- Fəzail müəllim, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Bu amil hakimiyyətlə xalq arasında dərin uçurumun yarandığının göstəricisi sayıla bilərmi?
- Hakimiyyətlə xalq arasında uçurumun olması müxtəlif müstəvidə ola bilər. Siyasi müstəvidə bu uçurum dərinləşə bilər və yaxud da yeridilən ümumi strateji kurs hakimiyyətin yeritdiyi kurs arasında problem yaradaraq, münasibətləri uçuruma apara bilər. Düşünürəm ki, burada söhbət Ermənistan hakimiyyəti ilə xalq arasındakı uçurumdan getmir. Ümumiyyətlə, Ermənistanda hakimiyyətin özünün uçuruma getməsindən söhbət gedir. Eyni zamanda, bu ölkədə iqtisadi, siyasi, mədəni, mənəvi həyatın uçuruma getməsindən və Dağlıq Qarabağ kartı üzərində hakimiyyətə gəlmiş bu qüvvələrin strateji kursunun iflasından söhbət gedir. Yəni, iqtisadi böhranda boğulan bir ölkənin hakimiyyəti heç vaxt güclü ola bilməz. Saxta yolla hakimiyyətə gəlmiş iqtidar heç vaxt güclüyəm deyə bilməz. Hər bir xarici ölkə rəhbəri çox gözəl bilir ki, işğalçı Ermənistan xarici ianələrin hesabına yaşayan bir ölkədir. Bir sözlə, xaricdən maliyyələşən və ölkəni xarici ianələr hesabına yaşadan hakimiyyətin heç bir gücü ola bilməz. Bütün bunların hamısı Ermənistanda hakimiyyətlə xalq arasındakı uçurumdan yox, burada baş verənlər sözügedən ölkənin iqtisadi iflası, hakimiyyətin böhranı və xalqın kütləvi şəkildə yaşamaq uğurunda apardığı mübarizəsinin köçmə formasıdır.
- Bu gün Ermənistan xarici qrantlar hesabına yaşaya-yaşaya qonşu ölkələrə qarşı ərazi iddiası ilə çıxış edir. Belə olan halda, bu ölkənin sifarişlə hərəkət etdiyini söyləmək olarmı?
- Bəli, Ermənistan xarici ianələr hesabına maliyyələşərək, idarə olunan ölkədir. Bu işğalçı ölkəni maliyyələşdirən və onu idarə edən ölkə isə Rusiyadır. Bir tərəfdən də, özləri bunu açıq şəkildə elan edir ki, Ermənistan Rusiyanın forpostudur. Qafqaz regionunda özünün mövqeyini möhkəmləndirmək üçün Ermənistan Rusiyanın əlində bir alətdir.
- S.Sarkisyanın son bəyanatı təcavüzkar bir ölkənin rəhbəri olduğunun sübutu sayıla bilərmi?
- Fikrimcə, Serj Sarkisyan təcavüzkar bir ölkənin rəhbəri deyil. O, həm də dünyada hökm sürən terrorçu qurumun üzvlərindən biridir. Ermənistanın törətdiyi terror fəaliyyəti, birbaşa olaraq, Azərbaycanla bağlı olub. İşğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağda terrorçu qruplar yetişdirib. Ona görə də, Ermənistan prezidenti S.Sarkisyanın səsləndirdiyi bəyanatlar, bir dövlət xadiminin bəyanatı deyil. Düşünürəm ki, S.Sarkisyan erməni xalqını çox çətin vəziyyətə salır və bununla da həm özünü, həm də siyasi hakimiyyətini iflasa doğru aparır.
GÜLYANƏ