- ATƏT-in Minsk Qrupu formatı ən uğurlu variant hesab olunur. Yəni, bu gün həmin format problemin həllinə müəyyən qədər təsir edir. İlk növbədə, üç böyük dövlət problemin həlli üçün siyasi məsuliyyət daşıdığını ortaya qoyur. Digər tərəfdən, mövcud vəziyyəti istənilən halda görür və qiymətləndirirlər. Biz vaxtaşırı Minsk Qrupunun keçmiş həmsədrlərinin fəaliyyətdən sonrakı müsahibələrində vəziyyətin, doğurdan da, Ermənistan tərəfindən gərginləşdirdiyini və onların problemin həllinə mane olduğu barədə bəyanatlar səsləndirilib. ATƏT-in Minsk Qrupununu səfəri, ilk növbədə, Soçi görüşündən sonra əldə edilən müəyyən razılaşmanı reallaşdırmaq və baza prinsiplərini işləmək və mövcud fikir ayrılığını aradan götürmək məqsədi daşıyırdı. Danışıqlar gizli keçdiyinə görə, konkret olaraq, nədən danışıldığı və hansı mövqelərin yaxınlaşdığı barəsində məlumatımız yoxdur. Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona bu səfəri az da olsa sözügedən problemin həllinə təsir edəcəyini düşünməyə imkan verir.
- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdikləri bəyanatda status-kvonun saxlanmasının heç də yaxşı hal olmadığını bəyan etdilər. Amma nəzərə almaq lazımdır ki, status-kvonun saxlamasına Ermənistan daha çox maraq göstərir. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təmsil olunduğu ölkələr bu status-kvonun aradan qaldırılması üçün nə səbəbə Ermənistana təsir etmirlər?
- ATƏT-in Minsk Qrupunun həmsədrləri və həmsədrlərin təmsil olduğu ölkələr status-kvonun aradan qaldırılmasında Ermənistana nəyə görə təsir etməməsi, onların fəaliyyətində xüsusi bir həlqədir. Yəni, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsinə baxmayaraq, indiyə qədər həmsədrlər Ermənistanı işğalçı adı ilə çağırmırlar. Onlar belə hallarda digər dövlətlərə edilən tələbi, yəni torpaqların işğaldan tezliklə azad olunması tələbini irəli sürmürlər. Yəni beynəlxalq diplomatiyada biz ikili sandartın tətbiqini bir daha görürük. Bu gün Dağlıq Qarabağ məsələsindən başqa, dünyanın heç bir məsələsinin həllinə dair hər hansı beynəlxalq format yoxdur. Bu gün formatın olmasının özü müəyyən qədər müsbət bir haldır. Azərbaycan özünün ağrılı problemini dünya siyasətinin gündəliyinə çıxarıb. Prezidentimiz böyük dövlətlərdən problemin həllində məsuliyyət daşımağı tələb edir. Bununla da, özünün haqlı tələbini bir daha ortaya qoyur. Beynəlxalq təşkilatlardan indiyə qədər heç biri Ermənistanın işğalçı siyasətini dəstəkləyəcək bəyanat verməyib. Odur ki, qüsurlu və problemli də olsa, Minsk Qrupunun formatının yaşaması müəyyən qədər sözügedən problemin həllinə təsir edə bilər. Ancaq Azərbaycan məsuliyyətin hər iki dövlətin üzərinə qoyulmasına, status-kvonun saxlanmasına, ilk növbədə, Azərbaycan tərəfin birtərəfli qaydada, məsuliyyət daşımasına dair fikirləri heç bir zaman qəbul edə bilməz.
GÜLYANƏ