PDF Oxu

Müsahibə

  • 1 970

Mais Səfərli: "Müxalifət qüvvələri arasında birlik yoxdursa, güc də olan deyil"

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

Mais Səfərli: "Müxalifət qüvvələri arasında birlik yoxdursa, güc də olan deyil"

- Mais müəllim, müxalifət düşərgəsində yeni qurumların yaradılması düşərgə daxilindəki pərakəndəliyi, dağınığlığı aradan qaldıra bilərmi?

- Siyasi prosesləri izləyən ekspertlər bu fikirdədir ki, müxalifət qüvvələrinin yaratdığı qurumların heç biri dayanaqlı və uzunmüddətli deyil. Çünki həmin qurumları yaradan partiyaların özlərinin arasında bir çox fikir ayrılıqları və ziddiyyətlər var. Məhz həmin ziddiyyətlər müxalifətdə yaradılan birliklərin davamlı olmasına mane olur. Müxalifət təmsilçilərinin növbəti dəfə yaratdıqları qurumlar da əvvəlkilərin taleyini yaşamalı olacaq.

- Müxalifətin ayrı-ayrı bloklarının, qrumlarının yaradılması nəticə etibarilə düşərgədaxili qeyri-müəyyənliyin, eləcə də, gərginliyin və bütün bunların fonunda parçalanmaların daha da dərinləşməsinə gətirib çaxarmayacaq ki?

- Demək olar ki, hər zaman müxalifət daxilində ziddiyyətlər qurumların yaradılması zamanı baş verir. Çünki belə birliklər yaradılan zaman müxalifətin vahid namizəd məsələsi ortaya çıxır. Yəni, müxalifət düşərgəsində ayrı-ayrı bloklarının, qurumlarının yaradılması, nəticə etibarilə yaradılan həmin qurumlarda mövcud bir fikirin olmaması çox keçmir ki, onların parçalanaraq dağılmalarına səbəb olur.

- Ayrı-ayrı partiyaların müxtəlif qurumlarda birləşməsi onların "vahid namizəd" məsələsində ortaq məxrəcə gəlməsində ciddi problemlər yaratmayacaq ki?

- Təbii ki, müxalifətdə ayrı-ayrı partiyaların müxtəlif qurumlarda birləşməsi onların vahid namizəd məsələsində ortaq məxrəcə gəlməsində çox ciddi problemlər yaradacaqdır. İnandırıcı deyil ki, müxalifət vahid namizəd məsələsini həll edə bilsin. Hər zaman müxalifəti təmsil edən qüvvələr, bu cür məsələlərə əl atsalar da nəticədə müsbətə doğru heç nəyə nail ola bilməyiblər. Atalar məsəlində deyilir ki, "güc birlikdədir". Əgər müxalifət qüvvələri arasında birlik yoxdursa, güc də olan deyil. Birmənalı şəkildə demək olar ki, bu gün müxalifət düşərgəsini təmsil edən qüvvələrin heç birinin siyasi gücü yoxdur ki, nə isə bir iş görərək, nəyəsə nail ola bilsinlər. Onların bu cür vəziyyətə düşmələrinin də səbəbi xalq tərəfindən heç bir dəstəyə malik olmamalarıdır.

GÜLYANƏ

Digər xəbərlər