PDF Oxu

Müsahibə

  • 1 689

Sahibkarlığın formalaşmasında orta təbəqənin rolu böyükdür

Vüqar Bayramlı: "Orta təbəqənin formalaşmasını dövlətin əmək haqqı siyasəti təşkil edir "

Sahibkarlığın formalaşmasında orta təbəqənin rolu böyükdür

Müsahibimiz iqtisadçı Vüqar Bayramlıdır

- Cəmiyyətin inkişafının ana xəttini orta təbəqənin formalaşması təşkil edir. Sizcə biz bu kriteriyalara nail ola bilirikmi?

- Orta təbəqənin formalaşmasında kiçik və orta sahibkarlığın mühüm rolu var. Belə ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı əsas prioritet məsələlərdən biridir. Faktiki olaraq prioritet sektorlardan biri kimi dövlət sahibkarlığın inkişafının dəstəklənməsi kontekstində tədbirlər həyata keçirir. Nəzərə alsaq ki, Sahibkarlığa Kömək Milli fondu il ərzində dövlət büdcəsindən orta hesabla 140 milyon manat vəsaitədək kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə ayırmışdır. Eləcə də, güzəştli kreditlərin və sadələşdirilmiş vergi sisteminin tətbiq edilməsi kiçik və orta sahibkarlığın inkişafına imkan yaradır. Praktiki olaraq kiçik və orta sahibkarlar Bakıda 4, rayonlarda isə 2%- vergi ödəyilər.

Sahibkarlara güzəştli 6% krediti verilir ki, bu da sahibkarlığın qorunması üçün əsas pioritet məsələlərdən biridir. Qısa zamanda kiçik və orta sahibkarlığın inkişafının iqisadiyyatda aparıcı rola malik olması mümkün deyil. Çünki bunun üçün müəyyən zamana ehtiyac vardır. Dövlətin diqqət və qayğısı nəticəsində kiçik və orta sahibkarların yeni iş yerlərinin yaradılmasında rolu inkar edilməzdir. Sahibkarlığın hegemon şəkildə bərqərar edilməsi, müəyyən zaman uzun sürən prosesdir. Bu baxımdan, Azərbaycanda həyata keçirilən kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı vəziyyət həm daxili məhsulda, eyni zamanda bu sektorda sahibkarlığın payının artırılması ilə yanaşı gələcəkdə dayanıqlı inkişafa nail olunmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, ölkəmizdə "20 ilin gələcəyə baxış konsepsiyası" hazırlanır. Ölkə başçısı cənab İlham Əliyevin də göstərişi ilə bu ilin sonuna kimi həmin konsepsiya hazır olacaqdır. Növbəti mərhələlərdə, yəni 2013-cü ildə də sahibkarlığın inkişafının əsas prioritet istiqaməti olaraq bu konsepsiya öz əksini tapacaqdır. Bu isə dövlətimizin qeyri-neft sektoru ilə bağlı prioritet vəzifəsidir. Bu baxımdan, sahibkarlığın inkişafının təşkil edilməsi, eləcə də birbaşa yardımlar həyat keçirilməsi, bu sektorda inkişafa səbəb olmaqla yanaşı sahibkarlığın inkişafına dəstək verir. Növbəti illərdə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi müşahidə olunacaqdır.

- Orta təbəqələrin formalaşmasından biri də dövlətin əmək haqqı siyasəti təşkil edir. Bu əmək haqqı siyasəti necə həyata keçirilir?

- Sahibkarlığın inkişafını, eyni zamanda, orta təbəqənin formalaşması dövlətin əmək haqqı siyasəti təşkil edir. Bir sözlə sahibkarlığın formalaşmasında orta təbəqənin rolu böyükdür. İnkişaf etmiş ölkələrdə eləcə də, təbii ehtiyatlara malik olan dövlətlərdə adətən özəl sektorlarda əmək haqqı prosesinə müdaxilə edilmir. Dövlət sektorları isə dövlət əmək haqqının müəyyənləşdirilməsi, dövlətin əmək haqqı siyasətinə uyğun şəkildə həyata keçirilir. Bir sözlə əmək haqqı siyasətinin dövlət sektorunda formalaşmasında dövlət birmənalı şəkildə mühüm rol oynayır. Azərbaycan əmək haqqı siyasətinə görə MDB- məkanında ilk 3-lüyə daxil olan ölkələr sırasındadır. Eyni zamanda, özəl sektorlardakı əmək haqqının dövlət sektorlarındakı əmək haqqından yüksək olması müşahidə edilir. İnkişaf etmiş ölkələrdə, o cümlədən, Avropa Birliyindəki təcrübələr göstərir ki, orta təbəqənin formalaşmasında özəl sektorun mühüm rolu var. Dövlət isə əmək haqqı müəyyənləşməsində bu siyasətdə çevik addımların atılmasında kifayət qədər böyük rola malikdir. Ölkəmizdə dövlət sektorunda işçilərin əmək haqlarının artırılması müşahidə edilir. 2013-cü ildə də dövlət sektorda çalışan işçilərin əmək haqlarının 15-20% intervalında artırılması nəzərdə tutulub. Azərbaycanda həyata keçiirlən əmək haqqı siyasəti əmək haqlarının artırılmasına yönəlmişdir.

- İstehlak mədəniyyəti hansı formada tətbiq edilir və bu necə həyata keçirilir?

- İstehlak mədəniyyətinin formalaşması insanların inkişafından, davranışından asılı olan bir amildir. İnkişaf etmiş Avropa ölkələrində bu mədəniyyətin formalaşması üzun bir inkişaf mərhələsi keçmişdir. Azərbaycanda isə istehlak mədəniyyətinin formalaşmasından tam şəkildə danışmaq doğru olmazdı. İstehlak mədəniyyətinin formalaşması üçün istehlakçılar müəyyən olunan normaları gözləməlidirlər. Bazarlarda suni şəkildə qiymət artımlarının suni endirimlərin, keyfiyyətsiz məhsulun bazarda satışına rast gəlirik. Ölkəmizdəki vətəndaşların təxminən 3 milyona yaxını plastik karta malikdir. Bir milyona yaxın insan isə davamlı olaraq, plastik kartlardan ödənişlər edir. Bu isə istehlak mədəniyyətinin formalaşmasının əsas göstəricilərindən biridir. Bu kartlardan istifadə elektron vasitədən istifadə şəffaflığın artırılaması ilə yanaşı həm də, ictimai şüurun dəyişməsi deməkdir.

Ruqiyyə Cəfərova

Digər xəbərlər