PDF Oxu

Müsahibə

  • 489

“Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı dediyi fikirlər çox ciddi təhlil edilməlidir”

“Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı dediyi fikirlər çox ciddi təhlil edilməlidir”

- Bu günlərdə Ermənistan prezidentinin gənclərlə görüşündə səsləndirdiyi fikirlərə sizin münasibətiniz necədir?

- Ermənistan prezidenti Serj Sarkisyanın gənclərlə keçirdiyi görüşdə söylədiyi fikirlər bir neçə, xüsusilə Dağlıq Qarabağla dediyi fikirlər baxımında çox ciddi təhlil edilməlidir. Serj Sarkisyan bu fikirləri ilə Ermənistanın təcavüzkar dövlət olduğunu göstərib. Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarını işğal edib, işğalın gedişində dinc əhaliyə qarşı terror aktları həyata keçirib. Dağlıq Qarabağla bağlı söylədikləri ilə Sarkisyan özünün Avropa Şurası Parlament Assambleyasında dediklərini təkzib etmiş oldu. O AŞPA-da bildirmişdi ki, Ermənistan heç bir zaman Azərbaycana qarşı heç vaxt ərazi iddiaları irəli sürməyib, Azərbaycan ərazilərini işğal etməyib.

Sarkisyanın Qarabağla bağlı söylədikləri bir sıra məqamlarına görə mütləq münasibət bildirməlidir. Birincisi, ATƏT-in Minsk Qrupu bu münaqişənin həllindən ötrü yaranıb və belə bir şəraitdə Ermənistan rəhbərinin bu cür bəyanatları münaqişənin dinc yolla həllinə yönəlməyib. Bu bir daha göstərir ki, regionda təhlükəsizlik üçün başlıca qorxu Ermənistandan gəlir və Ermənistan təhlükə mənbəyidir. Ermənistanın belə bir siyasəti davam etdikcə Cənubi Qafqazdan sülh, sabitlik, əməkdaşlıq ola bilməz. Regionun demokratikləşməsi, insan haqlarının qorunması və Avropaya inteqrasiya istiqamətində başlıca mahiyyət Ermənistanın siyasətidir. Sarkisyanın bu bəyanatına ATƏT-in Minsk Qrupunun həmsədrləri öz münasibətlərini bildirməlidirlər. Sarkisyan öz çıxışında yalnız Dağlıq Qarabağdan bəhs etmədi, bundan başqa, bütün, yəni həm Dağlıq, həm də Aran Qarabağdan bəhs etdi. Ümumiyyətlə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlamaq istəyinin olmadığını aydın şəkildə göstərir.

- Ermənistan prezidentinin çıxışında Türkiyə torpaqlarına qarşı ərazi iddiaları da qeyd olunur. Bəs bu fikirlər sizcə, nəyə hesablanıb?

- Sarkisyanın çıxışında "Ermənistanın Qərb torpaqları" və ya "Qərbi Ermənistan"la bağlı dediklərinə gəldikdə isə bir məsələni xüsusi vurğulamaq lazımdır. Böyük dövlətlər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmağa çağırırlar. Münasibətlərin normallaşmasında Türkiyə tərəfdən heç bir əngəl yoxdur. Bu münasibətlərin normallaşmasına başlıca əngəl Ermənistanın Türkiyəyə qarşı münasibətdə yeritdiyi siyasətdir. Ermənistan tarixdə heç bir zaman olmayan uydurma erməni soyqırımından imtina etmir, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və təzminat tələbindən imtina etmir. Serj Sarkisyan bu çıxışı ilə Türkiyəyə qarşı ərazi iddialarını ortaya qoymuş oldu. Onu gələcək nəsillərin işi, vəzifəsi olaraq müəyyənləşdirdi. Bu bir daha göstərir ki, Ermənistanda gənclər işğalçı ruhda tərbiyə olunurlar. Serj Sarkisyanın bu fikirlərində Ağrı dağı və onun yaxınlığında yerləşən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına olan iddialarını göstərir. O da böyük dövlətlər tərəfindən qəti bir mövqe olaraq ortaya qoyulub. Serj Sarkisyanın belə çıxışları ona hesablanıb. Bu, Ermənistanın təcavüzkar niyyətlərini ortaya qoyur və Ermənistan xarici siyasətinin işğalçılıq siyasətinin həyata keçrilməsinə yönəldiyini göstərir.

- Beynəlxalq ictimaiyyət Ermənistanın dövlət başçısının səsləndirdiyi fikirlərə qarşı nə cavab verməlidir?

- Hesab edirəm ki, Türkiyədən Ermənistanla münasibətləri normallaşdırmağı tələb edən ölkələr Ermənistan rəhbərinin bu mövqeyinə açıq şəkildə münasibət bildirməlidirlər. Ermənistanın təcavüzkar siyasətini pisləməlidirlər.

Digər xəbərlər