PDF Oxu

Müsahibə

  • 979

Müxalifət keçirdiyi mitinqdə cəmiyyətə yeni heç nə dəyə bilmədi

Müxalifət keçirdiyi mitinqdə cəmiyyətə yeni heç nə dəyə bilmədi

- Mais müəllim, radikal müxalifət düşərgəsində pərakəndəliyin və dağınıqlığın başlıca səbəblərini liderlərin böyük iddialarla çıxış etməsi ilə əlaqələndirmək olarmı?


- 15 ilə yaxındır ki, radikal müxalifət düşərgəsində pərakəndəlik hökm sürür. Bunun da bir çox səbəbləri var. Müxalifət partiyalarının pərakəndə və dağınıq halda olmasının başlıca səbəbi məhz həmin partiyalara rəhbərlik edən liderlərin ambisiyalarının onların partiya maraqlarından üstün olması ilə bağlıdır. Demək olar ki, radikal müxalifət partiyaları onların başında duran şəxslərin maraqlarına uyğun şəkildə fəaliyyət göstərir.


- Müxalifətin keçirdiyi 8 aprel mitinqində iştirakçıların sayının az olması artıq müxalifətin tükəndiyinin və onlara qarşı cəmiyyətin inamsızlığının bir daha təzahürü kimi qiymətləndirmək olarmı?


- Uzun illərdi ki, müxalifət öz sıralarına yeni insanlar cəlb edə bilmirlər. Bu da, təbii ki, onların apardıqları səhv siyasət ilə bağlıdır. Həmin partiyalarda demokratiyanın mövcud olmaması bu partiyaların inkişafına və yeniləşməsinə başlıca maneədir. Sözügedən partiya liderləri cəmiyyətə yeni təşəbbüslər verə bilmirlər. Ona görə də, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlir.


- "İctimai Palata" yenidən 22 aprel mitinqinə hazırlaşır. Amma bu mitinq də 8 aprel mitinqi kimi zəif və sönük keçəcəyini hansı faktlarla əsaslandırmaq olar?


- Müxalifət qüvvələri 8 apreldə keçirdikləri mitinqlərdə müsbətə doğru irəliləyişə nail ola bilmədi. Onlar 20 il bundan əvvəl söylədikləri çıxışlarını bu dəfə də keçirdikləri mitinq zamanı təkrar etdilər. Müxalifət 8 apreldə keçirdikləri mitinq zamanı cəmiyyətə yeni heç nə dəyə bilmədi. Yəni, hansısa yeni bir ideyalar ortaya qoya bilmədilər. Ona görə də, düşünmürəm ki, müxalifət qüvvələri 22 apreldə keçiriləcək növbəti mitinqində kütləvi şəkildə insan cəlb edə bilsinlər. Bu dəfə də həmin qüvvələr tərəfindən keçiriləcək mitinqlər heç bir nəticə verməyəcəkdir. Demək olar ki, ərəb ölkələrində baş verən xoşagəlməz bəzi hadisələr, müxalifət düşərgəsini təmsil edən qüvvələri bir qədər ruhlandırdı. Həmin qüvvələr elə hesab edirdilər ki, Azərbaycanda da ərəb ölkələrində baş verən hadisələrin təkrarlanması mümkün ola bilər. Amma ərəb ölkələrində baş verən xoşagəlməz hadisələr, ölkəmizdə təkrarlana bilməz. Azərbaycan ilə həmin o ölkələri müqayisə etmək olmaz. Çünki Azərbaycan dövləti inkişaf etmiş və regionda öz sözünü demiş ölkədir.


GÜLYANƏ


Digər xəbərlər