PDF Oxu

Müsahibə

  • 673

İranın daxili vəziyyəti partlayış səviyyəsindədir

İranın daxili vəziyyəti partlayış səviyyəsindədir

- Elman müəllim, İranın Azərbaycana qarşı olan qərəzli mövqeyinin, düşmən münasibətinin arxasında dayanan siysi məqamlar nədən ibarətdir?

- İranın xarici siyasətində son vaxtlar çox ciddi çatlar özünü göstərməkdədi. Bu gün İran İslam Respublikası tarixində heç zaman olmadığı səviyyədə beynəlxalq sanksiyalara məruz qalıb. Demək olar ki, bu gün İranın daxili vəziyyəti partlayış səviyyəsindədir. Belə olan vəziyyət İran onunla dostluq və mehriban qonşuluq münasibətlərində olmaq istəyən Azərbaycan dövləti ilə münasibətləri gərginləşdirmək xəttini seçib. Bu gün İran kimi dövlətlərin daxilində çox ciddi sosial-iqtisadi problemlər və böhranlarla yaşayan dövlətlərin, adətən, davranışı belə olur. Yəni həmin dövlətlər süni şəkildə özləri üçün xaricdə hədəflər axtarırlar ki, daxili auditoriyanı və ictimai fikiri yayındırsınlar. Fikrimcə, indiki vəziyyətdə İranda infliyasiyanın kəskinləşdiyi, işsizliyin artdığı, beynəlxalq sanksiyaların iqtisadiyyatı iflic vəziyyətə saldığı bir məqamda sosial partlayış məsələlər çox real məzmun kəsb edə bilər. Belə acınacaqlı vəziyyət molla rejiminin sonuna gətirib çıxara bilər. Ona görə də, İran tərəfi bu cür addımlarla, xüsusi olaraq qonşu Azərbaycanla bu cür bir qarşıdurma xəttini seçməklə ölkə əhalisinin fikirini və diqqətini yayındırmaq istəyir. Amma onlar bir məsələni unudurlar ki, belə yanaşma onların özləri üçün böyük təhlükə mənbəyi ola bilər. İranın Azərbaycana qarşı bu cür münasibətləri bumeranq effektinə səbəb ola bilər. Çünki İranda 35 milyondan çox azərbaycanlı yaşayır. Bu gün isə onlar Azərbaycan Respublikasına özlərinin bir modeli kimi baxırlar. İranda yaşayan azərbaycanlılar öz gələcəklərini və inkişaflarını Azərbaycan Respublikasındakı kimi görmək istəyirlər. Yəni, bununla müqayisə edə bilirlər. Bütün bu tendensiyalar İrandakı indiki rejimi çox narahat edir. Ona görə də, molla rejimi çıxış yolunu qeyd etdiyimiz anormal addımları atmaqla görürlər ki, bu da onları faciələrlə üzləşdirəcəkdir. O addımlar ki, nəticə etibarilə, ilk növbədə, İranın özünün milli və dövlətçilik maraqlarına ziddir. Demək olar ki, bu gün İranın dost itirən vaxtı deyil. Müsəlman dünyasında İranın yeganə dostu Suriya olub. Suriyanın isə hansı vəziyyətdə olduğunu hər kəs çox gözəl bilir. Bildiyiniz kimi, bu yaxınlarda Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, "Azərbaycan İrana qarşı heç bir planda iştirak etməyib və bundan sonrada iştirak etməyəcək. İrana qarşı hər hansı bir aksiya baş verərsə, Azərbaycanın ərazisindən istifadəyə icazə verilməyəcək". Belə olan təqdirdə, İranın Azərbaycanla münasibətlərini korlamağa dəyərmi? Hesab edirəm ki, dəyməz.

- İranin işğalçı və terrorçu dövlət olan Ermənistanı dəstəkləməsi nədən qaynaqlanır?

- İranın işğalçı və terrorçu ölkə olan Ermənistanı dəstəkləməsi yuxarda qeyd etdiyim məsələlərdən qaynaqlanır. Demək olar ki, İran dövləti, Azərbaycanda olan inkişafı və yüksəlişi həsrət hissi ilə izləyir. Bir sözlə, Azərbaycanın inkişaf etməsindən İran narahatçılıq hissi keçirir. İran dövləti hesab edir ki, Azərbaycan daha da inkişaf etdikcə, inkişafın Azərbaycan modeli formalaşır. 35 milyonluq azərbaycanlı da bu modeli görür və təbii ki, onlar da istəyirlər ki, İranda müstəqil dövlət strukturu kimi yaşasınlar və inkişaf etmiş bir dövlət olsunlar. Bir sözlə, normal standartlara uyğun həyat tərzi sürsünlər. Burada həm İran, həm də digər dövlətlər Azərbaycanın inkişafına kölgə salmaq üçün Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistanla dostluq edirlər. Onlar işğalçı ölkəyə hər cür yardımlar edirlər. Bütün bunların hamısı ondan irəli gəlir ki, İran dövləti Azərbaycanın 20 il ərzində qazandığı çox böyük uğurlardan narahatçılıq hissi keçirir. İran Azərbaycanın inkişafına kölgə salmaq üçün işğalçı Ermənistanla dostluq münasibətləri yaratmağa başlayıb. Hesab edirəm ki, bu, İran dövlətinin yanlış siyasətidir. Hər zaman Azərbaycan dövləti, İran dövləti ilə mehriban münasibətlərdə maraqlıdır. Bunu Azərbaycan rəhbərliyi həmişə İran tərəfinə bildirib.


GÜLYANƏ

Digər xəbərlər