PDF Oxu

Müsahibə

  • 185

“Ermənistan prezidenti növbəti dəfə sərsəmlədi”

“Ermənistan prezidenti növbəti dəfə sərsəmlədi”

- Gülər xanım, Ermənistan prezidenti Serj Sarkisyanın yeni ərazi iddası ilə çıxış etməsi onun işğalçılıq siyasətinin iç üzünü bir daha açıq-aydın şəkildə göstərdimi?

- Hər dəfə sərsəm, məntiqsiz bəyanatlar vermək artıq Ermənistan prezidentində adi hala çevrilib. Serj Sarkisyana normal, insanın başa düşə biləcəyi tərzdə nəyisə başa salmaq mümkün deyil. Bu gün mənfur ermənilər Türkiyənin ərazisi olan Ağrı dağının və digər torpaqların işğal olunması haqqında fikirlər səsləndirir. Sarkisyan gənclərə sülh, rifah yolunu seçməyi deyil, savaş, müharibə, yad dövlətlərin ərazilərini zəbt etməyi tövsiyə edir. Bunlar bir dövlət başçısına yaraşan tövsiyələr, məsləhətlər deyil. Təcavüzkar Ermənistan prezidenti regionda sülhün əldə olunmasına qətiyyən maraqlı deyil. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müzakirə edildiyi bir məqamda Sarkisyan məlum bəyanatla çıxış etdi. Ermənistan prezidentinin tutduğu qeyri-konstruktiv mövqeyi, bir daha açıq-aydın şəkildə bəlli oldu. Beynəlxalq təşkilatların-BMT, AŞPA, Avropa Parlamenti və digər qurumların təcavüzkar Ermənistanı işğalçılıq siyasətindən çəkindirməsi çox çətindir. Əgər Ermənistan işğalçılıq siyasətindən əl çəkməsə, o zaman türk əsgəri öz sözünü deməlidir. Əslində, Serj Sarkisyanın verdiyi bəyanata o qədər də önəm vermək lazım deyil. Əgər Sarkisyan kimi sərsəm bir dövlət başçısının intellektual səviyyəsi, siyasi təcrübəsi yoxdursa, o, yeni bir söz deyə bilməyəcək. Serj Sarkisyan barədə istər erməni, istərsə də dünya mətbuatında kifayət qədər mənfi rəy formalaşıb. Azərbaycan torpaqları sanki Ermənistan prezidentinə azlıq edirmiş kimi, indi də Türkiyə ərazisi olan Ağrı dağı zəbt etmək iddiası ilə çıxış edir. Artıq Sarkisyana yerinin göstərilməsinin zamanı yetişib. Azərbaycan özünü nə qədər ümumbəşəri qaydalara, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun aparırsa, Ermənistan prezidenti daha çox özünü səviyyəsiz, məsuliyyətsiz bir cani kimi aparır. Bu gün faşizm ideologiyasının mənbəyi Yerevan, bu ideologiyanı açıq-aydın izhar edən isə Serj Sarkisyandır. Ermənilər işğalçılıq siyasətindən, tutduqları qeyri-konstruktiv mövqelərindən əl çəkə bilmirlər. İşğalçı dövlət çox ciddi şəkildə cəzalandırılmalıdır.

- Təəssüf doğuracaq hal deyilmi ki, Sarkisyan gəncləri barışa, sülhə deyil, məhz savaşa çağırır?

- Mənfur ermənilər zaman-zaman - illər, əsrlər boyu uşaqlarını müharibə, terror və günahsız insanları qətlə yetirmək ab-havası ilə böyüdüb. Bu, bir azğın erməni siyasətidir və onlar da bu estafeti öz gənclərinə, gələcək nəsillərinə ötürürlər. Bu gün Sarkisyan və Köçəryan kimilər günahsız insanları, uşaqları, qocaları qətlə yetirmələri ilə fəxrlə, qürur hissi ilə danışırlar. Belə cinayətkar təbiətli adamlardan bundan başqa heç nə gözləmək olmaz.

- Gülər xanım, sizcə, beynəlxalq aləmin işğalçı Ermənistan prezidentinin məlum bəyanatına reaksiyası necə olacaq?

- Serj Sarkisyanın AŞPA-da etdiyi çıxışı zamanı Xocalıda törədilən qətliamla bağlı "mən Dağlıq Qarabağın qəhrəmanıyam" bəyanatına reaksiya susqunluqla müşayiət olundu. Elə bu dəfə də o formada olacaq. İnandırıcı deyil ki, beynəlxalq təşkilatlar, yaxud da ATƏT-in hər hansı bir rəsmisi bu dəfə S. Sarkisyana sərt cavab verəcək və ona öz yerini göstərəcək. Əgər Sarkisyan özündə bu qədər siyasi həyasızlıq tapıb günahsız insanları qətlə yetirdiyini fəxrlə deyirsə, o zaman bu bəyanatı da verərkən əvvəlcədən əmin olub ki, dediklərinə heç bir reaksiya verilməyəcək. Amma bu məsələyə beynəlxalq birlik susqunluq nümayiş etdirməklə cavab verməməlidir. Çünki belə bir bəyanata heç cür haqq qazandırmaq mümkün deyil.

- Bəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin çözülməsi istiqamətində yaradılan ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti sizi qane edirmi?

- Qətiyyən qane etmir. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun fəaliyyəti yarandığı ilk gündən indiyə qədər heç zaman qaneedici olmayıb. Hər dəfə, sadəcə olaraq, bəyanatlar verməklə kifayətləniblər. İndiyə qədər mövcud münaqişənin həlli ilə bağlı real nəticə ortaya qoya bilməyiblər. Minsk Qrupu həmsədrlərinin belə bir fəaliyyəti necə qaneedici ola bilər? Dünyada bundan da çətin münaqişələr olub. Qısa zaman kəsiyində onların həlli ilə bağlı beynəlxalq qurumlar öz mövqelərini bildirib, işğalçıya qarşı ciddi təsir və təzyiq rıçaqlarını işə salıblar. Amma söhbət Azərbaycandan gedəndə, beynəlxalq aləm haqlı və işğala məruz qalan tərəfin kim olduğunu bilə-bilə susmağa üstünlük verir. Təcavüzkar Ermənistan işğalçı əməllərinə görə mütləq cəzalandırılmalıdır. Beynəlxalq aləm işğalçı dövlətə qarşı ciddi sanksiya tətbiq etməli, təsir və təzyiq rıçaqlarını işə salmalıdırlar. İndiyə qədər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülhün əldə olunmasına nail olmayıblar. Ona görə yox ki, bunu edə bilmirlər. Ona görə ki, bunu etmək istəmirlər. Amma Azərbaycan dövləti ermənilər tərəfindən zəbt olunan torpaqlarını ya sülh, ya da hərb yolu ilə geri qaytaracaq. Çünki bu gün Azərbaycanın işğalçı Ermənistanı yerlə yeksan etmək üçün yetərli qədər gücü və qüdrəti var.


AYLANA RZAYEVA

Digər xəbərlər