PDF Oxu

Müsahibə

  • 3 290

“Azərbaycanda minimum əmək haqqının səviyyəsi Ermənistandan iki dəfə çoxdur”

“Azərbaycanda minimum əmək haqqının səviyyəsi Ermənistandan iki dəfə çoxdur”

- Prezident İlham Əliyev əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq məqsədilə minimum əmək haqqlarının məbləğini 10 faiz artırılması haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən minimum əmək haqqı 93 manat 50 qəpiyə çatdırılıb. Siz iqtisadçı ekspert kimi bunu necə qiymətləndirirsiniz?

- Birmənalı şəkildə qeyd edim ki, əmək haqqının artırılmasını müsbət qiymətləndirirəm. Xüsusilə də minimum əmək haqqlarının artırılmasını müşahidə edirəm. Dövlət qulluğunda çalışan, eləcə də digər dövlət müəssisələrində işləyənlərin əmək haqq bir başa minimum əmək haqqı məbləğindən asılıdır. Pensiyalar hesablanan zaman minimum əmək haqqı əsas götürülür. Artıq biz 2012-ci ilin əvvəllərindən başlayaraq bu və ya digər dövlət sektorlarında çalışanların əmək haqqlarında artım müşahidə edəcəyik. Bütövlükdə bu dövlət sektorunda çalışanların əmək haqqlarının artırılmasına gətirib çıxaracaq. Amma minimum əmək haqqının artırılması yalnız dövlət sektoru aspektindən qiymətləndirmək doğru olmaz. Çünki minimum əmək haqqının artırılması eyni zamanda əmək haqqı sisteminə də təsir göstərəcək. Prototip olaraq minimum əmək haqqı 110 dollardan çoxdur. Azərbaycan üçün minimum əmək haqqının 110 dollar olması böyük məbləğdir. Nəzərə alsaq ki, 2012-ci ilin dövlət büdcəsi 2011-ci ilin dövlət büdcəsinə nisbətən daha çoxdur. Belə ki, bu rəqəm 25 milyard dolları təşkil edir. 2012-ci ildə sosial layihələr eləcədə əmək haqqı artımlarına kifayət qədər böyük məbləğin ayrılması nəzərdə tutulub. Sözsüz ki, əmək haqqına edilən son artım, 2012-ci ildə baş verəcək artımlar üçün baza kimi də qiymətləndirmək olar.

- Aylıq əmək haqqlarının məbləğinə görə, qonşu ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət necədir?

- Minimum əmək haqqının son artımlarına qədər Azərbaycan bu baxımdan Rusiya və Qazaxstandan geri qalırdı. Artıq son artımlardan sonra Azərbaycanda minimum əmək haqqının məbləği Qazaxsatndan da çoxdur. Son qiymətləndirmə onu göstərir ki, Azərbaycanda minimum əmək haqqı yalnız Rusiyadan geri qalır. Bu da kifayət qədər böyük göstəricidir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda minimum əmək haqqı səviyyəsi Ermənistandan iki dəfə çoxdur. Qonşu Gürcüstanla müqayisədə isə 65 faiz çoxdur. Nəzərə alsaq MDB ölkələrinin kifayət qədər böyük iqtisadiyyata malik ölkələri var. Bütün bunlara baxmayaraq Azərbaycanda əmək haqqı sistemi, eləcə də minimum əmək haqqının məbləği həmin ölkələrlə müqayisədə daha çoxdur.

- Ölkədə maaşlar və pensiyalar artdığı təqdirdə dərhal qiymətlər yüksəlir. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

- Əmək haqqının artmasının ən neqativ tərəflərindən biri bazarda ona uyğun olaraq qiymətlərin artmasıdır. Çox təəssüf ki, son illərin də təcrübəsi bunu göstərir ki, bazarda həmin bu qiymət artımlarına reaksiya verir. Hələ ki, minimum əmək haqqlarının artılımasından sonra bazarda qiymət artımı müşahidə edilməyib. Bu həm də onunla bağlıdır ki, minimum əmək haqqındakı təsirlər özünü daha çox 2012-ci ilin əvvəllərində göstərəcək. Son əmək haqqı artımından sonra bazarda süni qiymət artımına qarşı mübarizənin güclənməsinə ehtiyac var. Son illər Azərbaycan bir çox məhsullara olan tələbatı yerli istehsal hesabına ödəməyə çalşır. Bazarla əmək haqqı arasında olan əlaqəni aradan qaldırmasının əsas yollarından biri yerli istehsalı stimullaşdırılması və genişləndirilməsidir. Bu baxımdan da bazarda qiymət artımlarının baş verməməsi üçün gələcəkdə yerli istehsalın payının artırılması olduqca vacibdir. Nəzərə alsaq ki, son vaxtlar aqraq və eləcədə kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbarlar tikilir. Məhz kənd təsərrüfatı məhsullarının anbarlarının inşa edilməsi ölkə daxilində kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməsinə gətirib çıxaracaq.

Digər xəbərlər