PDF Oxu

Müsahibə

  • 919

Dağlıq Qarabağ münaqişəsinin həlli böyük dövlətlərin maraqlarının uzlaşmasından asılıdır

Dağlıq Qarabağ münaqişəsinin həlli böyük dövlətlərin maraqlarının uzlaşmasından asılıdır

- Fəzail müəllim, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Soçi görüşündən sonra hər hansı bir ciddi real addımlar atılmayıb. Bunun Rusiyada keçirilən prezident seçkiləri ilə əlaqələndirmək olarmı?


- Bu gün Dağlıq Qarabağ problemi Ermənistanla Azərbaycan arasında olan münaqişə kimi regionda təbliğ olunur. Əslində isə, sözügedən münaqişənin səbəbkarı və yaradıcısı Rusiya tərəfinin mövqeyi ilə bağlıdır. Yəni, Soçi görüşünə qədər 20 il keçib. Bəs keçən bu 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı nə baş verib? Bir sözlə, Dağlıq Qarabağ problemi Qafqazda nüfuz dairəsi uğrunda gedən mübarizənin nəticəsidir.

- Əgər Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya faktoru varsa, bu halda demək olarmı bu münaqişənin həlli olunmasının açarı Rusiyanın əlindədir?


- Ümummilli Lider Heydər Əliyev Prezidentliyi dövründə Rusiyanın səlahiyyətli nümayəndəsi Kazmirov ilə görüşən zaman bu fikri söyləmişdir ki, "Qarabağın açarı Rusiyanın cibindədir". Bu gün dünya dövlətləri çox gözəl bilir ki, işğalçı ölkə olan Ermənistana hərtərəfli yardımlar edən Rusiya dövlətidir.

- Demək olarmı ki, Rusiya münaqişənin həllində maraqlı deyil, hətta vassalı olan Ermənistanın xeyirinə belə problemin tənzimlənməsində maraqlı deyil? Bu halda, Azərbaycan özü daxili imkanları və hətta hərbi varianta əl atmaqla münaqişənin həllinə səylər göstərə bilərmi?


- Bu, bilavasitə, dövlət başçısının, Ali Baş Komandamın səlahiyyətində olan məsələdir. Bu gün Azərbaycan tərəfi hələ də diplomatik yolla sözügedən münaqişənin həllinin tükənmədiyini bəyan edərək, ümidlə həll olunmasını gözləyir. Təbii ki, Konustitusiya daxilində hər bir dövlətin özünü öz sərhədlərini bərpa etmək hüquqi var. Bunun da iki yolu var. Yəni, diplomatik və hərbi yol. Əgər Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll olunmasa, dövlət başçısı tərəfindən də dəfələrlə bəyan edilib ki, "biz öz sərhədlərmizi bərpa etmək hüququmuzdan istifadə edərək, torpaqlarmızı digər variantlarla azad edəcəyik". Yəni, həmin variant da məhz hərbi variantdır. Bu gün Azərbaycan dövlətinin kifayət qədər iqtisadi qüdrəti var. Bir sözlə, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın bütün büdcəsindən artıqdır. Sadəcə olaraq, dünyanın güc dövlətlərinin Dağlıq Qarabağ münaqişəsində ikili standartdan yanaşması, bu məsələdə təmkinli mövqe nümayiş etdirməyi tələb edir.

- ABŞ münaqişənin həllində maraqlı görünsə də, bu problemin həllinin kimin xeyirinə olacağı onlar üçün bir qədər əhəmiyyət daşımır. Bu halda, demək mümkündürmü ki, ABŞ üçün region maraq kəsb etməyən bölgədir?


- ABŞ regiona maraq kəsb etməyən bölgə kimi baxmır. Yəni, ABŞ-ın da regionda böyük maraqları var. Demək olar ki, Cənubi Qafqazın Gürcüstan Respublikası artıq ABŞ-ın maraq dairəsindədir. Sadəcə olaraq, ABŞ dünyanın bir sıra yerlərində özünün strateji kursunu həyata keçirir. Bir sözlə, ABŞ Qafqazda kifayət qədər öz diplomatik səylərini səfərbər edir. Yəni, Dağlıq Qarabağ münaqişəsinin kimin xeyirinə həll olunmasını yox, Ermənistanla Azərbaycan arasında münaqişənin hansısa bir formada həllinə tərəfdar olmağa çalışır. Təəssüflər olsun ki, regionda maraqlar toqquşduğuna görə, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır.


GÜLYANƏ

Digər xəbərlər