PDF Oxu

Müsahibə

  • 247

Ermənistan təcavüzkar ölkə olduğunu bir daha sübut etdi

Ermənistan təcavüzkar ölkə olduğunu bir daha sübut etdi

- Elman müəllim, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Bu amil hakimiyyətlə xalq arasında dərin uçurumun yaranmasına əsas vermir ki?

- Bu gün Ermənistan bütün sferalar üzrə iflas mərhələsini yaşayır. Ermənistan əhalisi sürətli şəkildə ölkəni tərk etməkdədir. Belə olan təqdirdə, hakimiyyətlə xalq arasında böyük uçurumlar yaranır. Düşünürəm ki, indiki vəziyyətdə hakimiyyəti qoruyub saxlamaq üçün Ermənistan iqtidarının əlində olan əsas rıçaq və vasitə məhz Dağlıq Qarabağ məsələsidir. Eyni zamanda, işğalçılq siyasətini qoruyub saxlamaq məsələsidir. Ermənistanın bugünkü iqtidarı, yəni Sarksiyan rejimi hesab edir ki, nə qədər çox Azərbaycan torpaqlarını işğal altında saxlasalar, Ermənistan xalqının ac və işsiz qalmasına haqq qazandıra biləcəklər. Yəni, bütün baş verən bu proseslərin günahının və səbəbinin məhz Dağlıq Qarabağla bağlı olduğunu əsaslandıra biləcəklər. Ona görə də, bu gün işğalçı Ermənistan Dağlıq Qarabağ kartından daxili auditoriyanın sakitləşməsi üçün istifadə edir və sərt bəyanatlarla görüntü yaratmağa çalışır. İşğalçı ölkə belə bir imitasiya ilə məşğuldu ki, guya son dərəcədə bu məsələ ilə bağlı qətiyyətlidir və heç bir halda Dağlıq Qarabağdan imtina edən deyil. Bir sözlə, bu fonu yaradaraq ölkədəki sosial və iqtisadi fəlakətlə bağlı gərginliyi yumşaltmaq istəyir. Eyni zamanda, Dağlıq Qarabağ kartından, dünyadakı xüsusi olaraq da, ABŞ və Fransadakı lobbi təşkilatlarından, diaspora qruplarından öz mənəfeyi üçün istifadə edir. Heç şübhəsiz ki, bu günə kimi, Ermənistanın işğalçılıq aksiyasını davam etməsində və buna son qoyulmamasında, cavabdeh tərəflərdən biri beynəlxalq vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdir. Yəni ABŞ, Fransa və Rusiyadır. Həmin bu dövlətlərdə, Ermənistanın işğalçılıq siyasətini son qoya biləcək qətiyyətli addımlar atmırlar. Belə olan halda da, Ermənistan öz qeyri-konstruktiv mövqeyini qoruyub saxlayaraq, davam etdirir. Heç şübhəsiz ki, bu vəziyyət regionda sülhə və təhlükəsizliyə çox ciddi təhdidir. Bir sözlə, istənilən halda müharibənin başlanma təhlükəsi reallaşa bilər. Mən bir daha qeyd etmək istəyirəm ki, bu gün Ermənistanın aqressiyası ilə bağlı əsas motiv ondan ibarətdi ki, daxili auditoriyanı sakitləşdirsin. Eyni zamanda da, dünyadaki erməni lobbisi və diasporasından daha çox maliyyə yardımları almağa çalışır. Burada onların əlində Dağlıq Qarabağ bir kart kimi, həmin sözügedən məsələlər üçün istifadə olunur.

- S.Sarksiyan son bəyanatı ilə təcavüzkar bir ölkənin rəhbəri olduğunu bir daha sübut etdi. Sizcə, dünya birliyi yenə də Ermənistan prezidentinin anormal mövqeyinə biganə qalacaqmı?

- Bu dəfə S.Sarksiyan özünün sərsəm bəyanatlarının seriyasında bir qədər də uzağa getdi. Artıq bu dəfə S.Sarksiyan gənclərlə görüşündə və onlara müraciətində sərsəm bəyanatlar verdi. Hətta Ağrı dağa olan iddalarının da məhz həmin nəsil tərəfindən həyata keçirilməsini tövsiyə etdi. Bu, birbaşa, ölkələrin ərazi bütövlüyü prinsipinə, ATƏT-in Helsinki Aktına zidd bir yanaşmadır. Bu gün Rusiyanın vassalı olan Ermənistan dövləti, NATO dövlətinin müttəfiqi olan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb.


GÜLYANƏ

Digər xəbərlər