PDF Oxu

Müsahibə

  • 1 140

TANAP vasitəsiylə Azərbaycan qazı Avropa bazarına çıxarılacaq

2018-ci ildən sonra Azərbaycan qazını dünya bazarına çıxarılması və "Şahdəniz" yatağının irimiqyaslı işlənməsi bunu ardınca "Abşeron", "Ümid" yataqlarının, "Azəri"- "Çıraq"-"Günəşli"nin dərin qatlarındakı qaz laylarının işlənməsinə imkan yaradacaq

TANAP vasitəsiylə Azərbaycan qazı Avropa bazarına çıxarılacaq

Müsahibimiz iqtisadçı İlham Şabandır.

- İlham müəllim, TANAP layihəsinin Azərbaycan üçün iqtisadi əhəmiyyəti nə ilə ölçülə bilər ?

- Azərbaycanın dünyada neft və qaz sayəsində çox mühüm rol oynayan bir dövlətdir. Bu layihə isə qaz təchizatı ilə bağlıdır. TANAP vasitəsiylə Azərbaycan qazı Avropa bazarına çıxarılacaqdır. Əgər TANAP olmasa, Azərbaycanın böyük qaz yataqlarının işlənməsi, onların dünya bazarına çıxarılması ləngiyə bilərdi. TANAP təkcə qaz təchizatında yox, eləcə də, neft təchizatında da mühüm rol oynayır. "Şahdənizin- 2" layihəsinin bu qədər gecikməsinin səbəbi odur ki, Avropa şirkətləri uzun müddət çalışdıqdan sonra qərara gələ bilmədilər ki, Azərbaycan qazını hansı kəmər vasitəsiylə Avropaya aparacaqlar. Buna görə də, Azərbaycan və Türkiyə hər iki dövlət, birlik olaraq, bu kəməri işə salmaq qərarına gəldilər. Bu layihə Azərbaycan üçün mühüm rol oynayır. 2018 - ci ildən sonra Azərbaycan qazının dünya bazarına çıxarılması və "Şahdəniz" yatağının irimiqyaslı işlənməsi, bunu ardınca "Abşeron", "Ümid" yataqlarının, "Azəri"- "Çıraq" - "Günəşli"nin dərin qatlarındakı qaz laylarının işlənməsinə imkan yaradacaq. Bu isə Azərbaycan üçün çox vacib bir məsələdir.

-Bu layihənin reallaşması Türkiyə ilə yanaşı, digər ölkələrin enerji təhlükəsizliyində hansısa rolu oynaya bilər?

- Bir çox ölkələr Rusiya qazından asılıdırlar. Bu layihənin həyata keçirilməsi həmin ölkələrin çoxşaxələndirilməsində böyük rol oynaya biləcək. Qaz təchizatına görə, Rusiya dövlətindən asılı olan dövlətlərin 30-50 % -dək asılılığını azaldacaqdır. Bu isə, Avropa Birliyinin qəbul etdiyi enerji təhlükəsizliyi siyasətini həyata keçirməsi deməkdir. Azərbaycan birbaşa Avropa enerji təhlükəsizliyi siyasətinin həyata keçirilməsinə öz töhfəsini vermiş olacaq.

-Bu layihəyə digər ölkələrin qoşulması nə dərəcədə mümkündür?

-Gələcəkdə bu layihəyə digər ölkələrin də qoşulması mümkündür. Keçən ildən bəri Azərbaycanın "TRANS - Xəzər" qaz kəməri ilə bağlı Avropa Birliyi və Türkmənistanla danışıqlar aparır. Xəzərin o tayındakı qaz kəməri istifadəyə verilərsə, Azərbaycanın infrastrukturu TANAP vasitəsilə Avropa bazarına çıxarılacaq. Bu isə, təkcə Türkmənistan qazı üçün yox, gələcəkdə ola bilsin ki, İraq qaz kəmərinin də buradan keçməsinə səbəb olsun. Bu haqda Türkiyənin enerji naziri də müəyyən fikirlər söyləmişdir. Bu isə artıq iqtisadi göstəricilərdən və imkanlardan asılı olacaq. Ancaq bu, ilk növbədə, Azərbaycan qazının dünya bazarına çıxarılması üçün bir layihədir.

-Bu layihənin həyata keçirilməsi ölkəmizin iqtisadiyyatına qısqanclıqla yanaşan ölkələr üçün narahatlıq yaratmayacaq ki?

-Region ölkələr üçün belə bir narahatlıq gözlənilmir. Çünki Gürcüstan və Türkiyə kimi qonşu ölkələr tranzit qazı əldə edəcəklər. Bundan əlavə, daxili bazarları üçün sərfəli qiymətə Azərbaycan qazını əldə edəcəklər. Türkiyə özünün daxili bazar sistemində rəqabətə davamlı bir qaz bazarı yaradacaqdır. Nəzərə alsaq ki, Azərbaycandan 12 milyard kubmetr qaz Türkiyə bazarına daxil olacaq. Türkiyəin ümumi qaz istehlakına baxsaq, görərik ki, bu, təqribən 26 - 27 % təşkil edir. Bu isə, böyük bir göstəricidir. İran və Rusiya dövlətləri isə böyük qaz ölkələridir. Lakin bu dövlətlərin hər birinin tuşlandığı bir qaz bazarı var. İran dövləti heç bir zaman Avropa bazrına qaz satmayıb. Bu dövlətin arientasiyaya götürdüyü bazarlar olub. Rusiya dövlətinin isə, ənənəvi 40 illik təcrübəyə malik bazarlar sistemi var. Bu dövlətin qaz həcmləri ilə Azərbaycan qazının həcmlərini müqayisə etmək düzgün deyildir. Hal-hazırda Rusiya dövləti 150 milyard kubmetr Avropa bazarına satır. Azərbaycan isə cəmi 10 milyard kub metr qaz satmaq fikrindədir. Azərbaycan qazının dünya bazarına çıxarılmasında Rusiya dövləti tərəfindən hər hansı maniə görülmür. Avropa bazarı isə, elə qurulubdur ki, orada daim üçüncü bir tərəfin qazının satılması üçün imkanlar genişdir. Rusiya dövləti isə çox gözəl başa düşür ki, bunun qarşısı süni əngəllərlə alınarsa, bu, ilk növbədə, Rusiyanın dövlət şirkəti olan "Qazprom" şirkəti daha çox ziyan çəkər. Ona görə də, belə bir təhlükə Azərbaycan dövlətini heç bir halda gözləmir.

Ruqiyyə Cəfərova

Digər xəbərlər