PDF Oxu

Müsahibə

  • 804

Ermənistan xarici ianələr hesabına yaşayır

Ermənistan xarici ianələr hesabına yaşayır

- Elşad müəllim, Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi işğalçı ölkənin keçmiş prezidenti Ter-Petrosyan Serj Sarksiyanın hakimiyyəti dövründə 1 milyondan çox insan Ermənistanı tərk edib getdiyini bildirib. Bu, onu deməyə əsas verirmi ki, Ermənistan uçuruma doğru gedir?

- Düzdür, S.Sarksiyanın hakimiyyəti dövründə 1 milyondan çox insan işğalçı ölkəni tərk edib getməsi haqqında bir çox fikirlər səsləndirilir. İşğalçı ölkə haqqında səsləndirilən mənfi fikirlərin kifayət qədər əsasları da var. Ermənistanın hazırkı sosial və iqtisadi durumu orada yaşayışı daha da çox çətinləşdirir. Təbii ki, Ermənistanda yaşayan əhali bu cür vəziyyətdən xilas olmaq üçün normal şərtlər daxilində, yəni yaşayış mühiti əldə etmək üçün sözügedən ölkəni tamamilə tərk edirlər. Hətta işğalçı ölkədə elə bir vəziyyət yaranıb ki, Ermənistan hakimiyyəti orduya cəlb etmək üçün əsgər tapa bilmir. Yəni işğalçı ölkə ordu sıralarını əsgərlə təmin etməkdə çox çətinlik çəkir. Bir sözlə, Rusiyadan və İrandan asılı vəziyyətdə olan Ermənistan əhalinin sosial təminatı sahəsində heç bir imkana malik deyil. Bu baxımdan xarici ianələr hesabına mövcud olan bir dövlətin, təbii ki, əhalisi həmin ölkəni tərk etmək məcburiyyətində qalacaq.

- İddia olunur ki, S.Sarkisyan dünyasını dəyişmiş ölülərdən daha çox dəstək umur. Yəni onların səslərini öz adını yazmaqla parlament seçkilərində istifadə etməyə çalışır. Bu gülüş doğuran məsələyə sizin münasibətiniz?

- Ermənistanda keçirilən seçkilərin saxtalaşdırılması üçün S.Sarkisyan iqtidarında reallığı özündə əks etdirməyən bütün addımları gözləmək mümkündür. Çünki işğalçı ölkədə hər bir məsələ saxtakarlıq yolları ilə öz həllini tapır. Bir sözlə, Ermənistanda keçirilən əvvəlki seçkilərdə də həyatda olmayan insanların seçicilər siyahısında yer almasına rast gəlinmişdir. Yəni, sözügedən ölkədə indiki S.Sarkisyan hakimiyyəti orada keçirilən seçkilərin saxtalaşdırılması üçün ölülərdən də bir köməkçi vasitə kimi istifadə edib və edəcək də.

- Qeyri-demokratik bir seçki keçirən və ümidini daha çox dünyasını dəyişən insanlara bağlayan S.Sarkisyandan Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı bir konstruktiv mövqe və bunun fonunda sülhpərvər bir siyasət gözləmək mümkündürmü?

- İşğalçılıq ermənilərin tarix boyu həyati siyasəti olub. Onlar həmişə başqa xalqların ərazilərinə göz dikiblər. Belə yanaşma işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibətdə, eləcə də, demokratik dəyərlərə qarşı çıxmasında hər zaman özünü göstərir. İstənilən vasitələrlə öz məqsədlərinə çatmağa iddialı olan bir iqtidar, təbii ki, demokratik prinsipləri çox aşkar şəkildə tapdalayacaq. Belə bir hakim komanda ilə münaqişənin tənzimlənməsinin demokratik yollarının axtarılması da səmərəsiz qalacaq. Bu baxımdan, hesab edirəm ki, S.Sarkisyanın bu günləri öz xalqına olan mənfi münasibətləri, təbii ki, qonşu xalqlara olan münasibətlə uzlaşdırıla bilər. Fikrimcə, rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ümumi məxrəcə gələ bilməməsinin səbəbi S.Sarkisyan hakimiyyətinin demokratik dəyərlərdən uzaq olmasıdır.

GÜLYANƏ

Digər xəbərlər