PDF Oxu

Müsahibə

  • 699

İşğalçı Ermənistana qarşı işğalçı münasibət yoxdur

İşğalçı Ermənistana qarşı işğalçı münasibət yoxdur

- Fəzail müəllim, Nazirlər Kabinetində 2012-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün vaxtın daha da qısaldığını bəyan edib. Bu bəyanat bizdə daha hansı ümidləri və əminlikləri yaradır?

- Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetində 2012-ci ilin birinci rübünün sosial, iqtisadi yekunlarına həsr olunan müşavirədə Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün vaxtın daha da qısaldığını bəyan etməsi, Dağlıq Qarabağ münaqişəsini uzatmaq üçün status-kvonu saxlamaq istəyən və bu arzuda olan dövlətlərə, yəni istək sahiblərinə bir mesajdır ki, biz bu vəziyyətə uzun müddət dözə bilməyəcəyik. Yəni, siz Azərbaycan dövlətinin haqqını müdafiə edin. Əgər siz müdafiə edə bilmirsinizsə, onda haqqımızı özümüz müdafiə edəcəyik.


- Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi qan tökülmədən torpaqların işğaldan azad edilməsinə çalışır. Əgər Ermənistan konstruktiv dialoqa gəlmirsə, bu halda, başqa çıxış yolu qalırmı?

- Əgər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, işğalçı Ermənistan konstruktiv razılığa gəlməsə, onda tək çıxış yolu Azərbaycan torpaqlarının hərbi yolla işğaldan azad edilməsidir. Burada işğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan heç bir danışığa məhəl qoymursa, beynəlxalq hüququ saymırsa və ətrafında olan güclü dövlətlərə, yəni ABŞ-ın olduğu xristian dünyasına arxayındısa, onda Azərbaycan dövlətinin yeganə yolu hərbi varianta əl ataraq, öz torpaqlarını işğaldan azad etməsidir.


- Nəyə görə, işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir?

- İşğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən ona görə əl çəkmir ki, bu gün dünyanın güc mərkəzləri Ermənistanı işğalçı dövlət adlandırmır. Bir sözlə, işğalçı Ermənistana qarşı işğalçı münasibət yoxdur. Əgər Ermənistan özünə qarşı işğalçı münasibəti hiss etsəydi, Dağlıq Qarabağ münaqişəsi çoxdan öz həllini tapmışdı. Yəni Ermənistan nə dünya dövlətləri tərəfindən nə də arxasında durduğu güc mərkəzləri tərəfindən heç bir təzyiq görmür.

GÜLYANƏ

Digər xəbərlər