-Artıq yanvarın 1-dən etibarən doktorantların dərsi başlayıb. Ümumilikdə ötən il doktoranturaya keçirilən qəbulun nəticələrini necə qiymətləndirirsiniz?
- Keçən il keçirilən dokrotranturaya qəbulun nəticələrini qənaətbəxş, hətta yüksək qiymətləndirmək olar. Təhsil Haqqında Qanunun qəbul edilməsindən sonra ilk dəfə olaraq həyata keçirilən doktoranturaya qəbul gözləniləndən də yüksək nəticələr vermiş oldu. Həm doktoranturada iddiaçıların topladığı bal, onların hazırlıq səviyyəsi, həm də elmə maraqlarını çox yüksək qiymətləndirmək olar. Keçən il keçirilən qəbul zamanı bəzi məsələr də bizə aydın oldu. Bu gün deyə bilərik ki, nəinki gənclərin, ümumilikdə ictimaiyyətin elmə marağı çox yüksəkdir. Bunların hamısı göstərdi ki, elmə yüksək maraq var, eyni zamanda, gənclərin doktoranturaya axını yüksək səviyyədədir.
- İmtahanların nəticəsində bu il doktoranturaya qəbul olanların sayı nə qədər oldu?
- Bu il 270-dən çox iddiaçı doktorant adını qazanıb. Bu rəqəm ancaq Azərbaycan Milli Elmlər Akademiyasına aiddir. Təxminən elə bu qədəri də Təhsil Nazirliyinin xətti ilə doktoranturaya qəbul olunub. Bu yüksək rəqəmdir. Bunları kifayət qədər yüksək ixtisaslı rəhbərlərlə təmin etməyə çalışacağıq. Bundan başqa, onlara verilən elmi-tədqiqat işlərinin aktuallağa, müasir tələblərə uyğun olaraq seçilsə, eyni zamanda, elmi-tədqiqatların aparılması üçün münbit şərait yaradılsa, istədiyimiz nəticəni əldə edə biləcəyik.
- Yeni qaydalara əsasən, doktoranturada tədris prosesi necə aparılır?
- Ümumi qaydalara uyğun olaraq, doktoranturada təhsil dedikdə ən əsas məsələ doktorantların elmi-tədqiqatlarını aparmalıdır. Təbii ki, elmi-tədqiqatları aparmaqla yanaşı, onlar qaydalara müvafiq olaraq xarici dildən, informatika və ixtisas fənlərindən doktorantura üzrə imtahanları verməlidirlər. Bu imtahanları vermək üçün doktorantlar müasir tədris proseslərində iştirak etməlidirlər. AMEA-nın xarici dil kafedrasında xarici dillər üzrə doktorantlara, disertantlara tədris həyata keçirilir. Belə bir tədris eyni zamanda, İnformasiya və Texnologiyaları İnstitutunda informatika fənni də həyata keçirilir. Bu institut təkcə akademiyanın yox, eyni zamanda, respublika üzrə informatika fənnindən doktorantura imtahanlarını qəbul edir. Doktorantura imtahanları dedikdə, bura həm doktorantların fəlsəfə doktoru üzrə, eyni zamanda, disertantların fəlsəfə doktoru hazırlığı üzrə imtahanları nəzərdə tutulur.
- Doktoranturaya qəbul imtahanlarında əcnəbilərin marağı nə dərəcədə idi?
- Azərbaycan Milli Elmlər Akademiyası üzrə 8 əcnəbi vətəndaş doktorantura imtahanlarında iştirak edib. Onlar qaydalara müvafiq şəkildə imtahan verərək doktoranturaya qəbul olunub. Təbii ki, xarici vətəndaşlar və ya vətəndaşlığı olmayanların doktoranturada təhsili ödənişli əsaslarla həyata keçirilir.
Amma ümumilikdə doktoranturaya qəbulda əlavə maliyyə vəsaiti ayrılmayıb. AMEA-nın xarici dillər kafedrasının müəllimləri tərəfindən xarici dillər, fəlsəfə imtahanı Fəlsəfə və Hüququ İsntitutu tərəfindən həyata keçiridi. İxtisas fənlərindən isə qəbul qaydalarına uyğun olarq doktoranturanın olduğu elmi təşkilatların özləri qəbul edirdilər. Ona görə də akademiya xətti ilə bu proses üçün əlavə maliyyə vəsaiti ayrılmayıb. Bu proses akademiyanın iş planına daxil idi və buna uyğun da proses həyata keçirildi.
- Yeni ildən doktoranturaya qəbulla bağlı yeni təhsil standartları hazırlanır. Burada nələr öz əksini tapacaq və nə kimi yeniliklər gözlənilir?
- Doktoranturaya qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunub və bunlara uyğun olaraq da qəbul həyata keçirilir. Yeni ildə həmin qəbul qaydalarına müvafiq olaraq elmi təşkilat və müəssisələrə ayrılacaq yerlər AMEA və Təhsil Nazirliyinin razılığı əsasında Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Amma təhsilə gəlincə, bir daha qeyd edirəm ki, təhsil elmi-tədqiqatlaırn aparılmasını nəzərdə tutur. Onların aparılması da intitutlar, elmi-təşkilat və müəssisələrin özləri tərəfindən həyata keçiriləcək. Təhsil Haqqında Qanuna uyğun olaraq belə bir standartların qəbul olunması gündəlikdə durur. Bu standartalar əsasən Təhsil Nazirliyi tərəfindən hazırlanır. Hazırlandıqdan sonra akademiya ilə birlikdə bu standartlara baxılacaq.
Bu standartlarda nələrin əks olunacağını indidən demək çox çətindir. Çünki builki doktoranturanın nəticələrini tam analiz etməmişik və onun bizə nə göstərəcəyini dəqiq bilmirik. Təhsil Qanunu çərçivə qanunu idi və o qəbul olunduqdan sonra daxilində əlavə qanunlar, müəyyən qaydalar hazırlanmalı idi. Bu standartların qəbulu da təhsil qanunundan irəli gələn bir çox məsələrini həll etmək üçündür.