PDF Oxu

Müsahibə

  • 3 242

Radikal müxalifət iflas mərhələsindədir

Radikal müxalifət iflas mərhələsindədir

- Vüqar bəy, dağınıq halda olan radikal müxalifətin birlik modeli yaratmaq istəyi nə dərəcədə baş tuta bilər?

- İndiyə qədər radikal müxalifətin birləşə bilməməsinin əsas səbəbkarları, müxalifət daxilində olan və özlərini aparıcı adlandıran siyasi partiya liderləridir. Həmin siyasi partiyalar bu müxalifətin bir araya gəlməsini heç vaxt arzu etməyib. Sadəcə olaraq, çərçivəli birliklərin mövcudluğu istiqamətində fəaliyyət göstəriblər. Həmişə də çalışıblar ki, müxtəlif vaxtlarda, ölkədə seçki öncəsi ancaq bir neçə partiyanın birliyi yaransın. Digər müxalif siyasi təşkilatlar isə bir kənarda qalsın. Son nəticədə isə Azərbaycan xalqı görsün ki, radikal müxalifət birləşə bilmir. Bu baxımdan, həmin qüvvələrin bu birliyi arzulamadığını və birliyin baş tutması istiqamətində fəaliyyət göstərmədiklərini nəzərə almalıyıq. Düşünürəm ki, müxalifətin birliyinə ehtiyac var. Amma burada hansı müxalif qüvvələrdən söhbət gedir? Təbii ki, burada Azərbaycanın milli maraqlarına xidmət edən və dövlətçilik prinsiplərini heç vaxt kobudcasına pozmayan və ölkəmizin milli maraqlarını üstün tutaraq heç bir xarici dövlət ilə şübhəli ələqələrə malik olmayan siyasi qüvvələrdən söhbət gedir. Hesab edirəm ki, müxalifətin birliyi deyəndə, ilk növbədə, burada sağlam qüvvələrin birliyi nəzərdə tutulmalıdır. Yəni, müxalifətdi deyə hər hansı bir istənilən qüvvə ilə bir araya gəlmək düzgün olmaz. Təəssüflər olsun ki, bəzi siyasi qüvvələr Azərbaycan hakimiyyətinə qarşı hətta şeytanın özü ilə də əməkdaşlıq etməyə hazırdırlar. Düşünürəm ki, bu ideoloji və ədalətli mövqe deyil.

- "İctimai Palata" deyilən qurum hədələyici bəyanatlarla çıxış edib. Hakimiyyətə ultimativ mesajlar ünvanlanması məsuliyyətsiz mövqeyin acı təfərrüatları hesab edilə bilərmi?

- "İctimai Palata"nın bəyanatları və mövqeyi orada birləşən siyasi qüvvələrin mövqeyidir. Əgər ölkədə müəyyən problemlər varsa və bu problemlərin aradan qaldırılması üçün siyasi partiyalar hər hansı bir təkliflə çıxış edirlərsə, onlar tərəfindən verilən bu təklifləri hədə və ultimatum kimi qəbul etmək düzgün olmazdı. Düşünürəm ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar ölkənin milli maraqlarına uyğun şəkildə problemlərin həll üçün özündə dialoqlara güc tapmalı və bir araya gələrək, həmin məsələləri müzakirə etməlidir. Təəssüflər olsun ki, bu gün Azərbaycanda siyasi sistemin normallaşmasını istəməyən bəzi qüvvələr mövcuddur. Bu qüvvələr də, xarici kəşfiyyat qüvvələri və qurumları tərəfindən yönləndirilir. Burada onların istəyi odur ki, Azərbaycanda normal siyasi münasibətlər sistemi formalaşmasın. Düşünürəm ki, həm Azərbaycan iqtidarı və müxalifəti bu istiqamətdə konkret addımlar atacaqdır. Çünki bunun başqa yolu yoxdur. Hesab edirəm ki, Azərbaycan dövləti hörmətə və diqqətə çox layiq bir dövlətdir. Biz bu ölkənin vətəndaşları və siyasi qüvvələri olaraq, hər zaman çalışmalıyıq ki, bizim problemlərimizə kənar müdaxilələr olmasın.

GÜLYANƏ

Digər xəbərlər