- Mais müəllim, nəyə görə uğursuzluq zolağından çıxa bilməyən müxalifət partiya liderləri vəziyyətdən çıxmaq üçün bunun səbəbini araşdırmaqdansa, bir-birini sıradan çıxartmağa daha çox meyil göstərirlər?
- Ölkədə fəaliyyət göstərən partiyalar arasında rəqabətin və yarışın olması müsbət haldır. Yəni, hər bir partiya ayrılıqda bir qurumdur. Həmin partiya da çalışır ki, digər partiyalardan öz fəaliyyəti və ideyaları ilə üstün olsun. Amma müxalif partiyalar arasında aparılan rəqabət heç də sağlam rəqabət deyil. Bəzi hallar da olur ki, müxalifət partiyaları bir-biri ilə müttəfiq deyillər və müttəfiqlik haqqında saziş imzalayırlar. Amma pərdəarxası dağıdıcı müxalifət bir-birini məhv etməyə çalışır. Ona görə də, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların ortaya qoyduqları birliklər və müttəfiqliklər davamlı olmur. Demək olar ki, bu, Azərbaycanın müxalifət arenasında hər kəsin yaxşı tanış olduğu bir mənzərədir.
- Nəyə görə müxalifət liderləri öz yerlərini yenilərinə vermək niyyətində deyillər?
- Hesab etmirəm ki, əvəzedilməz heç bir şəxs yoxdur. Yəni, müxalifət liderlərini özlərində də həmin partiyalarda təmsil olunan daha yüksək bacarıqlı şəxslər var. Sadəcə olaraq, müxalifət partiyalarına rəhbərlik edən liderlər oturduqları kreslolarını heç bir kəsə vermək niyyətində deyillər. Çünki bir-birinə qarşı qısqanclıq hissi ilə yanaşırlar.
- Demək olarmı ki, xarici qüvvələr müxalifət partiyalarına hansısa formada dəstək verir?
- Birmənalı mövqe ondan ibarətdir ki, müxalifət qüvvələri Qərbdəki siyasi dairələrin tamamilə etimadını itirib. Yəni, istər beynəlxalq təşkilatlardan, istərsə də Qərb dövlətlərindən ölkəmizə gələn rəsmilər müxalifət düşərgəsində təmsil olunan şəxslər ilə görüşlər keçirmir. Bu da ondan irəli gəlir ki, artıq sözügedən xarici qüvvələrdə müxalifət partiyalarında təmsil olunan bu liderlərə etimadsızlıq mövcuddur.
GÜLYANƏ AĞAKƏRİMOVA