PDF Oxu

Müsahibə

  • 663

“”Natiq qrupu” çox gözəl ifa edirdi və finalda da belə bir şou gözləyirəm”

“”Natiq qrupu” çox gözəl ifa edirdi və finalda da belə bir şou gözləyirəm”

- Dünənki şou haqqında təəssüratlarınız?

- Dünənki şou haqqında düşünürəm ki, çox gözəl, maraqlı idi. Güclü nömrələr var idi. Bütün ölkələrin performansı yüksək idi.

- Daha çox kimi dəstəkləyirdiniz?

- Dünən çox gözəl nömrələr var idi. Yunanıstanın və Mandinga qrupunun çox maraqlı çıxışları var idi. Rəqsləri də çox bəyəndim. Rusiyanın da çıxışını çox bəyənirəm.

- Finaldan nə gözləyirsiniz?

- Finaldan gözəl bir şou gözləyirəm, çünki dünən çox gözəl bir şou olmuşdu. "Natiq qrupu" çox gözəl çalırdı və finalda da belə bir şou gözləyirəm. Məncə, Avropaya çox maraqlı olar. İnanıram ki, yaxşı olacaq, hər kəsin xoşuna gələcək.

Özünüz də bu müsabiqədə olmusuz və çox böyük həyəcan keçirmisiniz. Səhnədə tək çıxış edirdiniz. Müsabiqə öncəsi iştirakçılara nə deyə bilərdiniz?

- İştirakçılara demək istərdim ki, ən əsası həyəcan olmasın, yəni bu, hər şeyi korlaya bilər. Çalışmaq lazımdır ki, özünə inam olsun. Məncə, bu, kifayətdir. İştirakçılardan deyə bilərəm ki, çoxu səhnədə professional kimi çıxış edirdilər.

- Azərbaycan tamaşaçısına nə demək istərdiniz?

- Demək istərdim ki, hər kəsi bir daha təbrik edirəm. Çünki "Eurovision" Azərbaycandadı. Bu, çox sevindirici bir haldır və hər kəsə də təşəkkürümü bildirirəm.

Digər xəbərlər