PDF Oxu

Müsahibə

  • 315

“Bin Ladenə bəslənən münasibət  Sarksiyana bəslənməyəcəksə...”

“Bin Ladenə bəslənən münasibət Sarksiyana bəslənməyəcəksə...”

- Xaricdə və o cümlədən, ABŞ-da fəaliyyət göstərən erməni təşkilatları (bu təşkilatlar terrorçuluq fəaliyyəti ilə məşğuldurlar) bəyan ediblər ki, qondarma "erməni soyqırımı"nın 100-cü ildönümü ərəfəsində Türkiyə və Azərbaycana qarşı terror aktları törədəcəklər. Hətta onlar bəyan ediblər ki, bu məsələdə bəzi Qərb və Şərq dövlətləri də onları dəstəkləyir. Bu, reallığı nə dərəcədə əks etdirir?

- İndiki halda erməni terror təşkilatlarının bu cür açıqlamaları ayrı-ayrı dövlətləri şantaj etməkdən başqa bir şey deyil. Bu, bir daha erməniliyin ortaya qoyulduğu bir faktordur. Heç şübhəsiz ki, dünyada terrora münasibət birmənalı olsaydı, erməni terroruna kəskin münasibət bildirilsəydi, bu gün belə açıq bəyanatlar da ortaya çıxmazdı. Bu baxımdan, hesab edirəm ki, bu cür bəyanatları səsləndirən erməni təşkilatlarının yerləşdiyi dövlətlərin müvafiq qurumları ciddi reaksiya verməli idi. Arxasında Qriqoryan tək erməni kilsələrinin dayandığı terror təşkilatları bu gün müxtəlif adlar altında fəaliyyət göstərirlər. ABŞ-da bir neçə il öncə erməni diasporunun nümayəndəsi ilə bağlı açılmış cinayət işi erməniliyin mahiyyətini bir daha ortaya çıxarmış olur. Erməni terror təşkilatlarının Türkiyə və Azərbaycanla bağlı səsləndirdiyi fikirlər təəccüblü qarşılanmamalıdır. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistanda hakimiyyət başında duran şəxslər özləri də cinayətkarlardır. Azərbaycan torpaqlarının işğalı prosesində və Xocalı soyqırımında əli olan insanlar bu gün işğalçı ölkəyə rəhbərlik edirlər.

- Ermənistan prezidenti Serj Sarksiyanın Xocalı soyqırımının törədilməsində rolu olduğu konkret sənədlərlə təsdiq olunub. Bütün bunlara rəğmən onunla bağlı beynəlxalq məhkəməyə müraciət etməkdən çəkindirən səbəb nədir?

- Bu gün Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub.Terrorçu, separatçı Sarksiyan Ermənistana rəhbərlik edir. Dünya birliyi bu cür faktlara göz yumur. Sarksiyanın beynəlxalq məhkəmə qarşısında dayandığı günü səbirsizliklə gözləyirəm. Azərbaycan torpaqlarının işğal edilməsində, xalqımıza qarşı soyqırım siyasəti həyata keçirilməsində iştirak edən bütün şəxslər nə zamansa məhkəmə qarşısında dayanacaq və öz cinayətkar əməllərinə görə cavab verəcək. Lakin bu gün dünyanın ikili standartları, aparıcı dövlətlər tərəfindən yürüdülən siyasət, təəssüf ki, belə bir ədalət aksiyasının keçirilməsinə imkan vermir. Bu cür cinayətlərə göz yumulması digər cinayətlərə də səbəb olur. Nə qədər Bin Ladenə bəslənən münasibət Sarksiyana bəslənməyəcək, dünyada terrorun da kökü kəsilməyəcək.

- İnsan hüquqlarından danışan ABŞ yüz minlərlə azərbaycanlının hüquqlarını pozan işğalçı Ermənistana nə üçün təzyiq göstərmir?

- Burada bir neçə faktor var. Birinci faktor ABŞ-da olan erməni diasporasının təsiridir. Onlar daima Amerika hökumətinə hədə-qorxu gəlir. ABŞ-ın bir sıra siyasətçiləri erməni lobbisindən asılı vəziyyətdədirlər. Bu da onların Azərbaycana olan siyasətdə özünü büruzə verir. Digər faktor xristian həmrəyliyi faktorudur. Dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun təşəkkül tapmasından, insan hüquqlarından danışan ABŞ və bir sıra Qərb dövlətləri bu məsələdə xristian təəssübkeşliyindən çıxış edirlər. Həmçinin, iri dövlətlərin Cənubi Qafqaz ölkələrinə olan marağı da əsas faktorlardan biridir. Ermənistan tarix boyu ayrı-ayrı dövlətlərin regiondakı maraqlarını yerinə yetirməyə çalışıb. Bir məsələni də qeyd edim ki, bəzi dövlətlərin dəstəyi ilə ermənilər tarixən də türklərə qarşı terror aktları törədiblər.

- Rusiyada baş verən siyasi proseslər RF-nin forpostu olan Ermənistana nə kimi təsir göstərə bilər?

- Bu gün Ermənistan RF-nin bir əyaləti kimi çıxış edir. İşğalçı ölkə, faktiki olaraq, Rusiyanın nəzarətindədir. Şübhəsiz ki, RF-də baş verən bütün proseslər işğalçı ölkənin hakimiyyətinə və eləcə də, Ermənistandakı daxili proseslərə çox ciddi təsir göstərəcək.


ANAR MƏCİDZADƏ

Digər xəbərlər