PDF Oxu

Müsahibə

  • 613

Müsahibimiz Azadlıq Partiyasının sədri Əhməd Orucdur

Müsahibimiz Azadlıq Partiyasının sədri Əhməd Orucdur

- Əhməd müəllim, radikal müxalifət partiya sədrləri yeni iddialı qüvvələrlə əvəz olunması fikrini söyləyiblər. Olmazmı dəyişikliklər elə onlardan başlansın?

- Zəruri və vacib olan şərtlərdən biri də hakimiyyətin idarə olunmasında , dövlət adamı yetişdirən siyasi partiyalarda bir institut kimi yeni iddialı gənclərin, şəxslərin meydana gəlməsi doğrudur və düzgün yanaşmadır. Köhnə fikirli partiya sədrləri artıq başa düşürlər ki, siyasətdən getmək vaxtı gəlib çatmışdır. Və bu iddialarla heç bir uğur qazana bilməyəcəklər. Bunu da qəbul etmək lazımdır ki, köhnə fikirli və iddialı siyasi qüvvələrin yeni iddialı gənclərlə əvəz olunması qaçılmazdır. Fikrimcə, cəmiyyətimizin inkişafı naminə yeni təfəkkürlü və sağlam düşüncəyə malik olan gənclərimizin Azərbaycan siyasətində layiqli yerlərini tutması üçün bütün imkanlar yaradılmalıdır. Səbəb, aydın fikir və təkliflərdən çıxış edən bu yeni fikirli qüvvələrin siyasi səhnədə aktiv olmaqları ilə yanaşı, siyasi proseslərə daha fərqli prizmalardan yanaşma prinsipinə sahib olmalarıdır.

- Mitinq çağırışları ilə çıxış edən radikal müxalifət bu çağırışları reallaşdırmaq gücünə malikdirmi?

- Bu gün, demək olar ki, cəmiyyətdə siyasi potensiala və dəstəyə malik olmayan radikal müxalifət mitinqlər keçirəcəyi ilə bağlı fikirlər səsləndirsə də, əslində, bu gücə malik deyillər. Ayrı-ayrı mövqelərdən və prizmalardan çıxış edən radikal müxalifət partiya sədrləri öz aralarında belə ciddi problemlər yaşayırlar. Bunu onların mətbuatlarında da görmək olar. Ötən il keçirilən icazəsiz mitinq və aksiyalar zamanı aydın oldu ki, xalq radikal müxalifətin icazəsiz aksiyalar keçirməsində elə də maraqlı deyil. Bunun da əsas səbəblərindən biri icazəsiz aksiyalara çağıran radikal partiya sədrlərinə olan inamın sıfıra bərabər olmasıdır. İnamsızlıq olduğu halda isə, xalqın belə bir liderlərin arxasınca getməsi qeyri-mümkündür. Nə qədər bu siyasi qüvvələr siyasi arenada olacaqlar, hər hansı bir irəliləyişdən danışmağa dəyməz.


İLQAR

Digər xəbərlər