PDF Oxu

Müsahibə

  • 261

“Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasında olması sadəcə gülüncdür”

“Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasında olması sadəcə gülüncdür”

- Qabil müəllim, ehtimal olunur ki, Sarkozi Fransa Senatının qəbul etdiyi son qərarı da təsdiqləyəcək. Azərbaycan buna qarşı ciddi reaksiya verə bilibmi?

- Azərbaycan bu məsələlərdə kifayət qədər mövqeyini bildirib. Hər kəs müxtəlif formada bu məsələyə öz etirazını bildirib.

- Bu hadisə ilə Fransa ermənipərəstliyini nümayiş etdirdi. Belə olan halda Fransanın həmsədr ölkələr sırasında olması nə dərəcədə məntiqə uyğundur?

- Ümumiyyətlə, Fransa bu addımla birbaşa ermənipərəstliyini ortaya qoydu. Fransa artıq dəfələrlə öz hərəkətlərində ermənilərə tərəfdar olduğunu sübut edib, onlara dəstək olduğunu açıq-aşkar göstərib. Sadəcə, bu dəfə Fransa çox irəli getdi. Yəni, bu dəfə Fransa öz xalqının da maraqlarına toxunacaq şəkildə bir qanun qəbul etdi. Bununla sanki dünyaya meydan oxuyaraq Ermənistana dəstək olduğunu göstərdi. Belə olan halda Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasında olması sadəcə gülüncdür. Azərbaycanın bu dövlətə bir vasitəçi kimi etibar etməsi mümkün deyil. Amma onu da qeyd edim ki, bu fikirlərimizin tək səbəbi məhz bu qanun deyil. ATƏT-in Minsk Qrupu, xüsusi ilə də onun həmsədrləri bütövlüklə özünü nüfuzdan salıb. Amerika da bu məsələyə loyal münasibət bəsləyərək öhdələrinə düşən vəzifə ilə yaxından məşğul olmaq istəmir. Rusiya və Fransaya gəlincə, onlar ikisi də ermənipərəst dövlətdirlər. Baxmayaraq ki, ATƏT-in Minsk Qrupu 20 ilə yaxındır fəaliyyət göstərir, ancaq heç bir işin öhdəsindən gələ bilmir. Bunun çıxış yoluna gəlincə, ya bu qrupun fəaliyyətindən imtina edilməli, ya da onun işini yenidən canlandırmaq üçün format dəyişdirməlidir.

- Fransanın həmsədrlikdən kənarlaşdırılıb Türkiyənin qrupun tərkibinə qatılması variantı mümkündürmü?

- Əlbəttə ki, mümkündür. Onsuz da Fransanın kənarlaşdırılmasına Avropa Birliyindən tərəfdarlar da var. Bir müddət əvvəl belə bir iddia irəli sürülmüşdü ki, Fransa həmsədrlərin tərkibindən çıxarılsın və onun əvəzinə Avropa Birliyinin nümayəndəsi gəlsin. Ermənistan təkidlə bildirir ki, Türkiyəni bura daxil etmək olmaz, çünki o hər zaman Azərbaycanı müdafiə edir. Hesab edirəm ki, Türkiyənin bura daxil olması çox ədalətli olardı.

Digər xəbərlər