PDF Oxu

Müsahibə

  • 787

Qanunazidd fəaliyyət həm də siyasi mədəniyyətsizlikdir

Qanunazidd fəaliyyət həm də siyasi mədəniyyətsizlikdir

- Aydın müəllim, radikal müxalifət partiyaları yenidən fəallaşaraq, aprelin 8-də mitinqlər, küçə yürüşləri keçirməyi planlaşdırıblar. Sizcə, onların arxasında xarici maraqlı qüvvələrin dayandığını söyləmək olarmı?

- Hər zaman bəzi xarici qüvvələr və onların Bakıdakı əlaltıları Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Bunun üçün ən çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər. İcazəsiz mitinqlər də həmin çirkin vasitələrdəndir. Təəssüf doğuran hal odur ki, sosial bazası olmayan və ölkədə müəyyən ajiotaj yaratmaq iddiasında olan radikal müxalifət öz çirkin niyyətini həyata keçirməyə çalışır. Müxalifət bu günə kimi nə xalqı, nə də dövləti üçün bir uğurlu iş görməyib. Çünki öz şəxsi ambisiyalarını hər şeydən üstün tutub. Hansı müxalifət partiyaları ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı beynəlxalq təşkilat qarşısında işğalçı Ermənistanın cinayətlərini açıqlayıb? Və yaxud da Azərbaycan xalqına qarşı soyqırımı ilə bağlı hər hansı bir aksiya keçiriblər? Ancaq öz istəklərini həyata keçirmək üçün qanunsuz mitinqlər, yürüşlər keçirməklə "cəmiyyətdə biz də varıq" iddiasında olsalar da, heç bir şeyə nail olmurlar.

- "İctimai Palata"nın planlaşdırdığı aksiyalara qoşulmayan "Ümid" və digər partiyalar da ayrı-ayrılıqda icazəsiz mitinqlər keçirməyə qərar veriblər. Bu mənada, demək olarmı ki, müxalifət düşərgəsində bəhsə-bəhs aksiyalar keçirilir.

- İlk öncə deməliyəm ki, hər bir sahədə qanuna riayət etmək siyasi mədəniyyətdir. Azərbaycan hüquqi demokratik dövlətdir. Ölkənin bütün sahələrində hüquqi prinsiplərə tam şəkildə əməl edilir. Bu gün bütün sivil və demokratik dövlətlərdə qanun əsas söz sahibidir. Belə olan bir şəraitdə demokratik və hüquqi islahatların uğurla reallaşdırıldığı Azərbaycanda müxalifət təşkilatlarının kütləvi xaos yaratmağa səy göstərmələri onların iyrənc məqsədlərindən xəbər verir. Hesab edirəm ki, bu gün müxalifətin qanunazidd fəaliyyət göstərməsi həm də siyasi mədəniyyətsizlikdir. Əgər müxalifət haqdan, ədalətdən, qanundan danışırsa, əvvəlcə bu haqda fikirləşməlidir. İkincisi isə, görünür, bu adamlar qanunsuz mitinqlər keçirməklə, xarici qüvvələrin istəklərini həyata keçirirlər.

- Aydın müəllim, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzu bu gün müxalifət qüvvələrini narahat edir. Bu məsələyə münasibətiniz?

- Bildiyimiz kimi, müxalifət özü cəmiyyətdə unudulan və tarixin arxivinə atılan bir qurumdur. Günbəgün sıraları genişlənən və xalq tərəfindən yekdilliklə dəstəklənən Yeni Azərbaycan Partiyasına heç bir siyasi partiya alternativ ola bilməz. Çünki Yeni Azərbaycan Partiyası artıq özünün yüksəliş nöqtəsindədir. Bizim paritiyada keyfiyyət ən vacib şərt sayılır. Ən layiqli, ən dəyərli, ictimai-siyasi həyatda ən fəal insanları öz sıramıza qəbul edirik. 540 mindən çox partiya üzvü olan siyasi təşkilata heç bir qüvvə təsir edə bilməz. Belə bir ordusu olan partiyayanın qarşısında heç bir qüvvə duruş gətirə bilməz.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər