PDF Oxu

Müsahibə

  • 775

İcazəsiz aksiyalar törətməklə nəyəsə nail olmaq mümkün deyil

İcazəsiz aksiyalar törətməklə nəyəsə nail olmaq mümkün deyil

- Mais müəllim, radikal müxalifət liderlərinin ölkədə "inqilab edəcəkləri" kimi qeyri-konstitusion çağırışlar etmələri xarici maraqlı qüvvələrin sifarişi ola bilərmi?

- İnqilab etmək üçün bu və ya digər ölkədə inqilabi şərait olmalıdır. Əgər həmin müxalif qüvvələr, doğrudan da, siyasətlə ciddi şəkildə məşğul olurlarsa, bilməlidirlər ki, bu və ya digər ölkələrdə inqilabın baş verməsi üçün inqilaba səsləyən səbəblər olmalıdır. Amma Azərbaycanda inqilabın olması üçün heç bir səbəb yoxdur. Şükürlər olsun ki, bu gün Azərbaycan müstəqil, azad və suveren dövlətdir. İndiki hakimiyyətdə Azərbaycanın suverenliyini və müstəqilliyini göz bəbəyi kimi qoruyub saxlayır. Eyni zamanda, bu gün ölkəmiz, MDB-yə daxil olan çox müstəqil siyasət həyata keçirir. Azərbaycanın həm xarici, həm də daxili siyasəti Azərbaycan xalqının yaraqlarına uyğun şəkildə həyata keçirilir. Baxmayaraq ki, bu gün dünya ölkələrində maliyyə böhranı hökm sürür. Amma bu böhranın olmasının ölkəmizə heç bir təsiri yoxdur. Demək istədiyim məsələ ondan ibarətdir ki, Azərbaycan dövləti çox yüksək səviyyədə bütün sahələr üzrə inkişaf etməkdədir. Günü-gündən ölkəmizdə yeni-yeni iş yerləri açılır və xalqımız istədiyi kimi, çox gözəl şəraitdə yaşamaqdadır. Belə olan halda, Azərbaycanda hansısa inqilabi şəraitdən danışmaq mümkündürmü? Birmənalı olaraq, qətiyyən danışmaq olmaz. Burada radikal müxalifət düşərgəsində olan müxalifətçilər, doğrudan da, siyasətçi olsaydılar, verdikləri bəyanatla bağlı düşünərdilər ki, həmin bəyanatda olan ifadələr nədən ibarətdir. Yəni inqilab sözünün mənası nə deməkdir, ölkədə hansı şərait olanda inqilab keçirmək olar? Ola bilsin ki, bu inqilabı istəyən şəxslər ərəb ölkələrində baş verən inqilablardan ruhlansınlar. Amma burada həmin ölkələr ilə Azərbaycanın vəziyyəti müqayisəedilməz dərəcədə fərqlidir. Azərbaycan həmin ölkələrdən həm siyasi, həm iqtisadi, həm sosial, həm də əxlaq baxımından qat-qat fərqlənir. Bu gün ərəb inqilablarının eşqinə düşənlər şəxslər heç nəyə nail ola bilən deyil.

- Sizcə, icazəsiz aksiyalarla və pozuculuq aktları törətməklə nəyəsə nail olmaq mümkündür?

- Azərbaycanda icazəsiz aksiyalar törətməklə nəyə isə nail olmaq qeyri-mümkündür. Çünki Azərbaycan hüquqi-demokratik dövlətdir. Bu baxımdan, ölkəmizdə hər bir iş qanun çərçivəsində aparılaraq həyata keçirilir. Əgər kimsə normal şəkildə aksiya keçirmək istəyirsə, buyursun. Yəni bu aksiyaları keçirməkdən ötrü qanunlar var. Həmin qanunlara uyğun olaraq, aksiyalar keçirmək istəyən şəxslər aksiyalar keçirə bilər. Burada icra hakimiyyəti heç vaxt normal qaydada aksiyalar keçirmək istəyən şəxslərin qarşısını almır. Yalnız o halda aksiyaların qarşısı alınır ki, həmin aksiyalar razılaşdırılmamış yerlərdə icazəsiz keçirilir. Nəzərə almaq lazımdır ki, dünyanın hər bir ölkəsində də icazəsiz aksiyalar keçirilməyə yol verilmir.

- "6-lar", "İctimai Palata" və bu kimi qurumların yaradılması müxalifət liderlərinin yorğanı öz tərəflərinə çəkmək istəyi kimi dəyərləndirmək olarmı?

- 20 ilə yaxındır ki, bu proses radikal müxalifət düşərgəsində davam edir. Yəni "6-lar", "İctimai Palata" və bu kimi qurumların yaradılması müxalifət liderlərinin yorğanı öz tərəflərinə çəkmək istəyi kimi olan məsələlər. Demək olar ki, bu kimi məsələlərin yaranması, uzun illər radikal müxalifət düşərgəsində olan və ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gələn şəxslərin ambisiyalarından irəli gəlir. Təbii ki, radikal müxalifət düşərgəsində olan hər bir lider bu yorğanı öz üzərinə çəkmək istəyir. Amma burada yorğan da balaca olduğuna görə, həmin şəxslər bu yorğana yerləşə bilmir.


GÜLYANƏ

Digər xəbərlər