PDF Oxu

Müsahibə

  • 275

Demokratik qanun qəbul olunacaq

Demokratik qanun qəbul olunacaq

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais müəllim, radikal müxalifət liderlərinin və onların mətbu orqanlarının iddialarına görə Venesiya Komissiyası, "Siyasi partiyalar haqqında" Qanuna nəzərdə tutulan əlavələr və dəyişikliklərə öz mənfi münasibətini bildirib. Doğrudanmı Venesiya Komissiyası bu qanun layihəsinə öz müsbət olmayan münasibətini bildirib?

- Radikal müxalifəti təmsil edən şəxslər hər zaman cəmiyyətdə çaşqınlıq yaratmaq üçün bu cür anormal hərəkətlərə əl ataraq hay-küy yaradırlar. Ona görə də, onlar bu gün cəmiyyətdə dezinformator kimi tanınırlar. "Siyasi partiyalar haqqında" Qanunla bağlı Venesiya Komissiyasının mənfi fikiri olmayıb. Yəni, radikal müxalifət liderlərinin və onların mətbu orqanları tərəfindən "Siyasi partiyalar haqqında" Qanunla bağlı söylənilən fikirlər tamamilə yanlışdır. Bir sözlə, sözügedən qanunla bağlı gerçəkliyə uyğun olmayan məlumatlar verməklə cəmiyyəti çaşdırmaq yaxşı hal deyil. Azərbaycan hökuməti nəyə görə bu gün "Siyasi partiyalar haqqında" Qanunu yeniləşdirərək, yeni bir qanun qəbul etmək istəyir? Çünki "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul edilib. Yəni, artıq bu qanunun qəbul olunmasından 20 il vaxt keçibdir. Bu illər ərzində də Azərbaycan çox inkişaf etmiş bir dövlətə çevrilib. Yəni, Azərbaycan dövləti bütün sahələr üzrə yüksək nailiyyətlər əldə etmiş bir ölkədir. Respublikamız bölgənin lider dövlətinə çevrilib. Ona görə də, Azərbaycanda baş verən bütün bu dəyişikliklər, təbii ki, onun qanunlarında da öz əksini tapmalıdır. Yəni, bu illər ərzində yeni-yeni ictimai münasibətlər formalaşıb. Demək olar ki, ictimai münasibətlərdə böyük inkişaf olub. Təbii ki, ölkədə fəaliyyət göstərən partiyaların fəaliyyətini tənzim edən qanunlarda da öz əksini tapmalıdır. Bu baxımdan, Azərbaycan dövləti hər zaman öz qanunlarını yeniləşdirdiyi və inkişafa uyğunlaşdırdığı kimi, bu sahədə də yaranan ictimai münasibətləri tənzimləmək üçün, yəni "Siyasi partiyalar haqqında" Qanunun dəyişdirilməsinə ehtiyac var.

- "Siyasi partiyalar haqqında" Qanun müzakirəyə çıxarılmamışdan öncə, bəzi radikal müxalifət partiyalarının narahatlığı nə ilə izah oluna bilər?

- Fikrimcə, qəbul ediləcək yeni qanun, yeni partiya quruculuğuna bir start verəcəkdir. Radikallar təsir altında olduqlarından bu dəyişikliyi qəbul edə bilmirlər. Çünki radikal müxalifət partiyalarının böyük əksəriyyəti ideyalar ətrafında yox, ayrı-ayrı liderlərin ətrafında formalaşmış partiyalardır. Yəni, yeni partiya quruculuqlarının təmin olunması baş verərsə, təbii ki, hər bir partiya üzvünün səsi eşidiləcəkdir. Demək olar ki, hər bir partiya üzvü öz təşəbbüsləri ilə çıxış edə biləcək. Təbii ki, bu da uzun illərdən bəri uğursuzluqlara düçar olan radikal müxalifət liderlərinin siyasi arenadan getməsi ilə nəticələnəcəkdir. Ona görə də, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiya sədrləri baş verə biləcək bu sonluqlarını qabaqcadan görərək, bu cür anormal hərəkətlərə əl ataraq hay-küy qaldırırlar.

- Ölkədə fəaliyyət göstərən hansı partiyalar necə və hansı formada dövlət tərəfindən maliyyələşməlidir?

- Fikrimcə, ölkədə fəaliyyət göstərən partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi ilə bağlı müxtəlif meyarlar ola bilər. Maliyyələşmə məsələsində Azərbaycan gerçəkliyi nəzərə alınmalıdır.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər