amma bütün ümidləri bu görüşə bağlamağın özü də düzgün olmazdı.

- Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının sədri Joze Manuel Barroza ilə görüşü zamanı bir çox məsələlər müzakirə olunub. Sizcə, Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf tendensiyası hansı xətt üzrə inkişaf edir?

- Bu görüş, demək olar ki, hər iki tərəf üçün çox böyük əhəmiyyət daşıyır. Azərbaycanın Avropa ilə əməkdaşlığı, Avropa dəyərlərinin ölkəmizdə oturuşması, qarşılıqlı şəkildə layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. J.M.Barrozonun Azərbaycana ötən ilki səfəri və Prezident İlham Əliyevin də Brüsselə səfəri də, onu göstərir ki, artıq tərəflər tez-tez, daha əhatəli məsələləri müzakirə etməklə görüşmək niyyətindədirlər. Tərəflər arasında olan məsələlərin müzakirəsi bir daha göstərir ki, birgə müzakirələrin sayı həddən artıqdır. Belə ki, enerji və regionun təhlükəsizliyi məsələləridir ki, bu da Azərbaycanın artıq Avropaya inteqrasiyasının daha effektli variantlarının nəzərdən keçirilməsidir. Onu da qeyd edim ki, Avropa Birliyi iqtisadi bir təşkilatdır. O, bir qayda olaraq, dövlətlərarası münaqişələrə qarışmır. Ancaq Dağlıq Qarabağ məsələsinə onun marağı göstərir ki, AB öz xarici siyasətinə müəyyən yeni prioritetlər əlavə etməyə başlayıb. Bu prioritetlər, ilk növbədə, Azərbaycanla bağlıdır. Məhz bütün bunlar onu göstərir ki, AB Dağlıq Qarabağ probleminin həll edilməsinə maraqlıdır. Eyni zamanda, biz AB-nin Azərbaycanla münasibətlərə çox ciddi yanaşdığının da şahidi oluruq.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər