PDF Oxu

Müsahibə

  • 1 305

Azərbaycan investisya qoyulan ölkədən, investisya qoyan dövlətə çevrilib

Abbas Əliyev: "Azərbaycan Mərkəzi Şərqi Avropa ölkələrinə, eləcə də, Çexiyada, Polşada, həmçinin, Gürcüstanda investisya qoyuluşu həyata keçirir"

Azərbaycan investisya qoyulan ölkədən, investisya qoyan dövlətə çevrilib

Müsahibimiz İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevdir

- Abbas müəllim, Azərbaycan investisya qoyulan ölkədən investisya qoyan dövlətə çevrilib. Bu investisyaların qoyulması hansı ölkələri əhatə edir və bunun,ı ümumilikdə, maliyə dayanıqlığı neçə milyardlarla hesablanır?

-İqtisadiyyatımızda diqqət çəkən məqamlar ondan ibarətdir ki, artıq Azərbaycan investisya həyata keçirən dövlətə çevrilib. Digər dövlətlər tərəfindən Azərbaycan iqtisadiyyatına investisya qoyulur. Bu gün artıq Azərbaycan dövləti xarici ölkələrdə də investisya həyata keçirir. Əlverişli biznes və investisya mühitinin formalaşdırılması, əhalinin rifahının daha da yüksəldilməsinə, ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmasına səbəb olub. Ölkəmizin istər dövlət, istərsə də özəl qurumları xarici ölkələrə investisya qoyuluşu həyat keçirir. Azərbaycan investisyalarını qonşu Türkiyə, eləcə də, Avropa ölkələrində həyat keçirir. Azərbaycan-Türkiyə strateji əməkdaşlıq nəticəsində dövlət şirkətləri ilə bağlanmış müqavilələr çərçivəsində investorların sayı kifayət qədər artıb. Azərbaycan, eyni zamanda, Mərkəzi-Şərqi Avropa ölkələrinə, eləcə də, Çexiyada, Polşada, həmçinin, Gürcüstanda investisya qoyuluşu həyata keçirir. ARDNŞ Türkiyədə aldığı Petkim neft-kimya kompleksinə sonrakı 7-8 il ərzində 10 milyard dollaradək investisya qoymağı planlaşdırır.

-Azərbaycanın daha çox neft sektoruna investisya qoyduğu bildirilir. Bu, nə ilə izah olunur?

-Azərbaycanda xarici investisyalarla yanaşı, daxili investisyaların da miqdarını artıb. Azərbaycan dövləti əsasən neft sektorunun inkişafı ilə investisyalara sahib idi. Lakin son illərdə daha çox qeyri- neft sektorunun inkişafı daha çox vüsət alıb. Ölkəmizin coğrafi mövqeyi və inkişafı neft və qaz nəqliyyat infrastrukturuna malik olması investisyaların bu sahədə inkişafına səbəb olur. Lakin uğurlara gəldikdə isə ölkə həyatına qoyulan investisyalar sonda ölkəyə güclü pul axını ilə geri dönür. Ölkəyə daxil olan bu pullar isə gələcək nəslin daha sığortalı bir mühitdə böyüyüb yaşaması deməkdir. Hesablamalara görə 2020-ci ilə Azərbaycanda qaz hasilatı 30 mlrd. kubmetr təşkil edəcək. Nəzərə alsaq ki, regionlarda, eləcə də, Bakıda yeni iş yerləri açılır, standartlara uyğun binalar tikilir, qabaqcıl texnologiyalarla təchiz edilmiş müəssisələr yaradılır. Bütün bunlar isə Beynəlxalq İqtisadi və Maliyyə Təşkilatlarının hesabatlarda yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq təkilatlarında istərsə də Qlobal Rəqabətlilik hesabatında Azərbaycan ön sıralarda yer tutmağa müvəffəq olur. Bir sözlə, ölkəmiz davamlı, dinamik inkişaf edən iqtisadiyyata malikdir.

- Xarici ölkələrə qoyulan investisyalar hesabına mümkündürmü ki, işğalçı Ermənistanı dünya birliyindən təcrid etsin və işğal olunan Azərbaycan ərazilərinin boşaldılmasına nail olsun?

- Ermənistan dövlətinin işğalçılıq siyasəti onu beynəlxalq layihələrdən, eləcə də, regional layihələrdən kənarda qalmasına səbəb olur. Hal-hazırda Ermənistanın iqtisadiyyatı iflic vəziyyətindədir. Onun işğalçılıq siyasəti, Azərbaycan ərazilərindən əl çəkməməsi, günü-gündən bu dövlətin vəziyyətini daha da pisləşdirir. Ermənistan dövləti işğalçılıq siyasətində əl çəkib Azərbaycan torpaqlarını qaytarmaqla iqtisadi və siyasi baxımdan dirçələ və öz vəziyyətini düzəldə bilər.

Ruqiyyə Cəfərova

Digər xəbərlər