PDF Oxu

Müsahibə

  • 165

Radikal müxalifət siyasi proseslərdən təcrid olunur

Radikal müxalifət siyasi proseslərdən təcrid olunur

- Elşən müəllim, "İctimai Palata" deyilən qurumun yenidən aksiyalar keçirəcəyi ultimatumu ilə çıxış etməsini hansısa maraqlı qüvvələrin növbəti tapşırığı kimi dəyərləndirmək olarmı?

- "İctimai Palata" deyilən quruma iqtidarın siyasətindən narazı olan və fərqli maraqlara söykənən qüvvələr toplanıb. Bildiyiniz kimi, "İctimai Palata" deyilən qurum artıq "yol xəritəsi"ni qəbul edib. Burada "İctimai Palata"nın qəbul etdiyi "yol xəritəsi" demokratiyaya keçidlə bağlı məsələləri özündə ehtiva edir. Təbii ki, Azərbaycan bu kimi ölkələrə aid edilə bilməz. Çünki bu gün Azərbaycanın Avropa ölkələri ilə normal münasibətləri var. Bir məsələni də qeyd etmək istərdim ki, "İctimai Palata"da təmsil olunmuş AXCP (i) və Müsavatın bir-birinə münasibəti fərqli zamanlarda fərqli olub. Yəni AXCP (i) Milli Məclisdə təmsil olunan zaman, Müsavat Azərbaycanın qanunverici orqanının legitimliyini qəbul etmirdi və yaxud da, əksinə, Müsavat partiyası özü Milli Məclisdə təmsil olunduğu zaman, AXCP (i) parlamenti legitim kimi qəbul etmirdi. Düşünürəm ki, ilk öncə, bu partiyalar öz aralarında bu tipli məsələlərə aydınlıq gətirməlidilər. O ki qaldı "İctimai Palata" deyilən qurumda təmsil olunan qüvvələrin hansısa geosiyasi güc mərkəzlərinin sifarişlərinin yerinə yetirilməsi ilə bağlı məsələlərə, hər zaman belə sifarişlər olub və olacaq. Razılaşmaq lazımdır ki, bu gün beynəlxalq hüququn mexanizmləri işlək vəziyyətdə deyil. Demək olar ki, bu gün dünyada beynəlxalq hüququn yox, beynəlxalq güclərin hüququ işləyir. Düşünürəm ki, "İctimai Palata" deyilən qurum, yaxşı olardı ki, ölkədəki ictimai-siyasi reallıqlardan çıxış edərək, hakimiyyətin özü ilə konstruktiv əməkdaşlıq istiqamətində müəyyən addımlar atsın.

- Nəyə görə radikal müxalifət daha çox böhranlı vəziyyətlə üzləşdiyi zaman çıxış yolunu icazəsiz aksiyalar keçirməkdə görür?

- Azərbaycan Konstitusiyasına görə müxalifətin aksiyalar keçirmək hüququ var. Amma "İctimai Palata" deyilən qurumun bu ilin aprel ayından başlayaraq keçirdiyi aksiyalara ictimai rəydə müxtəlif mövqelər olub. Radikal müxalifətin ölkədə keçirdiyi aksiyalar uğursuzluqla nəticələnib. Düşünürəm ki, "İctimai Palata" deyilən qurumda təmsil olunan müxalif partiyaların yeniləşməyə ehtiyacı var. Bu partiyaların rəhbərləri ətraflarına, öz ambisiyalarına xidmət edə biləcək şəxslər toplanıb. AXCP (i) və Müsavat kimi partiyaların siyasi rəhbərliyində toplaşan şəxslərin uzaqlaşması, onu göstərir ki, həmin partiyaların cəmiyyətə nə isə təqdim etmək üçün resusları tükənib. Hesab edirəm ki, bu partiyalara yeni simalar və qüvvələr gəlməlidir. Düşünürəm ki, Qərb və region dövlətlərin müəyyən qüvvələrinin maraqlarını nəzərə alaraq addımlar atmaq "İctimai Palata"ya başucalığı gətirməyəcək.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər