PDF Oxu

Müsahibə

  • 732

Beynəlxalq təşkilatlar müharibənin əleyhinədir

Beynəlxalq təşkilatlar müharibənin əleyhinədir

Müsahibimiz millət vəkili Fəzail İbrahimlidir

- Fəzail müəllim, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasının əleyhinə olduqlarını bildiriblər. Bu halda, nəyə görə vəziyyətin sülhə doğru yönəldilməsi üçün həmin ölkələr və beynəlxalq təşkilatlar qətiyyətli addım atmırlar?

- Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsin ilə bağlı niyyət və məqsədi məlumdur. Yəni həm bir sıra ölkələr, həm də beynəlxalq təşkilatlar bu məsələyə ikili standartdan yanaşdığı üçün ikili mövqe tutublar. Bu da həmin təşkilatların Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyət göstərmədiklərini deməyə əsas verir. Bu baxımdan, düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışan həmsədr dövlətlər qətiyyətli hərəkət edərək, bu məsələni həll etməlidilər.

- S.Sarkisyan rejiminin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu aqressiv mövqeyinin dəyişdirilməsi üçün Azərbaycan hərbi əməliyyatlara əl atarsa, beynəlxalq təşkilatların buna mövqeyi necə olacaq?

- S.Sarkisyan rejiminin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu aqressiv mövqeyinin dəyişdirilməsi üçün Azərbaycan hərbi əməliyyatlara əl atarsa, beynəlxalq təşkilatların bu məsələyə münasibəti mənfi olacaq. Çünki daimi olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüşlərdə, münasibətlərdə və danışıqlarda bu məsələnin sülh yolu ilə həlli məsələsi durur. Demək olar ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı 20 ildən artıqdır ki, səbr və təmkinlə hərəkət edir. Buna baxmayaraq, əgər Azərbaycan dövləti özünün konstitusyon hüququndan istifadə edərək, müharibə edərsə, dünya ictimaiyyəti buna mənfi baxacaq. Çünki həmin ölkələr və beynəlxalq təşkilatlar müharibənin əleyhinədir.

- Nəyə görə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Ermənistan hər hansı bir razılığa gəlmir?

- Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Ermənistanın hər hansı bir razılığa gəlməsi işğalçı ölkədən asılı deyil. Çünki Ermənistan öz ixtiyarında olan ölkə deyil. Demək olar ki, Ermənistanı müdafiə edən dövlətlər, işğalçı ölkənin hansı qərar qəbul edib-etməməsini özləri müəyyən edir. Burada da işğalçı Ermənistan onu müdafiə edən ölkələrin diqtəsi ilə oturub-durur.

GÜLYANƏ

Digər xəbərlər