PDF Oxu

Müsahibə

  • 1 009

Radikal müxalifət özünütəcrid siyasəti aparır

Radikal müxalifət özünütəcrid siyasəti aparır

- Fazil müəllim, "İctimai Palata" deyilən bir qurumun "yol xəritəsi" adlı layihə ilə çıxış etmələri onların gündəmi zəbt etmək arzusu kimi dəyərləndirmək olarmı?

- Düşünürəm ki, siyasətdə hər bir şəxs, cəmiyyətin diqqət və marağını özünə cəlb etməyə çalışmalıdır. Yəni ətraflarına tərəfdar toplamaq üçün öz ideyaları ilə cəmiyyəti tanış etməlidir. Yetər ki, həmin ideya milli və dövlətçilik maraqlarına xidmət etsin. Təəssüf ki, "İctimai Palata" deyilən qurumun irəli sürdüyü ideya sifarişlidir. Hansısa daxili və xarici qüvvələrin maraqlarına xidmət edir. Hesab edirəm ki, bu, yolverilməzdir.

- Müxalifət partiyalarının əksəriyyəti "İctimai Palata"nın irəli sürdüyü ideyaları dəstəkləmədiyi halda onların uğur qazanmaları nə dərəcədə real görünür?

- Reallıq hissi cəmiyyətin bir çox siyasi qüvvələrində yoxdur. Bu ondan irəli gəlir ki, bir sıra layihələrin həyata keçirilməsi üçün müəyyən dərəcədə keçmiş yanlışları təhlil edərək, hər hansı bir nəticəyə gəlmək niyyətləri yoxdur. Bu baxımdan, hesab edirəm ki, real olmasa da, bu, onların cəmiyyət həyatında iştirakları üçün təklifləridir.

- Müxalifətin pərakəndə və dağınıq halda olmasının başlıca səbəbinin liderlərinin səhv siyasət aparmaları ilə əlaqələndirmək olarmı?

- Bəli, müxalifətin dağınıq halda olmasını liderlərin səhv siyasət aparmaları ilə əlaqələndirmək olar. Digər bir tərəfdən isə dəyişməyən anlayışının olamaması da müxalifətin siyasi arenada uğursuzluğa düçar olmasını şərtləndirən əsas amillərdəndir. Yəni müxalifət liderlərinin uzun illərdir ki, eyni strategiyanı davam etdirmələri nəticə etibarilə onların cəmiyyətdə gedən ictimai-siyasi proseslərdən təcrid olunmalarına gətirib çıxarıb. Siyasi hədəflərində dəyişiklik etməsələr, radikal müxalifəti daha ağır böhranlı vəziyyət gözləyir.

- Ümumiyyətlə, müxalifətçilərin cəmiyyətdə uğur qazana bilməmələrinin səbəbini onların birlik modelini ortaya qoya bilməmələri ilə əlaqələndirmək olarmı?

- Müxalifətin birlik modeli olsa belə, onların cəmiyyətdə uğur qazanması mümkün deyil. Bunun da əsas səbəbi ondan ibarətdi ki, müxalifətin cəmiyyətdə kifayət qədər dəstəyi yoxdur. Müxalifəti təmsil edən şəxslər, cəmiyyətin nə istədiyini və cəmiyyətə nə vəd olunduğunu anlaya bilmirlər. Yəni, onlar bunu tapa bilmədiklərinə görə cəmiyyətin dəstəyindən məhrum olublar.

- 20 ilə yaxındır ki, ölkədə radikal müxalifət partiyaları fəaliyyət göstərir. Bu partiyalar fəaliyyət göstərdiyi müddət ərzində heç nəyə nail ola bilməyiblər. Sizcə, bundan sonra onların nə isə əldə edə biləcəkləri nə dərəcədə inandırıcıdır?

- Parlamentdə müxalifəti təmsil edən şəxslər var. Həmin şəxslər də ölkənin gələcəyi ilə bağlı layihələr təqdim edirlər. Burada söhbət parlamentdən kənar, yəni radikal müxalifətdən gedirsə, düşünürəm ki, onların özləri təcrid siyasəti aparırlar ki, bundan da ən çox zərbəni özləri alırlar.


GÜLYANƏ

Digər xəbərlər