PDF Oxu

Müsahibə

  • 1 373

Ermənistan rejimi  hərbi xuntadır

Ermənistan rejimi hərbi xuntadır

- Ermənistan prezidenti Serj Sarkisyan Brüsseldə səfərdə olan zaman mətbuata verdiyi açıqlamasında azərbaycanlılara qarşı etnik təmizlənmə siyasəti aparıldığını etiraf edib. Dövlət başçısının belə bir etirafı nədən qaynaqlanır?

- Ermənistan prezidenti Serj Sarkisyanın Belçikada səfərdə olduğu zaman etdiyi etiraflar, təbii ki, Azərbaycan cəmiyyəti tərəfindən hər zaman gündəmdə saxlanılmalıdır. Çünki bu növbəti dəfə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü təcavüzkarlıq siyasətini bir daha gündəmə gətirməsidir. Bu yaxınlarda Azərbaycan parlamentinin nümayəndə qrupu və hökumət rəhbərliyi səviyyəsində Belçikada səfərdə olduğumuz zaman federal parlamentdə geniş şəkildə Qarabağ dinləmələri keçirilmişdir. Belçikanın bir siyasi mərkəz və diplomatik proseslərin getdiyi ölkə olduğunu nəzərə alaraq Cənubi Qafqaz reallıqlarının orada obyektiv işıqlandırılması üçün çox böyük addımlar atıldı. Orada parlamentin üzvüləri açıq şəkildə bəyan edirdilər ki, bu günə qədər Ermənistan tərəfi onlara tamamilə yanlış informasiyalar verməkdədirlər. Serj Sarkisyanın səfəri isə bizim orada söylədiyimiz mövqelərin təsdiqi demək oldu. Yəni, biz adıçəkilən ölkəyə səfər edən zaman bildirdik ki, Ermənistan birgə yaşayışı tanımır və açıq şəkildə təcavüzkarlıq siyasəti yürüdür, hansısa dövlətin əlində təzyiq alətidir, regionda Qərbin maraqlarına qarşı dirəniş göstərir, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsinin əsas üzvüdür. Cənub Cinahı deyilən Rusiya hərbi bazalarının Ermənistana yerləşdirilməsi NATO-nun bu bölgəyə maraqlarına qarşı bir paliqon rolu oynayır. İran ilə yaxın əməkdaşlıq edən və bununla da beynəlxalq birlik tərəfindən hələ də təsirlərə və təzyiqlərə məruz qalmayan bir forposdur. Bunlar Serj Sarkisyanın malik olduğu diletant səviyyəsini bir daha təsdiq etdi.

- Serj Sarkisyan iddia edir ki, azərbaycanlılara qarşı soyqırımı siyasətinin aparılması "Daşnaksütyun" partiyasının və "ASALA" erməni terror təşkilatının proqramından kənara çıxmayıb. Bu, onu deməyə əsas verirmi ki, Ermənistan hakimiyyəti sözügedən terror təşkilatlarının məram və məqsədlərinin həyata keçirməkdə israrlıdır?

- Ermənistan terroru dövlət siyasətinə qataraq, öz maraqlarını bu vasitə ilə reallaşdırmaq xətti yürüdür. Bugünkü Ermənistan rejimi də hərbi xuntadır. Onların küçə aksiyalarında və mitinqlərində qabardılan ən ciddi tələblərdən və tənqidlərdən birisini məhz bu təşkil edir. Belə bir şəbəkə təkcə Ermənistan miqyasında özünü göstərmir. Yəni, şəbəkələşmiş bir struktur beynəlxalq terror ünsürləri kimi geniş fəaliyyət imkanlarına malikdir. Bu diapazonda da türk dünyasının və Azərbaycanın əleyhinə fəaliyyət aparmaqdadırlar. Burada biz Ermənistanın terror və ayrı-ayrı qurumlarının fəaliyyətinə qarşı hansı tədbirləri həyata keçiririk? Hesab edirəm ki, ötən dövr ərzində Azərbaycanın təhlükəsizlik imkanlarının artdığı göz önündədir. Yəni, ən müxtəlif kəşfiyat, əks-kəşfiyat və yaxud da digər təxribat xarakterli fəaliyyətlər öncədən zərərsizləşdirilə bilir. Biz işğalçı ölkənin xarici aləmdə terror qurumlarından faydalandığını təsdiq etdirməliyik. Bildiyiniz kimi, ABŞ hər ilin sonunda beynəlxalq miqyasda fəaliyyət göstərən terror şəbəkələrinin adını dərc edir. Yəni, onları terror qurumları kimi tanıyır və onlarla iş birliyində olan dairələrə qarşı müxtəlif iqtisadi və siyasi sanksiyalar tətbiq edir. Biz ona nail olmalıyıq ki, işağlçı ölkə olan Ermənistan hər zaman həmin hədəfdə olsun.


GÜLYANƏ

Digər xəbərlər