PDF Oxu

Müsahibə

  • 279

“Radikal müxalifət heç vaxt təməli möhkəm olan yeni birlik yaratmağa qadir deyil”

“Radikal müxalifət heç vaxt təməli möhkəm olan yeni birlik yaratmağa qadir deyil”

- Mais müəllim, dağınıq halda olan radikal müxalifətin birlik modeli yaratmaq istəyi nə dərəcədə baş tuta bilər?

- Artıq 20 ilə yaxındır ki, bir sıra partiyalar radikal müxalifətçilik edir. Bu illər ərzində də sözügedən qüvvələr, bir çox birliklər yaratmağa cəhd göstərib. Amma bu birliklərin heç biri uzunömürlü olmayıb. Düşünürəm ki, bundan sonra onların yeni bir müxalifət birliyi yaratmaq ideyası baş tuta bilməz. Çünki müxalifət partiyalarının öz aralarında çox ciddi ziddiyyətlər var. Həm ideoloji, həm də orada olan liderlərin şəxsi idealarından irəli gələn ziddiyyətlər mövcuddur. Bu baxımdan, hesab edirəm ki, bu ziddiyyətlər radikal müxalifəti birləşməyə qoymayacaq. Düzdür, müxalifət partiyalarında bir sıra gənclər var və bundan sonrada var olaraq qalacaqdır. Düşünürəm ki, radikal müxalifət heç vaxt təməli möhkəm olan bir birlik yarada bilməz.

- "İctimai Palata" deyilən qurum hədələyici bəyanatlarla çıxış edib. Hakimiyyətə hədələyici mesajlar ünvanlanması məsuliyyətsiz mövqeyin acı təfərrüatları hesab edilə bilər?

- "İctimai Palata" ictimaiyyət tərəfindən dəstək qazanan quruma çevrilə bilmədi. "İctimai Palata"da olan insanlar həmin partiyaların nümayəndələrindən ibarətdir. Bu partiyaların yaratdıqları bir qurumdur. Bu ziddiyyətlər müxalifətin əvvəl yaratdığı birliklərdə olduğu kimi, bu dəfə isə, "İctimai Palata"ya köçürülüb. Həmin partiyalar bundan sonra iclaslar keçirərək, bir araya gəlsələr də, həmin o ziddiyyətlər orada qalacaqdır. Bu ziddiyyətlər, əsasən də, həmin müxalifət liderlərinin bir-birinə güzəştə gedə bilməyəcəyi iddiaları ilə bağlıdır. Düşünürəm ki, "İctimai Palata" da radikal müxalifət partiyaları kimi xalqdan ictimai dəstək ala bilməyib. Hesab edirəm ki, ictimai dəstəyi olmayan qurumların cəmiyyətdə uzun müddət mövcud olması mümkün deyil. Bu siyasi nəzəriyyələr də də var. Eyni zamanda, praktika da göstərir ki, cəmiyyət tərəfindən dəstəklənə bilməyən qurumlar, uzun müddət yaşaya bilmir və fəaliyyətlərinə son verirlər.


GÜLYANƏ

Digər xəbərlər