Müsahibimiz YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlıdır
- Mübariz müəllim, Avropa Parlamentinin bir neçə üzvünün Azərbaycanla bağlı qərəzli qərar qəbul eməsini Ermənistanın hakim rejimi ilə razılaşdırıldığını demək olarmı?
- Avropa Parlamenti Cənubi Qafqaz, o cümlədən, Azərbaycanla bağlı dəfələrlə müxtəlif xarakterli qətnamə və qərarlar qəbul etmişdir. Qəbul edilən sənədlərdə Azərbaycanın maraqlarını ifadə edən, eyni zamanda, obyektivliyi özündə əks etdirən sənədlərə də rast gəlirik. Xüsusilə, Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamenti bu münaqişənin sülh yolu ilə aradan qaldırılmasına dair zamanınıda, bir neçə il bundan əvvəl, qətnamə qəbul edibdir. Lakin bununla yanaşı Avropa Parlamenti bir sıra hallarda qəbul etdiyi sənədlərdə qeyri-obyektivliyə və qərəzçiliyə yol verib və verir. Avropa Parlamentinin bir qrup deputatlarının iştirakı ilə qəbul olunmuş sonuncu qətnamə belə adlanır: "Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi: Ramil Səfərov məsələsi". Bu qətnamə apardığımız araşdırma və təhlillərimizə görə, tamamilə qərəzli bir qətnamədir. Həmin qətnamədə Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ölkəmizə təslim edilməsi və onun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən əfv edilməsi tənqid olunur və göstərilir ki, guya Azərbaycan tərəfi bu addımı atarkən qanuna zidd hərəkət edib. Əslində, Azərbaycan tərəfi bu addımı atarkən beynəlxalq hüququn norma və prinsiplərinin müddəalarına istinad edibdir. Beynəlxalq aləmdə məhkum olunmuş şəxslərin təslim edilməsi haqqında konvensiyalar, yəni dünyada ölkələr arasında məhbusların bu ölkədən digərlərinə verilməsini tənzimləyən beynəlxalq bir sənd var. Bu sənəd "Məhkum olunmuş şəxslərin köçürülməsi haqqında Konvensiya"nın 12-ci maddəsinə tstinad edərək, Macarıstan hökuməti Ramil Səfərovu Azərbaycana təhvil vermişdir. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi "Məhkum olunmuş şəxslərin köçürülməsi haqqında Konvesiya"nın 12-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüquq norma və prinsiplərinə istinad olunuraq həyata keçirilmişdir. Qeyd etməliyəm ki, bütün bunları əsas götürərək, ölkə Prezidentinin məhbusları əvf etməsi səlahiyyəti var ki, dövlət başçısı da bu səlahiyyətdən istifadə edərək, Ramil Səfərovu əfv etmiş, bundan sonra Müdafiə Nazirliyi onun hərbi rütbəsini özünə qaytarmış və həmçinin, həbsdə olduğu müddətdə yığılıb qalan əmək haqqını da ödəmişdir. Yəni, bütün bunlar qanun çərçivəsində həyata keçirilmiş və heç bir qanunsuzluğa yol verilməmişdir. Bir məqamı da qeyd etmək istəyirəm ki, Ramil Səfərov Macarıstanda erməni zabitinə qarşı törətdiyi əməl yalnız və yalnız məcburiyyətdən əmələ gəlmişdir. Bildiyiniz kimi, həmin dövürdə Macarıstanda Ramil Səfərovla bağlı məhkəmə işi aparılarkən, erməni lobbi təşkilatları tərəfindən ciddi təzyiqlər olmuşdur. Bu təzyiqlər nəticəsində Ramil Səfərova törədilən əmələ uyğun şəkildə çox ağır cəza verilmişdir. Qeyd edim ki, Avropa məhkəmələrində bu cür hadisələr zamanı ömürlük həbs cəzası verilmir.
Məlum olduğu kimi, erməni zabiti Qurgen Markaryan dəfələrlə Ramil Səfərova qarşı təhqiramiz hərəkətlər edib və onu haldan çıxaran və öz hərəkətləri ilə qıcıqlandıran əsəbi vəziyyətə gətirir, nəticədə, əsəbi vəziyyət onu törədilən əmələ gətirib çıxarıb və macar məhkəməsi təzyiqlər nəticəsində çox ədalətsiz və sərt bir qərar qəbul edib. Ona görə də, Ramil Səfərovun Macarıstan Azərbaycana verilməsi və onun bağışlanması, tamamilə humanist bir addım idi və bu əfv Fərmanı dövlət başçısının Azərbaycan zabitinə, Azərbaycan ordusuna və Azərbaycanın vətənpərvər övladına göstərdiyi diqqət və qayğının nəticəsi idi. Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamədə göstərilir ki, Azərbaycanda Ramil Səfərovu qəhrəman kimi qarşılayırlar və bu hərəkət düzgün sayılmamalıdır. Əslində isə, Ramil Səfərov 9 il öz cəzasını çəkib və verilmiş cəzanın müqabilində o, həbsxana ömrünü yaşamışdır. Macarıstan vətəndaşlarının R.Səfərova göstərdiyi diqqət və qayğı normal idi. Ona görə də, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə göstərilən müddəalar tamamilə qərəzlidir və bu qərarlarda erməni lobbisinin təsiri nəticəsində həyata keçirilibdir. Erməni lobbisi rüşvətlə, müxtəlif vasitələrlər ələ aldığı Avropa siyasətçilərini ortaya ataraq Azərbaycan zabitinin azad edilməsi ilə bağlı hay-kü salaraq belə bir kompaniya həyata keçirmişdir. Sözsüz ki, bu kompaniyanın arxasında bir məqsəd dayanır - Ermənistan işğalçı siyasəti işğalçı ölkənin törətdiyi təcavüzkarlığı ört-basdır etməkdir. Bu günlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların Ermənistan tərəfindən pozulduğu hamıya bəllidir. Ermənistanın qeyri-konstruktiv yol tutaması onun məqsədinin nədən ibarət olduğu da aydındır. Ona görə də, Ermənistan hər bir hadisədən istifadə etmək və yararlanmaq istəyir.
- Mübariz müəllim, bu tipli qərarlar Avropa Parlamentinin bəzi üzvləri tərəfindən, qeyd etdiyiniz kimi, dəfələrlə hazırlanıb. Bu qətnamələrin hazırlanmasının kökündə dayanan məqsəd və səbəb nə ilə bağlıdır?
- Avropa Parlamentinin 732 üzvündən 76-sı bu müzakirələrdə iştirak edib, onlardan 58 nəfəri isə həmin qətnamənin əleyhinə səs verib. Bu gün sirr deyil ki, Avropanın bir sıra ölkələrindən erməni lobbi təşkilatlarının vəsaiti ilə siyasi arenaya gələn şəxslər var. Yəni erməni lobbi təşkilatları tərəfindən toplanan vəsaitlər nəticəsində siyasətçiləri ələ alaraq verilən sifarişləri əməllərdə həyata keçirirlər. Təbii ki, Avropa Parlamentində də erməni lobbisinin vəsaiti ilə ermənilərin sifarişlərinə uyğun olaraq hərəkət edirlər və bu cür ədalətsiz qətnamələrin ortaya çıxarılmasına çalışırlar. Lakin bu cür addımlara baxmayaraq, Azərbaycan belə qərəzli qətnamələrə cavab verməyə qadirdir və belə qətnamələr Azərbaycanı yolundan döndərə bilməz. Çünki bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti sayəsinlə bütün mövqelərimizi qoruyub saxlamağa qadir ölkədir. Azərbaycan regionda lider dövlətdir bu qərəzli qətnamələr Azərbaycanı heç vaxt yolundan sapdıra bilməz.
- Ötən həftə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlarla birlikdə Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz bəyanatı qəbul etdilər. Yenə də bu gün ilk addımı Yeni Azərbaycan Partiyası atdı.
- Təbii ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin qurucusu olan bir siyasi təşkilat kimi ümummilli məsələlərdə avanqard və aparıcı rol oynayır. Yeni Azərbaycan Partiyası dəfələrlə ümummilli məsələlərdə Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlarla birlikdə müzakirələr aparır, bəyanatlar qəbul edir. Növbəti - Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməsi ilə bağlı Yeni Azərbaycan Partiyası parlamentdə təmsil olunan və həmçinin, parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiyalara müraciətlər etdik. Bunun müqabilində Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri toplaşaraq, Avropa Parlamentinin qərəzli qətnaməsini müzakirə edərək, təklif və fikirlərini bildirdilər. Avropa Parlamentinə ünvanlanan müraciətdə siyasi partiyalar tərəfindən edilən təklifə əsasən, müəyyən düzəlişlər edilərək, ədalət tələb olunan müraciət qəbul olundu. Yeni Azərbaycan Partiyasının qərərgahında bu müraciətin imzalanma mərasimi keçirildi və həmin sənəd İnternet və mətbuat vasitəsilə ictimaiyyətə çatdırıldı. Sənədin ingilis dili variantı isə Avropa Parlamentinə göndərildi. Eyni zamanda, hazırladığımız müraciət Avropa Parlamentində qərəzli qətnaməyə səs vermiş deputatların da imel poçtlarına göndərildi və bu sənədin bütövlükdə, obyektivlikdən uzaq olması ilə bağlı etirazlarımızı da bildirdik.
Əslində, qeyd etmək istərdim ki, R.Səfərovun Macarıstanda törətdiyi hadisə mövcud Qarabağ münaqişəsinin davamıdır. Bu münaqişə vaxtında həll olunsaydı, belə hadisələr də olmazdı. R.Səfərovun törətdiyi həmin hadisə ermənilərin azərbaycanlılara qarşı təcavüzkar və təhqiramiz hərəkətlərinə bir cavab idi. Erməni tərəfi bir daha bunu bilməlmidir ki, Azərbaycan döyüşdə hələlik geri çəkilib, müharibədə isə kimin qələbə çalacağını zaman göstərəcək. Bu gün Azərbaycan Ermənistan iqtisadiyyatını on dəfə üstələyib. Azərbaycanın mənəvi-psixoloji durumu işğalçı Ermənistandan qat-qat üstündür. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin xarici siyasətində AvroAtlantik məkanına inteqrasiya mühüm və əhəmiyyətli yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulmuşdur. "Evronest"in qurucu üzvü olaraq Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak etməklə, Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə assosiativ sazişinə sadiqliyini bəyan edir. Azərbaycanın paytaxtı Bakı şəhəri dünya mədəniyyətinin, dünya elminin ən böyük mərkəzlərindən birinə çevrilməkdədir. Buna görə də, Ermənistan Azərbaycanla bu gün yarışa bilməz. Ermənistan məğlubiyyətə düçar olacaq və bu aksiomadır. Ona görə də, Avropa qurumları və dünyanın digər təşkilatları da, təcavüzkara qarşı təzyiqi artırmalıdır ki, bu cür hadisələr baş verməsin.
RƏFİQƏ KAMALQIZI