Çingiz Qənizadə: "ASALA Ermənistanın diqqətində olan terrorçu bir təşkilat olub"
Müsahibimiz millət vəkili, Çingiz Qənizadədir
- Çingiz müəllim, ASALA erməni terror təşkilatı növbəti dəfə hədələyəci bəyanat yayaraq azərbaycanlı və türk diplomatlarına qarşı total terror aktlarını həyata keçirəcəyini bəyan edib. Bu hədələyici bəyanatın arxasında Ermənistan dövləti, konkret desək, S.Sarkisyan rejimi dayanırmı?
- Ermənistan ASALA terror təşkilatını dəstəkləyən bir dövlətdir. Yəni, ASALA Ermənistanın diqqətində olan terrorçu bir təşkilat olub. Hər zaman, Ermənistan bir dövlət olaraq bu cür qeyri-qanuni və beynəlxalq hüquq normalarına zidd və bütün dünyanın mübarizə apardığı terrorla məqsədinə çatmağa nail olan dövlətlərdən olub. Tarixə nəzər salsaq görərik ki, ASALA türk millətindən olan diplomatları və dinc sakinləri terror nəticəsində qətlə yetirilib. Bir sözlə, ASALA-nın son bəyanatı Ermənistan dövləti ilə razılaşdırılmış bəyanatdır.
- Azərbaycanlılara və türklərə qarşı terror aktlarının həyata keçirilməsi onu deməyə əsas verirmi ki, terror Ermənistanın dövlət siyasətinə çevrilib?
- Ermənistan terror siyasətini təçkə ASALA-nın bəyanatı ilə həyata keçirmir. Digər vasitə və üsullarla da çirkin məqsədini redllaşdırmağa çalışıb. Dağlıq Qarabağın işğalı ilə əlaqədar olaraq, 1990-cı illərin əvvələrində ermənilər Azərbaycanda bir çox terror hadisələri həyata keçirdilər. "20 Yanvar" metrosunda terror aktının həyata kecirilməsi, avtobusların partadııması və digər terror əməlləri Ermənistanın dövlət siyasəti olub. Onlar bu siyasətlə uzun illərdir yaşayır və fəaliyyət göstətrirlər. Təəssüflər olsun ki, bəzi dünya dövlətləri, xiristyan qardaşlığı imkan vermir ki, çirkin yoldan çəkindirsin və bu cür xoşagəlməz əməllərini Ermənistanın üzünə desin.
- ASALA erməni terrorçu təşkilatının hədələyici bəyanatı AŞPA-nın sessiyasında müzakirə oluna bilərmi?
- ASALA erməni terrorçu təşkilatının hədələyici bəyanatı AŞPA-nın sessiyasında qaldırıla bilər. Amma heç də inandırıcı deyil ki, AŞPA-ya üzv olan dövlətlər Ermənistanın bu terrorçu təşkilatının bəyanatının müzakirə olunmasına imkan versinlər. Çünki onları bağlayan çox böyük xətlər və əlaqələr var. Bu baxımdan, AŞPA-da sözügedən məsələnin müzakirə olunmasına nail olunmasada ən azından bu tribunada Azərbaycan, türk və bizi sevən dövlətlərin nümayəndələri tərəfindən bu hərəkətlət pislənərək və qabardılmalıdır.
GÜLYANƏ