PDF Oxu

Müsahibə

  • 728

Xaricdən belə təlimat alıblar...

Xaricdən belə təlimat alıblar...

- Mais müəllim, radikal müxalifət düşərgəsini təmsil edən "İctimai Palata" aprelin 8-də mitinq keçirməyi planlaşdırıb. Radikal müxalifətin növbəti kütləvi aksiya şousu nəyə xidmət edir?

- Bu gün ölkə müxalifəti çox acınacaqlı durumdadır. Radikal müxalifətin bu cür vəziyyətə düşməsinin səbəbi onların cəmiyyətdə yeni təşəbbüslərlə çıxış edə bilməmələridir. O cümlədən, həmin müxalifət qüvvələri ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlir. Əgər bu və ya digər siyasi qüvvə cəmiyyətin qəbul etdiyi təşəbbüsləri verə bilmirsə və öz təşəbbüslərini həyata keçirmək üçün normal fəaliyyət göstərmirsə, təbii ki, həmin qüvvə daha da acınacaqlı vəziyyətə düşəcəkdir. Ona görə də, radikal müxalifət düşərgəsində təmsil olunan qüvvələr müxtəlif üsullara əl ataraq, bir müddət gündəmdə qalmağa çalışırlar. Bildiyiniz kimi, Bakı Şəhər İcra Hakimiyyəti "İctimai Palata"da təmsil olunan qüvvələrə mitinq keçirmək üçün yer də ayırıb. Amma radikallar ayrılan yerlə razılaşmaq istəmirlər. Çünki xaricdən belə təlimat alıblar.

- Radikal müxalifət qüvvələrinin mitinq çağırışları, bir qayda olaraq, uğursuzluğa düçar olur. Belə olan halda, nəyə görə, radikallar mitinq çağırışlarından imtina etmirlər?

- Müxalifət qüvvələri düşünərək güman edirlər ki, ölkədə bu cür tədbirlər keçirməklə, cəmiyyətdə bu və ya digər məsələlərdən narazı qalan bəzi şəxslər onların keçirdikləri mitinqlərə gələrək, onlara haqq qazandıracaq. Amma Azərbaycan cəmiyyəti olduqca düşüncəlidir. Yəni, Azərbaycan cəmiyyəti pisi yaxşıdan ayırmağı bacarır. Bir sözlə, ölkə vətəndaşları radikal müxalifət qüvvələrinin çağırışlarına, bir qayda olaraq, keçirilən mitinqlərə gəlməməklə rədd cavabı verirlər. Radikal müxalifət qüvvələri ümid edirlər ki, onlar tərəfindən keçirilən bu mitinqlər baş tutacaq. Amma arzular reallığa çevrilmir. Bu dəfə də radikal müxalifət təmsilçiləri tərəfindən keçirilən mitinqlər uğursuzluğa düçar olacaq. Çünki həmin qüvvələrin heç bir siyasi gücü yoxdur ki, nəyəsə nail ola bilsinlər.

GÜLYANƏ

Digər xəbərlər