PDF Oxu

Müsahibə

  • 778

Müsavatın növbəti hiyləsi

Müsavatın növbəti hiyləsi

- Tahir müəllim, müxtəlif şoular qurmaqla diqqəti cəlb etməyə çalışan dağıdıcı müxalifət təmsilçilərindən olan Müsavat partiyası növbəti bir şou yaratmağa hazırlaşır. Yəni, qurultayını Gürcüstanda və ya Türkiyədə keçirməyi planlaşdırır. Bu məsələyə münasibətiniz necədir?

- Müsavat partiyasının qurultayını Gürcüstanda və ya Türkiyədə keçirməyi planlaşdırmasına çox mənfi yanaşıram. Çünki ölkəmizdə həmin qüvvələrin qurultaylarını keçirməsi üçün yer var. Əlbəttə ki, bu partiyaya qurultayını keçirməyə yer verilir. Sadəcə olaraq, Müsavat partiyası xaricdə olan qüvvələrə öz varlıqlarını göstərmək üçün bu cür hərəkətlərə ət atırlar. Bu kimi qüvvələr süni populizm üzərində siyasət qururlar. Yəni, sözügedən qüvvələr özlərinin nə isə bir gücə malik olduğunu nümayiş etdirmək istəyirlər. Demək olar ki, dağıdıcı müxalifət qüvvələrinin heç bir sosial bazası yoxdur. Bu gün nə Müsavatda, nə də ki, AXCP (i)-də köhnə qvardiya qalmayıb. Hamısı sözügedən partiyaları tərk edərək, çıxış gediblər.

- Bir zamanlar bolşeviklər də qurultayını Finlandiyada keçirmişdilər. Bu baxımdan, Müsavat və bolşeviklərin müqayisəsini hansı formada dəyərləndirmək olar?

- Həmin vaxtlar bolşeviklər qeyri-leqal fəaliyyət göstərirdi. Yəni, Çar Rusiyasında bolşeviklərin qurultay keçirməsinə imkan vermirdilər. Ona görə də, bolşeviklər qurultaylarını xaricdə keçirdilər. Ancaq Müsavat partiyasına Azərbaycanda qurultayını keçirməyə icazə verilir. Sadəcə olaraq, Müsavat partiyasında təmsil olunan şəxslər şou yaratmaq üçün qurultayı Gürcüstanda və ya Türkiyədə keçirmək istəkləri ilə çıxış edirlər. Bu da bir müddət gündəmdə qalaraq, reklam olunmaqdan irəli gəlir.


GÜLYANƏ


Digər xəbərlər