PDF Oxu

Müsahibə

  • 312

Fransa danışıqlarda vasitəçi deyil, tərəfdir-Ermənistanın tərəfi!

Fransa danışıqlarda vasitəçi deyil, tərəfdir-Ermənistanın tərəfi!

Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan çıxışı zamanı türklərin tezliklə ermənilərdən üzr istəyəcəyini bildirmişdi. Sarkisyanın adət halını almış sərsəm bəyanatları və ümumiyyətlə, Fransanın ədalətsiz mövqeyi haqda millət vəkili, Dağlıq Qarabağın Azərbaycan icmasının idarə heyətinin üzvü Elman Məmmədovdan aldığımız müsahibəni təqdim edirik:


"Ermənistan Türkiyənin yanında cılız qurumdur"


-Elman müəllim, Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan çıxışı zamanı türklərin tezliklə ermənilərdən üzr istəyəcəyini bildirib. Ölkə başçısının siyasətçidən daha çox "küçə uşağı" kimi danışması onun psixoloji durumunda problemlər olduğundan xəbər vermir ki?

-"Küçə uşağı" ifadəsi, məncə, bu məqamda yerinə düşdü. Mən Sarkisyanı və bu gün onun komandasında rəhbərlikdə olan bir çox "ünsürləri" şəxsən tanıyıram. Onları ünsür adlandırdım, ona görə ki, belələrinə insan adını layiq bilmirəm. Eşitdiyimiz bu cür çıxışlar heç bir təəccüb doğurmamalıdır. Çünki bütün bunlar Sarkisyanın şəxsiyyətinə, xarakterinə və mənəviyyatına xas olan xüsusiyyətlərdir. Biz əvvəlcə bilməliyik ki, Sarkisyan kimdir və Dağlıq Qarabağ məsələsində onun fəaliyyəti nədən ibarətdir? Sarkisyan özünün də müsahibələrində, çıxışlarında bildirdiyi kimi, o, Qarabağda aparılan müharibələrdə və Xocalı soyqırımında fəal iştirak etmiş daşnak hərbi rəhbərlərdən biridir. Yəni, bu adam bu gün faktiki cani və qatildir! Bu məqamda da belə bir el məsəli demək istəyirəm ki, elçisi gülüm olanın başına külüm olar. Yəni, Sarkisyan kimi cani və terrorçu prezidenti olan ölkə də elə məhz Ermənistan kimi olar. Yəni səsləndirdiyi məsuliyyətsiz və mənasız fikirlər, eyni zamanda, erməni xislətini əks etdirir. Əslində, qarşıdan gələn prezident seçkilərini də nəzərə alıb, bu bəyanatları verir ki, itib-batmış siyasi fəaliyyətini az da olsa üzə çıxarsın. Ağlı başında olub, dünya siyasətini az da olsa izləyən birisi nəzər yetirsə, açıq-aşkar görər ki, Ermənistan Türkiyənin yanında cılız bir qurumdur. Bu gedişlə də bu qurum Cənubi Qafqazda yoxa çıxacaq. Ona görə də, Ermənistanın Türkiyəyə qarşı bu mövqeyi özünü məhv etməyə yönəldilmiş sərsəm bir addımdır. Əgər prezident səlahiyyətini icra edən kimsə bu gün belə "küçə uşağı" kimi danışırsa, deməli, o, heç kimdir!


"Fransa heç vaxt ədalətli həmsədr ola bilməz!"


-Fransa məclisinin qanun komissiyasının ötən həftə qəbul etdiyi qanun layihəsinin dekabrın 22-də təsdiqlənəcəyi gözlənilir. Həmin layihədə bildirilir ki, Fransa qanunları tərəfindən tanınan erməni soyqırımının inkar edilməsi 1 il həbs cəzası və 45 min avro dəyərində pul cəriməsinə layiq görülür. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan Fransanın bu mövqeyi onun münaqişənin həllindki ədalətsizliyinin göstəricisi deyil?


-Əvvəla, mən onu qeyd edim ki, bəli, ortada qondarma soyqırımı məsələsi var. Amma əslində, həqiqət belə deyil. O dövrdə Fransa, Rusiya, İngiltərə kimi böyük dövlətlər erməni axmaqlarını öyrətdilər ki, siz Türkiyəyə qarşı qiyam qaldırın, vuruşun, savaşın, biz də Türkiyə ərazisində sizə müstəqil dövlət yaradacağıq. Orda baş verənlərin adlarını soyqırımı qoysalar da, ortada tarix var, sənədlər var, arxiv var. Bunlar üzə çıxmalı, göstərilməlidir. Elə o dövrdə həm erməni, həm də türk millətindən nə qədər insan həlak olubsa, hamısının əsas günahkarı məhz Fransadır! Digər tərəfdən isə mən Sarkoziyə demək istəyirəm ki, bir tarixi qoysun qarşısına özlərinin Şimali Afrika ölkələrində törətdikləri soyqırımı hadisələrinə nəzər yetirsin. Düzdür, Fransa müstəqil dövlətdir və biz hansı qərarı qəbul edib, hansını etməməsi barədə göstəriş verəsi deyilik, amma biz bir məqamda narahat oluruq ki, Fransa heç vaxt ədalətli həmsədr ola bilməz! Çünki Fransa dövlətinin, maliyyəsinin, dövlətinin və siyasətinin idarə olunmasında ermənilər söz sahibidir. Yəni Fransada erməni lobbisi böyük gücə sahibdir. Yadınızdadırsa, Fransa Ermənistan haqqında "kiçik bacımız" ifadəsini dilə gətirmişdi. Yəni bu cür ifadəni işlədən dövlət başçısından nə qədər ədalətli mövqe gözləmək olar? Ona görə də mən həmişə deyirəm ki, Azərbaycan Fransa kimi dövlətlərin vasitəçiliyindən imtina etməlidir. Çünki Fransa danışıqlarda vasitəçi deyil, tərəfdir-Ermənistanın tərəfi!


"Həmsədr ölkələrin 3-ü də məhz Ermənistanın tərəfindədir".


-Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının Berlində nəzərdə tutulan görüşü Ermənistan tərəfinin görüşə gəlməməsi səbəbindən baş tutmadı. Niyə bəs Ermənistan tərəfi hələ də bu məsələyə aydınlıq gətirmir?


-Bilirsiz niyə? Çünki məncə, əsas reallığa nəzər salınmalıdır. Əslində, görüşlər keçirilməsi çox normal haldır, yəni tarixdə də danışıqlar və görüşlərlə böyük sülh nəticələrinin əldə olunmasının çox şahidi olmuşuq. Amma bu görüşlər harda keçirilməlidir, kimlər arasında təşkil olunmalıdır əsas bu məsələlərə diqqət yetirmək lazımdır. Məsələn, istənilən şəhərdə Dağlıq Qarabağ erməniləri, ictimaiyyət xadimləri ilə keçirilən görüşlərin əleyhinə deyiləm. Bəs Ermənistan tərəfi nəyə görə belə görüşlərə gəlməkdən imtina edir? Bu gün çətin də olsa, bu acı həqiqəti qəbul etməliyik ki, Ermənistan tərəfi müvəqqəti də olsa özünü qalib statusunda hiss edir. Bu gün onlar özlərini işğal olunmuş Azərbaycan torpaqlarında mütləq hakim və kiminlə isə görüşə getməyi də gərəksiz hesab edirlər. Ona görə də biz elə etməliyik ki, onlar özləri hansısa görüşün təşkili üçün xahiş etsinlər. Mən erməni millətinin azğınlığına, xislətinə, mənəviyyatsızlığına, hiyləgərliyinə bələd olduğum üçün birmənalı olaraq, deyirəm ki, Ermənistana qarşı güc tətbiq edilməlidir. Yəni onu məhv edəcək gücün ona sürətlə yaxınlaşdığını hiss etməlidir. Belə olduqda hansısa ölkə yox, elə azğın ermənilərin özləri görüşü təşkil etmək üçün tülkü, yazıq timsalında can atacaq və o görüşə yalvara-yalvara gələcəklər. Bu gün Ermənistan və onun özünə dayaq hiss etdiyi havadarı olan həmsədrlər elə bilirlər ki, Azərbaycan sülh mövqeyini dəyişməyəcək və sonda iradəsi tükənəcək. Açıq-aşkar ortadadır ki, həmsədr ölkələrin 3-ü də məhz Ermənistanın tərəfindədir.


GÜNAY MƏMMƏDOVA

Digər xəbərlər