PDF Oxu

Müsahibə

  • 446

Radikal müxalifət uğursuzluğa düçar olub

Radikal müxalifət uğursuzluğa düçar olub

- Mais müəllim, "İctimai Palata" deyilən qurumun yenidən aksiyalar keçirəcəyi ultimatumu ilə çıxış etməsini hansısa maraqlı qüvvələrin növbəti tapşırığı kimi dəyərləndirmək olarmı?

- "İctimai Palata" ya toplaşan qüvvələrin əksəriyyəti Müsavat və AXCP (i)-nin üzvlərindən ibarətdir. Radikal müxalifət 20 ildir ki, ölkədə keçirilən seçkiləri uduzur. Ona görə də, onlar gündəmdə qalmaq üçün hər zaman yeni-yeni formalar və təşəbbüslərlə çıxış edərək, düşünürlər ki, "biz necə edək ki, gündəmdə qala bilək". Bu baxımdan, adıçəkilən müxalifətçilər belə müxtəlif yollara əl atırlar ki, həm ictimai fikirdə yaşaya bilsinlər, həm də xarici qüvvələrin diqqətini cəlb etsinlər. Bildiyiniz kimi, Azərbaycan Konstitusiyası və qanunları Azərbaycanda insanlara sərbəst toplaşma azadlığı və hüququ verir. Yəni, burada ayrı-ayrı insanlar, qruplar, siyasi təşkilatlar, ictimai birliklər və QHT-lər bu hüquqdan istifadə edə bilərlər və edirlər də. Amma "İctimai Palata"ya daxil olan qüvvələr, bir qayda olaraq, icazəsiz aksiyalar keçirməyə üstünlük verirlər. Əgər dünyanın hansısa bir ölkəsində icazəsiz aksiyalar keçirilirsə, təbii ki, bu, iğtişaşlarla nəticələnir. Azərbaycanda sabitliyin pozulmasında bir çox maraqlı qüvvələr var ki, həmin qüvvələr də belə qarışıqlıqdan istifadə edərək, ölkədə qarışıqlıq salırlar. Düşünürəm ki, "İctimai Palata"nın bu cür qanunsuz aksiyaları keçirməsi yolverilməzdir. Demək olar ki, radikal müxalifətin ictimaiyyət tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Yəni, adıçəkilən qüvvələr cəmiyyət tərəfindən dəstəklənmir və heç vaxt da dəstəklənməyəcək.

- Nəyə görə radikal müxalifət daha çox böhranlı vəziyyətdən çıxış yolunu aksiyalar keçirməkdə görür?

- Radikal müxalifət gündəmdə qalmaqdan ötrü aksiyalar keçirmək niyyətindədir. Artıq 20 ildir ki, adıçəkilən siyasi qüvvələr müxalifətdə təmsil olunurlar. Müxalifətdə maksimum 5 il təmsil olunmaq olar. Daha 20 il müxalifət düşərgəsində təmsil olunaraq orada qocalmaq, fikrimcə, dünyanın heç bir ölkəsində yoxdur. Radikal müxalifət 20 ildir ki, ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlir. Onlar bu seçkiləri uduzsa belə, heç nə olmayan kimi, yenə də öz yerlərində qalırlar. Bildiyiniz kimi, dünya ölkələrində seçkiləri uduzan qüvvələrin liderləri, rəhbərləri istefa verərək, siyasətdən uzaqlaşırlar. Bir sözlə, radikal müxalifət ictimaiyyətin diqqətini cəlb etmək üçün bu cür əməllərə əl atır.

- Sizcə, qeyri-sivil metodlarla qarşıya qoyulan hədəflərə nail olmaq mümkündürmü?

- Düşünürəm ki, Azərbaycanda nəyə isə nail olmaq üçün ilk öncə ictimaiyyətin dəstəyini qazanmaq lazımdır. Yəni onlar qanuni yollarla ölkədə keçirilən seçkilərdə iştirak edərək nəyə isə nail ola bilərlər. Qeyri-sivil yollarla isə nəyəsə nail olmaq mümkün deyil. Çünki Azərbaycan demokratik və hüquqi bir dövlətdir.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər