-Cənab professor, ilk olaraq Azərbaycana gəlişinizin məqsədini bilmək istərdik?
-Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda tədbir keçirir. Mən də məhz bu tədbirdə iştirak məqsədilə dəvət olunmuşam. Azərbaycanda şahidi olduğumuz inkişaf bizi çox sevindirir. Azərbaycanın eyni zamanda BMT-yə üzvlüyü də bu inkişafın davam etdirilməsində çox önəmli rol oynayır. Ona görə də biz Azərbaycanın bu uğuruna xüsusilə sevinirik. Bununla yanaşı, mən qeyd etmək istərdim ki, Azərbaycan yüksək beynəlxalq əlaqələrə malikdir.
-Ölkəmizə YAP tərəfindən keçirilən tədbirdə iştirak etmək məqsədilə gəldiyinizi bildirdiniz. Bu tədbirdən gözləntiləriniz nələrdir?Ümumiyyətlə, Azərbaycan-Pakistan əlaqələri haqda nə deyə bilərsiniz?
-Pakistanla Azərbaycan arasında siyasi əlaqələr olduqca genişdir. Hər iki ölkə BMT-nin Siyasi Şurasının üzvüdür. Eyni zamanda ölkələr arasında təhsil, mədəni, siyasi və bir çox sahədə əlaqələr uğurla inkişaf etdirilir. Bildiyiniz kimi, Pakistanın Kəşmir, Azərbaycanın isə Dağlıq Qarabağ kimi problemi var. Qeyd etməliyəm ki, Pakistan Azərbaycana, Azərbaycan isə Pakistana bu mənada dəstəkdir. Biz Dağlıq Qarabağı Ermənistanın yox, Azərbaycanın ərazisi kimi tanıyırıq. Azərbaycanın müstəqilliyini 1993-cü ildə ilk tanıyan dövlətlərdən biri də Pakistan olub. Həmçinin 2005-ci ildə ölkəmizdə baş verən zəlzələdə və sel fəlakətlərində Azərbaycanın yardımları unudulmazdır. Tədbirdən gözləntilərimizə gəldikdə isə, ümumiyyətlə YAP-ın irəli sürdüyü yeni proqram olduqca əlverişli və birmənalı şəkildə inkişafa hesablanmış proqramdır. Mən əminəm ki, bu layihənin icra olunması nəticəsində Azərbaycan daha da inkişaf edəcək.
"Bu gün Azərbaycana qoyulan investisiyaların böyük əksəriyyəti turizm sahəsinin inkişafı ilə bağlıdır"
"Artıq hər bir kəs istənilən vaxt Mədəniyyət və Turizm Nazirliyinin veb-saytına daxil olaraq, öz fikirlərini bildirə, eyni zamanda, suallarına cavab ala bilər. Azərbaycanın turizm marşrutu, abidələri, görməli yerləri və s. haqqında məlumatları internet vasitəsilə əldə etmək olar".
SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib. O bildirib ki, ölkədə mədəniyyət və turizm sahəsi üzrə bir çox elektron xidmətlərin qurulması üçün işlərə başlanılıb: "Mədəniyyət və Turizm Nazirliyi bir çox elektron xidmətlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikasında kitabxana-informasiya sisteminin inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində ölkədəki kitabxanaların tam elektron xidmətə keçidi üçün işlər aparılır. Bu gün Azərbaycana qoyulan investisiyaların böyük əksəriyyəti turizm sahəsinin inkişafı ilə bağlıdır. Ancaq turizm sahəsinə növbəti il ərzində qoyulacaq investisiyanın məbləğini demək çox çətindir".