PDF Oxu

Müsahibə

  • 1 049

Radikal müxalifətin sonu çatıb

Radikal müxalifətin sonu çatıb

- Zöhrab müəllim, müxalifətin pərakəndə və dağınıq halda olmasının başlıca səbəbinin liderlərinin səhv siyasət aparmaları ilə əlaqələndirmək olarmı?

- Dünyanın bəzi ölkələrində fəaliyyət göstərən müxalifət partiyaları əgər uzun illər hakimiyyətə gələ bilmirlərsə, həmin müxalifət partiyalarının sədrləri istefa verirlər. Yəni, həmin sədrlər istefa verir və sədrliyə yenisi seçilir. Azərbaycanda bu ənənə yoxdur. Sadəcə olaraq, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar gündəmdə qalmaq siyasətin yürüdürlər. Düşünürəm ki, müxalifətin dağınıq halda olmasının başlıca səbəbi liderlərin səhv siyasət aparmaları ilə əlaqəlidir.

- Nəyə görə birlikdən danışan müxalifət partiya sədrləri əməli fəaliyyətlərində müxtəlif xarakterli blok və qurum yaradırlar?

- Milli məsələlərdə bütün mövqelər bir araya gətirilsə, təbii ki, ölkəmiz üçün çox xeyirli olar. Amma Azərbaycan siyasətində bütün siyasi qüvvələr, hər biri bir tərəfə çəkilərək öz dünyagörüşünə görə siyasət yürütməklə məşğul olurlar. Azərbaycan siyasətində, Azərbaycan müstəqillik əldə edəndən sonra, ölkədə fəaliyyət göstərən siyasi partiyalar fərqli mövqelərdə olaraq bir araya gələ bilmirlər. Düşünürəm ki, müxalifət partiyalarının bir xəstəliyidir.

- 20 ilə yaxındır ki, ölkədə radikal müxalifət partiyaları fəaliyyət göstərir. Bu partiyalar fəaliyyət göstərdiyi müddət ərzində heç nəyə nail ola bilməyiblər. Sizcə, bundan sonra onların nə isə nail ola biləcəkləri nə dərəcədə inandırıcıdır?

- Radikal müxalifət partiyalarının uğur əldə etmələri bundan sonra mümkün deyil. Onların ən böyük səhvləri ondan ibarətdir ki, ancaq hakimiyyətə gəlməklə bağlı müəyyən müzakirələr aparırlar. Yəni ölkəmizin milli məsələlərinin həll olunmasında bir araya gələrək konkret mövqelərini ifadə edə bilmirlər. Belə olan halda da onların bundan sonra nə isə uğur qazanmaqları inandırıcı görünmür.


GÜLYANƏ

Digər xəbərlər