PDF Oxu

Müsahibə

  • 898

Pozucu müxalifət buraxdığı səhvlərin qurbanı olur

Pozucu müxalifət buraxdığı səhvlərin qurbanı olur

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir


- Mais müəllim, ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı ölkədə fəaliyyət göstərən siyasi partiyaların liderlərilə görüşmədi. Bunu ABŞ-ın ölkə müxalifətini qəbul etmək istəməmələri ilə əlaqələndirmək olarmı?


- İstər ABŞ, istərsə də Avropa Birliyinə üzv dövlətlərin bu və ya digər ölkələrə səfəri zamanı həmin ölkələrin iqtidarı və o cümlədən, o ölkənin gələcək prespektivlərini müəyyənləşdirə biləcək qüvvələrlə ilə görüşlər keçirirlər. Amma o şərtlə ki, doğrudan da, onlar real qüvvələr olsun və həmin ölkənin siyasi həyatında xüsusi bir çəkiyə malik olsun. Gördüyünüz kimi, uzun illərdir ki, Azərbaycana səfərə gələn istər ABŞ, istərsə də Avropa Birliyi rəsmiləri bu cür görüşlər keçirmirlər. Bunun da səbəbi onunla bağlıdır ki, Azərbaycanda siyasi müxalifətin çəkisi çox azdır. Siyasi müxalifət, siyasi proseslərə təsir edə biləcək qüvvəyə malik deyil. Çünki sözügedən qüvvələrin cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Yəni, ölkədə fəaliyyət göstərən müxalifət qüvvələri irəliyə doğru heç bir addım atmaq gücünə və imkanına malik deyillər. Bunun da səbəbi onların səhv siyasət aparmaları ilə bağlıdır.


- "İctimai Palata"da təmsil olunan qüvvələr iddia edirdilər ki, Hillari Klinton Azərbaycana səfəri zamanı "İctimai Palata" təmsilçiləri ilə görüş keçirəcək və onları dinləyəcək. Amma bu, baş vermədi. Bu, onu deməyə əsas verirmi ki, müxalifət səhv siyasəti ilə xarici qüvvələrin həm maddi, həm də mənəvi dəstəyindən də məhrum olmağa başlayıb?


- ABŞ praqmatik bir dövlətdir. Bütün siyasətini praqmatizm və reallıqlar üzərində qurur. Əgər doğurdan da, özünü "İctimai Palata" adlandıran həmin qüvvələr böyük bir gücə malik olsaydılar, yəni, Yeni Azərbaycan Partiyası kimi siyasi proseslərə çox böyük təsir etmək imkanları ola bilən partiyalar olsaydılar, onda onlarla da görüşərdi. Amma ABŞ praqmatik bir dövlət olduğu üçün onun siyasəti də praqmatikdir. ABŞ rəsmiləri özünü partiya adlandıran hər hansı bir qüvvə ilə görüşmür. Yalnız o qüvvələr ilə görüşür ki, həmin qüvvələrin ölkənin daxilində və xaricində böyük siyasi çəkisi olsun. Bir sözlə, dağıdıcı və pozucu müxalifət düşərgəsi getdikcə iflasa uğrayır. Pozucu müxalifətin özü elə özünün buraxdığı səhvlərin də qurbanı olur.


GÜLYANƏ

Digər xəbərlər