- Tahir müəllim, "Siyasi partiyalar haqqında" Qanuna dəyişikliklər edilməsi zəruriliyi qeyd olunur. Radikal müxalifətin bu dəyişikliklərdən narahatlıq keçirməsi nə ilə izah olunur?
- Prezident İlham Əliyev təklifi ilə Venesya Komissiyasına təqdim olunan layihədə hətta müxalifətin mənafeyini belə nəzərə alıb. Müxalifət minnətdar olmalıdır ki, cənab Prezident təkcə o məsələni qoymayıb ki, yalnız parlamentdə iştirak edən partiyalar maliyyələşsin. Halbuki biz çox gözəl bilirik ki, o da çox böyük mühüm məsələdir. Həmin anda, əlbəttə ki, radikal müxalifət partiyaları maliyyələşə bilməz. Çünki radikal partiyaların nümayəndələri parlamentə düşə bilməyib. Belə olan təqdirdə, müxalifət minnətdarlıq etməlidir ki, Prezident yalnız rəsmi qeydiyyatı olan, eyni zamanda, parlament seçkilərində səs toplayan və topladığı səslərə görə partiyaların maliyyələşməsi məsələsini qoymuşdur. Bir sözlə, bu, ən ideal variantdır. Hesab edirəm ki, burada radikal müxalifətin narahatçılıq keçirməsi başqa bir məsələdir. Bu məsələ ondan ibarətdir ki, radikal müxalifətin liderləri başlarına çoxlu sayda xırda partiyalar toplayıblar. Onlar da çox narahatdılar ki, bu partiyalar özlərinin ambisiyalarından çıxış edə bilərlər. Ona görə də, onlar çox narahatçılıq keçirilər. Bundan başqa, belə bir fikir var ki, kaş hər birimiz ayrı-ayrılıqda parlament seçkilərində iştirak edərdik. Yəni hansısa blok şəkilində yox, ayrı-ayrılıqda. Hər birimiz, 100 namizəd verərdik və hər biri daha çox səs toplayardı. Həmin anda isə həmin partiya daha çox maliyyələşərdi. Radikal müxalifətdə əsas sayılan partiyalar birləşərək birlikdə çıxış ediblər. Ona görə də, onlar arzu etdiyi qədər maliyyələşə bilməyəcəklər. Bir sözlə, onların əsas narahatçılığı yuxarıda qeyd etdiyim məsələdən ibarətdir.
- Qanuna edilən dəyişikliklərdə, partiyaların maliyyələşməsi məsələsi də həyata keçiriləcək. Sizcə, bu, hansı prinsiplər əsasında reallaşmalıdır?
- Siyasi partiyaların maliyyələşməsi ilə bağlı verilən təklif optimal bir təklifdir. Birincisi, rəsmi qeydiyyatda olan partiyalar və bu partiyalar da saf-çürük olmalıdır. Hətta elə partiyalar var ki, onların sədrinin kim olduğu belə bilinmir. Yəni belə bir yerdə qalan partiyalar nəyə lazımdır. Düşünürəm ki, həmin yararsız partiyalar da saf-çürük olmalıdır. Hər partiya təsadüfi maliyyə qaynağı ilə təmin oluna bilməsin. Digər bir məsələ ondan ibarətdir ki, burada parlament seçkiləri məsələsi düzgün qoyulub. Amma düşünürəm ki, Azərbaycan Respublikası prezidentli respublikadır. Yəni parlamentli respublika deyil. Ona görə də, prezident seçkilərinin də nəticələri nəzərə alınmalıdır. Çünki prezident seçkilərində YAP və onun namizədini müdafiə edən çoxsaylı partiyalar da olub ki, onlar da uğur qazanıblar. Onların maliyyələşmə məsələsi də seçkidə nəzərə alınmalıdır. Bu, çox optimal variant ola bilər.
GÜLYANƏ