PDF Oxu

Müsahibə

  • 781

Pozucu qüvvələr cəzasız qala bilməz

Tahir Kərimli: "İstər Rəsul Quliyev, istərsə də "İctimai Palata"da təmsil olunanlar tükənmiş simalardır"

Pozucu qüvvələr cəzasız qala bilməz

Müsahibimiz Vəhdət partiyasının sədri Tahir Kərimlidir

- Tahir müəllim, dağıdıcı müxalifət partiya sədrlərinin biri-birini qəbul etməməsinin arxasında böyük iddiaların dayandığını söyləmək olarmı?

- Müxalifət düşərgəsini təmsil edən partiya sədrlərinin biri-birini qəbul etməməsi onların şəxsi ambisiyalarının olması ilə bağlıdır. Ümumiyyətlə, istər ölkə daxilində, istərsə də ölkə xaricində müxalifət qüvvələrinin heç birinin siyasi gücü olmamasını hər kəs çox gözəl bilir. Gücsüz müxalifət güclü olmağa can atsa belə, artıq bu, onlarda alınan deyil. Çünki cəmiyyətdə qazandıqları mənfi imic onlara arzu etdiklərini reallaşdırmağa imkan vermir.

- "İctimai Palata" deyilən qurum daha çox ümumi müxalifətin adından çıxış edir. "ACP" lideri Rəsul Quliyev onları hədəf seçir və müəyyən tənqidlər, təhqqirlər səsləndirir. "İctimai Palata" ilə Rəsul Quliyevin bölə bilmədikləri maraqlar nədən ibarət ola bilər?

- Bildiyiniz kimi, "İctimai Palata" deyilən qurum müxalifət təşkilatı kimi yaranmamışdır. Uğursuzluğa dücar olan deputatlığa namizədlərin təşkilatı kimi yaranmışdır. Onlar daha çox "ərəb baharı"ndan ruhlanmışdılar. Amma Rəsul Quliyev daha böyük vəzifədə çalışdığına görə, onun iddiaları da böyükdür. Qarşıdurmalarda məhz müxalifətin lideri olmaq eşqindən gedir. Yəni, hər biri özünü müxalifətin lideri hesab etmək istəyir. Buna görə də sözügedən şəxslər arasında qarşılıqlı təhqirlər baş verir. Amma onların hansınınsa önə cıxması mümkün deyil. Çünki istər R.Quliyev, istərsə də "İctimai Palata"da təmsil olunanlar tükənmiş simalardır.

- Rəsul Quliyevin səsi müxtəlif ölkələrdən gəlir. Yəni, R.Quliyev tez-tez yerdəyişmə həyata keçirir. Rəsul Quliyevi maliyyələşdirənlər var, yoxsa səfərlərini Azərbaycanda olduğu zaman yığdığı varıdat hesabına özü həyata keçirir?

- "ACP" lideri R.Quliyev Azərbaycanda olduğu zaman kifayət qədər imkanlar əldə etdi. İnandırıcı görünmür ki, R.Quliyev xaricidə özü üçün böyük biznes qursun və onu idarə etsin. Qısaca onu demək olar ki, R.Quliyev vaxtilə Azərbaycanda əldə etdiyi imkanlara hesabına xaricdə yaşayır.

GÜLYANƏ

Digər xəbərlər