- Tahir müəllim, yaxın müddət ərzində dağıdıcı müxalifət partiyalarına rəhbərlik edən liderlərin yeniləri ilə əvəz olunması gözləniləndirmi?
- Düşünmürəm ki, yaxın müddət ərzində müxalifət liderləri öz yerlərini yeni liderlərə versinlər. Pozucu müxalifət qüvvələri öz çirkin əməllərini həyata keçməkdə məram və məqsədlərini anlamayan gənclərdən müəyyən qədər istifadə etməyə çalışırlar. Amma həmin gənclər sözügedən partiyaların rəhbərliyinə gətirilmirlər. Çünki həmin qüvvələr çox eqoistdilər. Bir sözlə, müxalifət liderlərinin yeni əhval-ruhiyyəyə malik olan liderlərlə əvəzlənmələri inandırıcı görünmür.
- Bu baxımdan onların siyasətə gəlir mənbəyi kimi baxdıqlarını söyləmək olarmı?
- Müxalifət rəhbərlərinin öz yerlərini yeni liderlərə vermək istəməmələrinin ən başlıca səbəbi odur ki, dağınıq halda olan müxalifət lideri cəmiyyətdə və xaricdə özünün tanımasından çox böyük zövq alır. Yəni, nümayiş etdirirlər ki, gördüyünüz kimi, mən yenə də liderəm. Müxalifət liderləri özlərinin fəaliyyətsiz şöhrət zirvəsindən düşməsini istəmirlər. Ona görə də, həmin qüvvələr öz yerlərini yeni qüvvələrə vermək fikirində deyillər. Təbii ki, elə bu səbəbə də xaricdən maddi yardımları alırlar.
- Müxalifət partiyalarının dağınıq halda olmalarının səbəbini onların səhv siyasət aparmaları ilə əlaqələndirmək olarmı?
- Artıq 20 ilə yaxındır ki, müxalifət qüvvələri ölkədə fəaliyyətsiz fəaliyyət göstərirlər. Yəni, bu illər ərzində həmin qüvvələr bir çox vədlər versələr belə, nəticədə, müsbətə doğru heç bir addım ata bilməyiblər. Demək olar ki, müxalifətin ətrafında toplanan şəxslər də həmin partiyaları tezliklə tərk etdilər. Dağınıq halda olan müxalifət partiyalarında heç kəs qalmadığına görə, həmin partiyalar pərakəndə və zəif duruma düşüblər. Dağınıq və pərakəndə halda olan müxalifəti xaricdə fəaliyyət göstərən qüvvələr istiqamətləndirir. Çünki həmin qüvvələr Azərbaycanın əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşır. Amma nə etsə də, Azərbaycan öz uğurlu siyasətini davam etdirməkdədir. Çünki Azərbaycan dövləti regionda öz sözünü demiş bir ölkədir.
GÜLYANƏ