PDF Oxu

Müsahibə

  • 166

Xocalı soyqırımında iştirak etmiş Sarkisyanla bağlı...

Xocalı soyqırımında iştirak etmiş Sarkisyanla bağlı...

- Musa müəllim, Ermənistan prezidenti Serj Sarkisyanın Xocalı soyqırımının törədilməsində rolunun olduğu konkret sənədlərlə təsdiq olunub. Bütün bunlara rəğmən onunla bağlı beynəlxalq məhkəməyə müraciət etməkdən çəkindirən səbəb nədir?

- Heç şübəsiz ki, Ermənistan prezidenti Serj Sarkisyan Xocalı soyqırımında iştirak etmiş bir şəxsdir. Fikrimcə, bu məsələ ilə bağlı, ilk olaraq, beynəlxalq təşkilatlara, eləcə də, qeyri-hökumət və qeyri-dövlət təşkilatlarına sənədlər göndərilə bilər. Həmçinin, ictimai rəy hazırlana və bundan sonrakı addımlar dəqiqləşdirilə bilər.

- Ermənistan prezidenti Fransada səfərdə olarkən "Türklər gəlib İrəvanda bizim qarşımızda diz çökəcəklər" kimi anormal fikirlər səsləndirməsi, onun psixi durumunun heç də yerində olmadığına əsas vermirmi?

- İlk öncə qeyd edim ki, bu, işğalçı ölkənin prezidenti Serj Sarkisyanın düşüncə tərzini və tarixi bilmədiyini göstərir. Əgər S.Sarkisyan tarixi bilsəydi, onda kimin diz çökdüyünü aydın şəkildə görərdi. Tarixən diz çökən tərəf hər zaman ermənilər olub. Bir sözlə, türklər ən ağır vəziyyətlərdə belə kiməsə boyun əyməyiblər.

- Fransanın Ermənistana himayədarlıq etməsi və "erməni soyqırımı"nı inkar edənlərə həbs cəzası və ya 45 min avro cərimə tətbiq olunması kimi bir layihənin parlamentin müzakirəsinə çıxarılması bu dövlətin Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutacağı şübhə doğurmur ki?

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ATƏT-in Minsk Qrupu ilə bağlı söylədiyi fikirlər gerçəklikləri tam dolğunluğu ilə əks etdirir. Burada ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərləri yalnız turist səfərləri daşıyır. Fransa işğalçı Ermənistanı müdafiə etməklə, öz nüfuzuna və maraqlarına zərbə vurur. Çünki Ermənistan təcavüzkar bir dövlətdir. Fransa kimi demokratik bir ölkə heç bir zaman təcavüzkarın, yəni, başqa ölkənin ərazisini işğal edənin yanında olmamalıdır. Amma təəssüf ki, Fransa qəti mövqeyini indiyə qədər ortaya qoyub Ermənistanı təcavüzkar adlandırmayıb.

- Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının Berlində keçirilməsi nəzərdə tutulan görüşünün baş tutmamasına hələ də tam aydınlıq gətirilməməsi nə ilə bağlıdır?

- Ümumiyyətlə, ermənilər açıq şəkildə bildirirlər ki, Dağlıq Qarabağın statusu müəyyənləşdiriləndən sonra danışıq masasında oturacaqlar. Bu, gülünc bir şeydir. Bütün danışıqlar, görüşlər, məhz münaqişəni tənzimləməkdən ötrü aparılır. Əvvəlcədən heç bir görüş keçirmədən bu münaqişəni necə həll etmək olar?

GÜLYANƏ ANAR

Digər xəbərlər