PDF Oxu

Müsahibə

  • 150

Radikal müxalifət milli maraqlara uyğun siyasət aparmır

Radikal müxalifət milli maraqlara uyğun siyasət aparmır

- Əhməd bəy, nəyə görə radikal müxalifət ağır böhranlı vəziyyətlərlə üzləşəndə çıxış yolunu icazəsiz aksiyalar keçirməkdə görür?
- Birmənalı şəkildə Azərbaycanın yerləşdiyi regionda və eləcə də, islam ölkələrində aktiv siyasi proseslər gedir. Bu proseslərin təsirindən Azərbaycandakı bəzi siyasi qüvvələr yenidən önə çıxmağa çalışır. Təəssüf ki, onların fəallığı milli maraqlardan deyil, öz şəxsi maraqlarından çıxış etməyə yönəlib.
- Radikal müxalifətin cəmiyyətdə uğursuzluğa düçar olmasını onların düzgün siyasət apara bilməmələri ilə ələqələndirmək olarmı?
- Təbii ki, hər bir siyasi kursun cəmiyyətdə özünə tərəfdar tapması partiya sədrlərindən asılıdır. Eyni zamanda, həmin kursun siyasi proseslərə nə dərəcədə təsir göstərməsi də xüsusi önəm daşıyır. İndi Azərbaycanda belə bir vəziyyətdir ki, müxalifət adı ilə ortada olan qurum, marionet bir qurumdur. Yəni, radikal müxalifət ya qrant verən təşkilatlardan, ya səfirliklərdən, ya da hakimiyyətdən asılı bir vəziyyətdədir. Ona görə də, onlar heç vaxt sistemli milli marağa uyğun siyasət apara bilməzlər. İkinci bir tərəf ondan ibarətdir ki, uzun müddət bu qüvvələrin cəmiyyətdə apardığı aldatma siyasəti, cəmiyyətin aktiv təbəqəsinin onlardan üz döndərməsinə gətirib çıxarıb.
- Sizcə, kütləvi aksiyalarla nəyəsə nail olmaq mümkündür?
- İnsanın təməl prinsiplərindən və BMT tərəfindən qəbul olunmuş konvensiyalardan biri də vətəndaşların sərbəst şəkildə öz mövqelərini ifadə etməsidir. Sadəcə olaraq, mitinq bir göstəricidir. Yəni burada bir şəxsin və yaxud da şəxslər qrupunun bu və ya digər məsələlərlə bağlı öz mövqelərini ortaya qoyması və digərlərinə çatdırılmasıdır. Ona görə də, demokratik cəmiyyətlərdə kütləvi aksiyalar, mitinqlər keçirilməsi normal haldır. Amma bu aksiyalar qanun çərçivədə olmalıdır. Təəssüf ki, radikal müxalifət xaricdən verilən təlimata əsasən, fəaliyyətlərini qurmağa və icazəsiz aksiyalar keçirməyə cəhdlər göstərirlər. Bu isə Azərbaycan qanunvericiliyinin tələblərinə ziddir.

GÜLYANƏ

Digər xəbərlər