PDF Oxu

Müsahibə

  • 899

Müxalifət liderləri uğursuzluq zolağından çıxa bilməyəcək

Müxalifət liderləri uğursuzluq zolağından çıxa bilməyəcək

Müsahibimiz Vəhdət partiyasının sədri Tahir Kərimlidir

- Uzun illərdir ki, siyasətdə qalıb, amma siyasətdə heç bir uğur əldə etməyən köhnə partiya sədrlərinin yeniləri ilə əvəz olunmaması nə ilə izah oluna bilər?

- Əlbəttə ki, ölkədə fəaliyyət göstərən müxalifət partiyalarına rəhbərlik edənlərin yeniləri ilə əvəzlənməsi zəruridir. Bu, baş verməsə, müxalifət partiyalarının tarixin arxivinə atılması labüddür. Amma görünən odur ki, partiya sədrləri yerlərinin başqalarına vermək istəmirlər. Elələri də var ki, sədr dəyişikliyini bilərəkdən yubadırlar. Müsavat partiyası vaxtı ilə öz nizamnanəsində dəyişiklik etmişdir ki, iki seçkidən artıq işləyə bilməz. Amma İsa Qəmbərov, gördüyünüz kimi, bilərəkdən müəyyən bəhanələr gətirərək, qurultayı ləngidir və sədr dəyişkənliyindən imtina edir. Digər partiyalarda da belə hallar müşahidə olunur. Partiyalarında sədrləri ilə uğursuzluğa düçar olduqlarını başa düşən bəzi funksionerlər liderlik eşqinə düşüblər. Əslində isə, nizamnamələrində xüsusi statuslu liderlik yoxdur. Rəsul Quliyev, Lalə Hacıyeva, Etibar Məmmədov, yəni bunlar xüsusi liderlik statusları olmadan, özlərini lider elan ediblər. Əslində, isə, bu, düzgün deyil. Azərbaycan və bir sıra başqa dövlətlərdə ciddi intizam təbəl edən "Siyasi partiyalar haqqında" Qanunun tələbinə müvafiq partiyalar var ki, burada liderlik mövzusu nəzərdə tutulmur. Yəni belə bir manevrlə onlar liderlik eşqinə düşüb, guya sədrlikdən gedirlər. Əslində isə, yenə də onlar partiyada bir çox məsələni əllərində saxlayaraq, qeyri-rəsmi rəhbərlik edirlər. Bir sıra şəxslər isə, ümumiyyətlə, sədrliyi əldən vermək istəmirlər. Çünki bu, onlar üçün xüsusi imkanlar yaradır. Yəni, xarici və daxili nümayəndələr ilə təmaslar yaratmaq imkanı əldə edirlər. Bir sözlə, subyektiv nöqteyi-nəzərdən bu sədrlər öz yerlərini tərk edərək, getmək istəmirlər.

- Adını çəkdiyiniz partiya sədrləri hansı formada uğursuzluğa düçar olduqlarını və cəmiyyət tərəfindən qəbul olunmağı dərk edirlər?

- Təbii ki, müxalifət partiyalarına rəhbərlik edən sədrlər öz uğursuz fəaliyyətlərini partiyalarında çox gözəl başa düşürlər. Yəni onlar uduzduqlarını, sosial bazalarını məğlubiyyətə uğratdıqlarını və xalq tərəfindən heç bir siyasi dəstəyin olmadığını da çox gözəl dərk edirlər. Yəni bu günə qədər səhv siyasət apararaq, bu cür çıxılmaz vəziyyətə düşdüklərini anlayırlar. Sadəcə olaraq, bunu etiraf etmək istəmirlər. Bir sözlə, müxalifət partiyalarına rəhbərlik edən liderlər bu cür vəziyyətdə belə yenə də heç nə olmamış kimi öz partiyalarına rəhbərlik edirlər.

GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər