- Elman müəllim, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetində 2012-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün vaxtın daha da qısaldığını bəyan edib. Bu bəyanat bizdə daha hansı ümidləri və əminlikləri yaradır?
- Nazirlər Kabinetində 2012-ci ilin birinci rübünün sosial, iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident bəyan etdi ki, Azərbaycan indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda sülh yolu ilə münaqişənin həllində maraqlı olub. Lakin burada məsələ ondan ibarətdir ki, Azərbaycanın bu yolu seçərək məhz danışıqlara üstünlük verməsi heç də o anlamına gəlmir ki, yəni Azərbaycan tərəfi bu danışıqları davamlı və permanent şəkildə aparacaq. Müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi "artıq getdikcə Dağlıq Qarabağın işğaldan azad edilməsinin zamanı daralır və elə bir gün gələ bilər ki, münaqişə hərbi yolla həll olunsun" fikri Ermənistana bir növ xəbərdarlıqdır. Qoy ermənilər özlərini elə göstərməsinlər ki, Ermənistan məhz sülhpərvər dövlətdir və münaqişə ətrafında aparılan danışıqlarda maraqlıdır. Əslində isə, işğalçı Ermənistan konkret mövqeni açıq şəkildə bildirməlidir. Bir sözlə, vaxtı udmaq taktikasının bəhrəsi və nəticəsi olmayacaq. Bütün bunların hamısının əvəzində, Prezident bir ifadə işlədir ki, bəli, danışıqlar üçün zaman müddəti qısalır. Yəni, Prezident İlham Əliyev Ermənistan tərəfə aydın və birmənalı şəkildə başa salmaq istədi ki, belə xəttin, taktikanın prespektivi yoxdur. Yəni, siz hesab edirsiz ki, bu yolla danışıqları uzatmaq sizə hər zaman uğur gətirəcək. Demək olar ki, bu cür yanaşmanın özü kökündən yanlışdır. Çünki hər bir məsələnin sonu olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların da sonu ola bilər. Bir sözlə, bu yanaşma tərzinə çox da ümid bəsləməsinlər. Yəni, cənab Prezident bu mövqeyini Ermənistan tərəfinə çatdırırdı. Azərbaycan tərəfinin qat-qat daha da güclənməsi xüsusi olaraq hərbi baxımından kifayət qədər məntiqli olduğu da Cənab Prezidentin mövqeyində öz əksini tapdı. Bu baxımdan, hesab edirəm ki, Nazirlər Kabinetində 2012-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident Ermənistan tərəfi üçün çox ciddi mesajlar göndərdi. Bu mesajların əhəmiyyəti ondan ibarətdir ki, işğalçı ölkə olan Ermənistan növbəti dəfə danışıqlara gələrkən, hesab etməlidir ki, bu danışıqlarda ənənəvi taktikasından istifadə etməyin mənası yoxdur. Prezident İlham Əliyev bu taktikanın mənasızlığını və prespektivsizliyini öz çıxışında açıqladı. Ona görə də, Ermənistan tərəfi həqiqətən də Azərbaycanla növbəti danışıqlar keçirməkdə maraqlıdırsa, konstruktiv mövqe ilə gəlməlidir. Yəni, işğalçı ölkə vaxtı uzatmaq taktikasından imtina edərək, konkret olaraq mövqeyini ortaya qoymalıdır. Mövqe ilə bağlı onu deyim ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2009-cu ilin dekabr ayında irəli sürdüyü yeniləşmiş Madrid prinsipləri var ki, onu 2010-ci ilin yanvar ayında Azərbaycan tərəfi qəbul edib. Ermənistan da bu məsələdə mövqeyini bildirərək, prinsipləri qəbul etməlidir. Əks təqdirdə, həmsədrlərin heç bir halda istəmədikləri və Ermənistanın da qorxduğu müharibə versiyası labüdləşə bilər. Bu şəkildə danışıqların prespektivi yoxdur. Yəni, Prezident İlham Əliyev də bu tezisləri Ermənistan tərəfinə çatdırmış oldu.
- Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi qan tökülmədən torpaqların işğaldan azad edilməsinə çalışır. Əgər Ermənistan konstruktiv dialoqa gəlmirsə, bu halda, başqa çıxış yolu qalırmı?
- Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, prinsip etibarı indiki gücü və potensialı ilə müharibə variantına əl ataraq işğal altında olan torpaqlarını azad edə bilər. Prezident İlham Əliyev qeyd etdi ki, biz sülh istəyirik və sülhpərvər dövlətik. Bundan sonra gərək Ermənistan tərəf situasiyanı düzgün dəyərləndirib, müharibədən yayınmamaq üçün sülh yolu ilə münaqişənin həlli kursuna dəstək verərək, bu istiqamətdə konkret olaraq addımlar atsın. Prezident İlham Əliyev bildirir ki, bu baxımdan biz daha çox danışıqlar yoluna üstünlük veririk. Əgər burada işğalçı Ermənistan hesab etsə ki, onun indiyə qədər, yəni 20 il ərzində tətbiq etdiyi bu müddətsiz danışıqlar taktikasının prespektivlidir, yəni bu danışıqlardan imtina edilməyəcək və hər zaman bu kursu həyata keçirərək, status-kvo vəziyyətindən bəhrələnəcəksə, onda işğalçı ölkə çox böyük səhvə yol verir. Prezident İlham Əliyev xüsusi ismarıclarını Ermənistan tərəfinə göndərdi ki, belə olan təqdirdə, Azərbaycan yenədə beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq öz torpaqlarını hərbi yolla qaytarmaq məcburiyyətində qalacaq. Konkret olaraq BMT Nizamnaməsinin 51-ci maddəsi bizə o səlahiyyəti verir. Çünki ərazisi işğala məruz qalan dövlətin özünü müdafiə hüquqi var. Bir sözlə, həmin hüququ istənilən şəkildə həyata keçirə bilərik. Eyni zamanda, hərbi yolla. Yəni, Azərbaycan tərəfinin başqa çıxış yolu qalmazsa, onda hərbi yoldan istifadə etmək zərurəti ilə üzləşəcəkdir. Bir sözlə, cənab Prezident İlham Əliyev bu həqiqətləri işğalçı ölkə olan Ermənistana çatdırmaq istədi. Eyni zamanda, beynəlxalq fikrini ictimaiyyətə istiqamətləndirərək, bildirdi ki, Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı xəttinə sadiqdir. Yəni, biz Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar yoluna üstünlük vermişik və indi də bu xəttə sadiqiq. Sadəcə olaraq, Azərbaycanın mövqeyində beynəlxalq hüquq prinsipləri çərçivəsində kənara çıxma baş verərsə, onda bu məsuliyyəti Ermənistan tərəf daşıyacaqdır. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həmsədrlik edən tərəflərin də üzərinə məsuliyyət düşəcək. Çünki onlar heç kəsin istəmədiyi müharibədən yayınmaq üçün Ermənistana qarşı konkret təzyiq mexanizmlərinə malik olmalı idilər. Əgər bu mexanizm yox idisə, onda onu yaratmalı idilər. Amma bunu edə bilməyiblərsə, nə vaxtsa müharibə başlayarsa, heç bir halda Azərbaycan tərəfi buna görə məsuliyyət daşımayacaq. Çünki Azərbaycan 20 ildən çoxdur ki, məhz danışıqlar yoluna üstünlük verir. Amma bu illər ərzində işğalçı Ermənistanın mövqeyi heç bir halda dəyişmir. Bir sözlə, işğalçı ölkənin mövqeyini dəyişmək üçün də məsuliyyətli olan tərəflər heç bir real addımlar atmır. Ona görə də, Prezident İlham Əliyevin sözügedən müşavirədə olan çıxışları və bu həqiqətlər bir daha Ermənistan tərəfinə açıq şəkildə çatdırıldı.
GÜLYANƏ